
Nazik və yüngül gövdəyə sahib Honor MagicBook Art 14 2025 noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
03.07.2025
Emil Nəcəfov
Honor şirkəti ultranazik gövdəyə, yüksək keyfiyyətli ekrana və yaxşı performansa sahib MagicBook Art 14 2025 noutbukunu təqdim edib. Bu yeni noutbuk maqnezium ərintisindən hazırlanmış olduqca nazik və yüngül gövdəni əldə edib. Belə ki, noutbukun gövdə qalınlığı 11.5 mm, çəkisi isə 1.03 kq təşkil edir. Nəticədə bu, 14 düym ekrana sahib noutbuklar arasında ən portativ noutbuklardan biri olub. Honor MagicBook Art 14 2025 noutbuku 3120x2080 piksel keyfiyyətli 14.6 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir.

Noutbuk iki versiyada təqdim edilib. Birinci versiya 14 nüvəli Intel Core Ultra 5 225H prosessoru vasitəsilə, ikinci versiya isə 16 nüvəli Intel Core Ultra 7 255H prosessoru vasitəsilə çalışır. Bundan əlavə olaraq noutbuk LPDDR5x standartlı 32 GB-lıq RAM ilə 2 TB-a kimi SSD-ni əldə edib. Noutbukun batareya həcmi 60 vatt-saat təşkil edir və o, sürətli şarj texnologiyasını dəstəkləyir. Nəticədə 46% enerjini 30 dəqiqəyə, 100% enerjini isə 95 dəqiqə ərzində yığır. Noutbuk özündə USB-C 3.2 Gen2, Thunderbolt 4, USB-A 3.2 Gen1, HDMI 2.1-TMDS və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Honor MagicBook Art 14 2025 artıq Çində satışa çıxıb və onun qiyməti 1186$-dan start götürür. Noutbukun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Çində rəsmi şəkildə yeni qatlana bilən smartfonunu təqdim edib. Söhbət, Honor Magic V5-dən gedir. Honor Magic V5 bazarın ən nazik və yüngül gövdəli qatlana bilən smartfonu olub.
Honor Magic V5-in qapalı vəziyyətdə gövdə qalınlığı məlum olub

Honor Magic V5-in qapalı vəziyyətdə gövdə qalınlığı məlum olub
Artıq məlumdur ki, Honor şirkəti 2 iyul tarixində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim edəcək.
Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
Honor şirkəti böyük həcmli batareyaya sahib Power adlı smartfon seriyasını inkişaf etdirməyə davam edir. Aprel ayında şirkət 8000 mAh enerji tutumlu batareyaya sahib Honor Power smartfonunu təqdim etdi.
Honor Magic V5-in nazik gövdəsini sərgiləyən rəsmi fotolar təqdim edilib

Honor Magic V5-in nazik gövdəsini sərgiləyən rəsmi fotolar təqdim edilib
Honor şirkəti 2 iyul tarixində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim edəcək. İndi isə şirkət sözügedən smartfonun bəzi fotolarını təqdim edib.
Qatlana bilən Honor Magic V5-in texniki təfərrüatları açıqlanıb

Qatlana bilən Honor Magic V5-in texniki təfərrüatları açıqlanıb
Honor şirkəti növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V5-in təqdimatını artıq anons edib. Sözügedən smartfon 2 iyul tarixində Çində təqdim olunacaq.
Həftənin xəbərləri

