
Honor MagicPad 3 planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
03.07.2025
Emil Nəcəfov
Honor şirkəti MagicPad 3 adlı yeni planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı, flaqman Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor MagicPad 3 planşeti 165 Hz-lik təsvir yenilənməsinə sahib 3200x2136 piksel keyfiyyətli 13.3 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Planşetin ekranı üstəlik stilus dəstəyinə sahibdir.

Planşetin çəkisi 595 qram, gövdə qalınlığı isə 5.79 mm təşkil edir. Planşet Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor MagicPad 3 özündə 13 MP + 2 MP ikili arxa kameranı və 9 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 12 450 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor MagicPad 3 artıq Çində satışa çıxıb və onun qiyməti 418$-dan start götürür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nazik və yüngül gövdəyə sahib Honor MagicBook Art 14 2025 noutbuku təqdim edilib - QİYMƏTİ

Nazik və yüngül gövdəyə sahib Honor MagicBook Art 14 2025 noutbuku təqdim edilib - QİYMƏTİ
Honor şirkəti ultranazik gövdəyə, yüksək keyfiyyətli ekrana və yaxşı performansa sahib MagicBook Art 14 2025 noutbukunu təqdim edib. Bu yeni noutbuk maqnezium ərintisindən hazırlanmış olduqca nazik və yüngül gövdəni əldə edib.
Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Çində rəsmi şəkildə yeni qatlana bilən smartfonunu təqdim edib. Söhbət, Honor Magic V5-dən gedir. Honor Magic V5 bazarın ən nazik və yüngül gövdəli qatlana bilən smartfonu olub.
Honor Magic V5-in qapalı vəziyyətdə gövdə qalınlığı məlum olub

Honor Magic V5-in qapalı vəziyyətdə gövdə qalınlığı məlum olub
Artıq məlumdur ki, Honor şirkəti 2 iyul tarixində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim edəcək.
Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
Honor şirkəti böyük həcmli batareyaya sahib Power adlı smartfon seriyasını inkişaf etdirməyə davam edir. Aprel ayında şirkət 8000 mAh enerji tutumlu batareyaya sahib Honor Power smartfonunu təqdim etdi.
Honor Magic V5-in nazik gövdəsini sərgiləyən rəsmi fotolar təqdim edilib

Honor Magic V5-in nazik gövdəsini sərgiləyən rəsmi fotolar təqdim edilib
Honor şirkəti 2 iyul tarixində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim edəcək. İndi isə şirkət sözügedən smartfonun bəzi fotolarını təqdim edib.
Həftənin xəbərləri

