main-post-cover

    Apple AR eynək layihəsini ləğv edib

    Cihazlar+
    03.02.2025
    Emil Nəcəfov
         Məşhur insayder Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti Mac kompüterinə qoşularaq onun hesablama performansına əsaslanan AR eynək layihəsini keçən həftə ləğv edib. Məlumatda qeyd edilib ki, N107 kod adına sahib olmuş bu cihaz xarici görünüşcə adi eynəyə bənzəməli idi. Bununla belə o özündə ekranları və AR texnologiyasının dəstəyini birləşdirməli idi. Apple bu layihəni qarışıq reallıq cihazı olan Vision Pro-nun uğursuz startından sonra taxıla bilən cihazlar istiqamətində növbəti perspektivli məhsul kimi qəbul edirdi.
         Şirkət mühəndisləri istifadəçilərin ürəyincə olacaq cihaz yaratmağa hədəflənmişdilər. Lakin Gurman-ın sözlərinə əsasən doğru qiymət çərçivəsində doğru texnologiyanı yaratmaq heç də asan bir tapşırıq olmayıb. İlk öncə Apple mühəndisləri AR eynəyin iPhone-la birgə şəkildə çalışmasını planlaşdırırdılar. Lakin smartfonun hesablama performansı və batareya həcmi AR eynəyin lazımi səviyyədə çalışmasını təmin edə bilmədilər. Buna görə də mühəndislər iPhone əvəzinə Mac kompüterinin istifadəsini düşündülər.
         Qeyd etmək lazımdır ki, Mac kompüterləri daha sürətli prosessorlara və daha güclü batareyalara sahibdirlər. Məlumata əsasən buna baxmayaraq Mac-a qoşulu AR eynəyin imkanları tələbləri qarşılamayıb. İnsayderin sözlərinə inansaq, AR eynəyin prototipinin funksionallığı daimi olaraq dəyişib. Bu səbəbdən də şirkət layihəni sadəcə ləğv etmək qərarına gəlib. Məlumatda qeyd edilib ki, Apple tərəfindən hazırlanmış AR eynək artıq satışda olan Vision Pro-dan daha yüngül olub. Bununla yanaşı o, ön hissədən ekranlara sahib olmayıb. Heç istisna deyil ki, gələcəkdə Apple bu layihəyə yenidən geri qayıtsın.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone SE 2025-in ekranı üzərində hansı növ çıxıntı olacaq?
    iphone-se-2025-in-ekrani-uzerinde-hansi-nov-cixinti-olacaq
    Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
    apple-ceo-su-tim-cook-deepseek-innovativlik-sergileyib
    Apple servislər sayəsində 100 milyard dollar gəlir əldə edib
    apple-servisler-sayesinde-100-milyard-dollar-gelir-elde-edib
    Apple CEO-su gələcək iPhone-lardakı dizayndan danışıb
    apple-ceo-su-gelecek-iphone-lardaki-dizayndan-danisib
    iPhone SE 2025-in yeni fotoları təqdim edilib
    iphone-se-2025-in-yeni-fotolari-teqdim-edilib