main-post-cover

    Çin Apple şirkətinə qarşı animonopoliya istintaqına hazırlaşır

    Tech-Biznes
    06.02.2025
    Emil Nəcəfov
         Çin tənzimləyici qurumları Apple şirkətinin App Store siyasəti və komissiya haqqı ilə bağlı mümkün antimonopoliya araşdırmasını nəzərdən keçirirlər. Bloomberg-in məlumatına görə, Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi (SAMR) artıq 1 ildir ki, Apple şirkətinin fəaliyyətini diqqətlə araşdırır və şirkət nümayəndələri ilə danışıqlar aparır. Əsas narazılıq daxili oyun alışlarında tətbiq edilən 30%-lik komissiya və üçüncü tərəf ödəniş sistemlərindən istifadənin qadağan edilməsi ilə bağlıdır. Çin tənzimləyiciləri xüsusilə yerli tərtibatçılar üçün bu komissiyaların əsassız dərəcədə yüksək olub-olmadığını araşdırırlar.
         Bundan əlavə, Apple-ın üçüncü tərəf tətbiq mağazalarını və alternativ ödəniş üsullarını qadağan etməsi rəqabəti məhdudlaşdırırmı və Çinli istehlakçılara mənfi təsir edirmi - bu məsələlər də yoxlanılır. Məlumata görə, bu araşdırma Apple ilə Tencent ByteDance kimi böyük Çin texnologiya şirkətləri arasındakı uzunmüddətli mübahisə fonunda baş qaldırıb. Apple bu şirkətlərin tətbiqlərində standart komissiyadan yan keçməyə imkan verən boşluqları bağlamalarını tələb edərək onlara təzyiq göstərib. Tənzimləyicilərin artan təzyiqi ABŞ və Çin arasındakı gərginliyin fonunda baş verir.
         Məsələn, bu həftə SAMR Google şirkətinə qarşı rəsmi araşdırmaya start verdiyini elan etdi. Bu, demək olar ki, ABŞ-ın Çin mallarına yeni rüsumlar tətbiq etməsi ilə eyni vaxta təsadüf etdi. Apple üçün Çin bazarındakı mövqeyi xüsusilə mürəkkəb qalır, çünki bu ölkə həm iPhone istehsalının əsas mərkəzi, həm də Apple-ın ən böyük xarici bazarıdır. Bundan əlavə, Huawei kimi yerli brendlərlə artan rəqabət Apple-ın Çin bazarındakı gəlirlərinin azalmasına səbəb olub. Yalnız son rübdə Apple-ın Çindəki gəliri 11% azalıb. Apple uzun müddətdir ki, dünya üzrə tənzimləyicilərin təzyiqləri ilə qarşılaşır və cərimələrdən və digər sanksiyalardan yayınmaq üçün artıq bir sıra dəyişikliklər edib.
    Məsələn, şirkət Avropa Birliyində "Rəqəmsal Bazarlar Aktı" (Digital Markets Act, DMA) ilə uyğunlaşmaq üçün müəyyən tədbirlər görüb. Lakin Çindəki vəziyyət xüsusidir. Çünki burada iqtisadi, siyasi və rəqabət amillərinin unikal birləşməsi mövcuddur. Əgər rəsmi araşdırma başlasa, bu, Apple-ın biznes modeli üçün ciddi problemə çevrilə bilər. Apple-ın öz ekosistemini və xidmətlərini sərt şəkildə nəzarətdə saxlaması şirkətin əsas strategiyalarından biridir və bu tənzimləyici müdaxilə bu modelə təsir göstərə bilər. Hazırda Apple və SAMR arasında dialoq davam edir və nəticələr təkcə Apple-ın gələcəyinə deyil, həm də Çin rəqəmsal bazarının ümumi strukturuna təsir göstərə bilər.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple M5 prosessorlarının kütləvi istehsalına start verilib
    apple-m5-prosessorlarinin-kutlevi-istehsalina-start-verilib
    2024-cü ildə ən çox satılmış smartfonların top siyahısı təqdim edilib
    2024-cu-ilde-en-cox-satilmis-smartfonlarin-top-siyahisi-teqdim-edilib
    Apple AR eynək layihəsini ləğv edib
    apple-ar-eynek-layihesini-legv-edib
    iPhone SE 2025-in ekranı üzərində hansı növ çıxıntı olacaq?
    iphone-se-2025-in-ekrani-uzerinde-hansi-nov-cixinti-olacaq
    Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
    apple-ceo-su-tim-cook-deepseek-innovativlik-sergileyib