
Honor Magic V5-in nazik gövdəsini sərgiləyən rəsmi fotolar təqdim edilib
Cihazlar+
20.06.2025
Emil Nəcəfov
Honor şirkəti 2 iyul tarixində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim edəcək. İndi isə şirkət sözügedən smartfonun bəzi fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfonun ön və arxa paneli deyil, kənar və üst hissələri sərgilənib. Bu üsul ilə şirkət Honor Magic V5-in gövdəsinin nə dərəcədə nazik olacağına işarə edir. Şirkət bildirib ki, Honor Magic V5 öz gövdəsinin nazikliyi və yüngüllüyü hesabına qatlana bilən smartfonlar arasında istifadəçi təcrübəsini yeni səviyyəyə qaldıracaq.
Son məlumatlara əsasən smartfon 7.9 düym ölçülü daxili ekranla və 6.4 düym ölçülü xarici ekranla təchiz olunacaq. Smartfonun gövdə qalınlığı qatlanmış vəziyyətdə 8.8-8.9 mm, çəkisi isə 215 qram təşkil edəcək. Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Honor Magic V5-in olduqca nazik gövdəyə sahib olacağına baxmayaraq, o, böyük həcmli batareyanı əldə edəcək. Söhbət, 6100 mAh enerji tutumlu batareyadan gedir. İnsayderlər bildiriblər smartfon 50 MP-lik əsas arxa kameraya və 200 MP-lik telekameraya sahib olacaq.



Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Honor Magic V5-in texniki təfərrüatları açıqlanıb

Qatlana bilən Honor Magic V5-in texniki təfərrüatları açıqlanıb
Honor şirkəti növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V5-in təqdimatını artıq anons edib. Sözügedən smartfon 2 iyul tarixində Çində təqdim olunacaq.
Qatlana bilən Honor Magic V5-in təqdimatı anons edilib

Qatlana bilən Honor Magic V5-in təqdimatı anons edilib
Honor şirkəti növbəti qatlana bilən smartfonunun təqdimatını anons edib. Söhbət, Honor Magic V5-dən gedir.
Qlobal bazarda büdcəli Honor X6c smartfonu təqdim edilib

Qlobal bazarda büdcəli Honor X6c smartfonu təqdim edilib
Honor şirkəti qlobal bazarda yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X6c-dən gedir. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı və MediaTek Helio prosessorunu əldə edib.
Qlobal bazarda Honor Pad 10 planşeti təqdim edilib - QİYMƏTİ

Qlobal bazarda Honor Pad 10 planşeti təqdim edilib - QİYMƏTİ
Honor şirkəti qlobal bazarda Honor Pad 10 adlı yeni planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və Snapdragon prosessorunu əldə edib.
Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor 400 smartfon seriyasını təqdim edib. Bu yeni smartfon seriyasına iki mdel daxil olub. Honor 400 və Honor 400 Pro. Hər iki model xarici görünüşcə demək olar bir-birinə bənzəyir.
Həftənin xəbərləri

