
Apple 2 cihazı öz köhnəlmiş cihazlar siyahısına əlavə edib
Cihazlar+
16.04.2025
Emil Nəcəfov
Apple 2 cihazı öz köhnəlmiş cihazlar siyahısına əlavə edib. Artıq şirkət iPhone 6s və Mac mini (2018) modellərini rəsmi olaraq köhnəlmiş hesab edir. Vintaj (köhnə, lakin dəstək verilən) cihazlar siyahısında isə dəyişiklik yoxdur. Apple bu köhnəlmiş cihazlar üçün bütün aparat dəstəklərini dayandırır və servis təminatçıları bu modellər üçün ehtiyat hissələri sifariş edə bilməzlər.

Bu da o deməkdir ki, iPhone 6s və Mac mini (2018) modellərinin istifadəsi daha da aktual olmayan hala gəlir və onları dəyişmək vaxtı çatıb. iPhone 6s 2015-ci ildə təqdim olunmuşdu və 3D Touch ekran texnologiyasına malik ilk iPhone olmuşdu. O, Apple Store mağazalarında rəsmi olaraq 2018-ci ilə qədər satılıb. Mac mini (2018) isə Intel prosessorları ilə təchiz olunan seriyanın sonuncu modeli olub və 4/6 nüvəli Intel Coffee Lake prosessorları ilə, həmçinin Intel UHD Graphics 630 qrafik kartı ilə təchiz edilmişdi.

Mənbə: Apple
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple süni zəkası üçün istifadəçi məlumatlarını analiz edəcək

Apple süni zəkası üçün istifadəçi məlumatlarını analiz edəcək
Apple süni zəka platformasını təkmilləşdirmək məqsədilə istifadəçilərin cihazlarındakı məlumatları analiz etməyə başlamağı planlaşdırır. Qeyd olunur ki, bu addım həm istifadəçi məlumatlarının qorunmasına, həm də şirkətin süni zəka sahəsində rəqiblərinə çatmasına xidmət edir.
Apple Vision Pro 2 birinci nəsil Vision Pro-dan 2 özəlliyi ilə fərqlənəcək

Apple Vision Pro 2 birinci nəsil Vision Pro-dan 2 özəlliyi ilə fərqlənəcək
Apple şirkəti Vision Pro qarışıq reallıq (AR + VR) cihazının yeni versiyası üzərində çalışır. Vision Pro 2 əvvəlki modelə nisbətən iki əsas təkmilləşdirmə ilə təqdim olunacaq.
Yenilənmiş Siri bu ilin ikinci yarısında istifadəyə verilə bilər

Yenilənmiş Siri bu ilin ikinci yarısında istifadəyə verilə bilər
Apple şirkəti daha öncə səsli köməkçisi Siri üçün genişləndirilmiş süni zəka funksiyalarının təqdimatını təxirə salmağa məcbur olsa da, indi bu funksiyalar üzərində işi sürətləndirib və artıq bu ilin payızında Apple Intelligence dəstəyi ilə Siri-ni təqdim etməyi planlaşdırır.
Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb

Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb
Çərşənbə günü qeydə alınan rekord artımdan sonra, texnoloji səhm qiymətləri cümə axşamı kəskin şəkildə azaldı, və Nasdaq Composite indeksi 4% gerilədi.
Apple-ın Siri-yə süni zəkanın uğursuz inteqrasiyasının səbəbi məlum olub

Apple-ın Siri-yə süni zəkanın uğursuz inteqrasiyasının səbəbi məlum olub
Bu günlərdə The Information nəşrinin jurnalisti Wayne Ma geniş bir hesabat yayımlayıb. Hesabatda Apple-ın Siri üçün nəzərdə tutulan süni zəkanın yenidən işlənməsi prosesində uğursuzluğa düçar olduğu ətraflı təsvir olunur.
Həftənin xəbərləri

