
Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
03.07.2025
Emil Nəcəfov
Honor şirkəti Çində rəsmi şəkildə yeni qatlana bilən smartfonunu təqdim edib. Söhbət, Honor Magic V5-dən gedir. Honor Magic V5 bazarın ən nazik və yüngül gövdəli qatlana bilən smartfonu olub. Belə ki, smartfonun gövdə qalınlığı tam açıq vəziyyətdə 4.1 mm, qapalı vəziyyətdə 8.8 mm, çəkisi isə 217 qram təşkil edir. Honor Magic V5-in gövdəsində innovasiyalı materiallardan istifadə edilib. Məsələn, smartfonun arxa paneli olduqca yüngül və dözümlü olan aerokosmik lifdən hazırlanıb. Bu material həmçinin zərbələrə də davamlıdır.

Honor Magic V5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2352x2172 piksel keyfiyyətli 7.95 düym ölçülü daxili OLED ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2376x1060 piksel keyfiyyətli 6.43 düym ölçülü xarici OLED ekranla təchiz olunub. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Smartfonun gövdəsi IP58/59 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.

Kameralar mövzusunda Honor Magic V5 özündə 50 MP + 50 MP + 64 MP üçlü arxa kameranı və hər iki ekran üzərində 20 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfonun 256/512 GB daxili yaddaş həcminə sahib versiyası 66 vatt gücündə sürətli şarj texnologiyalı 6100 mAh enerji tutumlu batareya ilə, 1 TB daxili yaddaş həcminə sahib versiyası isə 66 vatt gücündə sürətli şarj texnologiyalı 5820 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bütün versiyalar 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyirlər. Honor Magic V5 artıq Çində satışa çıxıb və onun qiyməti 1255$-dan start götürür. Yaxın aylarda smartfonun qlobal bazar üçün nəzərdə tutulmuş versiyasının təqdimatı gözlənilir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor Magic V5-in qapalı vəziyyətdə gövdə qalınlığı məlum olub

Honor Magic V5-in qapalı vəziyyətdə gövdə qalınlığı məlum olub
Artıq məlumdur ki, Honor şirkəti 2 iyul tarixində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim edəcək.
Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
Honor şirkəti böyük həcmli batareyaya sahib Power adlı smartfon seriyasını inkişaf etdirməyə davam edir. Aprel ayında şirkət 8000 mAh enerji tutumlu batareyaya sahib Honor Power smartfonunu təqdim etdi.
Honor Magic V5-in nazik gövdəsini sərgiləyən rəsmi fotolar təqdim edilib

Honor Magic V5-in nazik gövdəsini sərgiləyən rəsmi fotolar təqdim edilib
Honor şirkəti 2 iyul tarixində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim edəcək. İndi isə şirkət sözügedən smartfonun bəzi fotolarını təqdim edib.
Qatlana bilən Honor Magic V5-in texniki təfərrüatları açıqlanıb

Qatlana bilən Honor Magic V5-in texniki təfərrüatları açıqlanıb
Honor şirkəti növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V5-in təqdimatını artıq anons edib. Sözügedən smartfon 2 iyul tarixində Çində təqdim olunacaq.
Qatlana bilən Honor Magic V5-in təqdimatı anons edilib

Qatlana bilən Honor Magic V5-in təqdimatı anons edilib
Honor şirkəti növbəti qatlana bilən smartfonunun təqdimatını anons edib. Söhbət, Honor Magic V5-dən gedir.
Həftənin xəbərləri

