main-post-cover

    Apple M5 prosessorlarının kütləvi istehsalına start verilib

    Elm & Texnologiya
    05.02.2025
    Emil Nəcəfov
         Apple şirkətinin istehsal tərəfdaşları yeni M5 prosessorunun kütləvi istehsalına başlayıblar. Bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb. M5 çipi TSMC-nin 3 nanometrlik texnoloji prosesi (N3P) əsasında istehsal olunacaq. Bu da prosessorun performansının 5% artmasını və enerji effektivliyinin 5-10% yaxşılaşmasını vəd edir. Apple bu prosessorda süni zəka performansına daha çox diqqət ayıracaq.
         Buna görə də M5-də gücləndirilmiş neyron çipinin (NPU) olacağı gözlənilir. M4 Neural Engine-in gücü 38 TOPS təşkil edir ki, bu da M3 Engine-in 18 TOPS göstəricisindən xeyli yüksəkdir. Maraqlı məqam odur ki, bəzi M5 prosessorları yeni System-on-Integrated-Chips-molding-Horizontal (SoIC-mH) texnologiyasından istifadə edəcək. Bu texnologiya mikrosxemlərin xüsusi şəkildə birləşdirilməsi və mis kontaktlar vasitəsilə bağlanması metodudur.
         Gözləntilərə görə, bu yeni yığım texnikası istilik yayılmasını yaxşılaşdıracaq və daha yüksək performansı təmin edəcək. Apple ilk olaraq M5 prosessorunun əsas versiyalarını təqdim edəcək. Bu prosessorlar bu ilin ikinci yarısında yeni iPad Pro modellərində debüt edəcək. Daha sonra Apple şirkəti M5 seriyasının Pro, MaxUltra versiyalarını da təqdim edəcək. İnsayderlərin məlumatlarına görə, M5 prosessorlarının qablaşdırılması bir neçə şirkət tərəfindən həyata keçiriləcək:
    - ASE (Tayvan) ilk kütləvi istehsal partiyası ilə işə başlayacaq
    - Daha sonrakı partiyalara Amkor (ABŞ) və JCET (Çin) də qoşulacaq.
         Analitiklərin proqnozlarına əsasən, M5 Ultra prosessoru yalnız 2026-cı ildə təqdim ediləcək. Bu isə yeni Mac Pro Mac Studio modellərinin bu il təqdim olunmaya biləcəyi ehtimalını artırır.
    Mənbə: Etnews
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    2024-cü ildə ən çox satılmış smartfonların top siyahısı təqdim edilib
    2024-cu-ilde-en-cox-satilmis-smartfonlarin-top-siyahisi-teqdim-edilib
    Apple AR eynək layihəsini ləğv edib
    apple-ar-eynek-layihesini-legv-edib
    iPhone SE 2025-in ekranı üzərində hansı növ çıxıntı olacaq?
    iphone-se-2025-in-ekrani-uzerinde-hansi-nov-cixinti-olacaq
    Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
    apple-ceo-su-tim-cook-deepseek-innovativlik-sergileyib
    Apple servislər sayəsində 100 milyard dollar gəlir əldə edib
    apple-servisler-sayesinde-100-milyard-dollar-gelir-elde-edib