main-post-cover

    Yenilənmiş Siri bu ilin ikinci yarısında istifadəyə verilə bilər

    Proqram Təminatı
    11.04.2025
    Emil Nəcəfov
         Apple şirkəti daha öncə səsli köməkçisi Siri üçün genişləndirilmiş süni zəka funksiyalarının təqdimatını təxirə salmağa məcbur olsa da, indi bu funksiyalar üzərində işi sürətləndirib və artıq bu ilin payızında Apple Intelligence dəstəyi ilə Siri-ni təqdim etməyi planlaşdırır. Bu barədə The New York Times məlumat yayıb. Mart ayının əvvəlində Apple etiraf etmişdi ki, Siri-yə fərdiləşdirmə funksiyalarını əlavə etmək əvvəlcədən planlaşdırılandan daha çox vaxt tələb edir və bu səbəbdən bu funksiyaların istifadəyə verilməsi gələn ilə təxirə salınıb. Lakin indi The New York Times öz mənbələrinə istinadən yazır ki, şirkət yenilənmiş Siri versiyasını artıq bu payızda təqdim etməyi planlaşdırır.
         “Apple yenilənmiş Siri-ni ləğv etməyib. Şirkət bu payızda yeni virtual köməkçini təqdim etməyi planlaşdırır - o, məsələn, istifadəçinin istəyi ilə dostuna foto düzəldib göndərmək kimi funksiyaları yerinə yetirə biləcək” - deyə qəzet məsələdən xəbərdar olan üç mənbəyə istinadla bildirib. Apple yeni Siri imkanlarını ötən ilin iyun ayında keçirilmiş WWDC 2024 tədbirində nümayiş etdirmişdi. Bu funksiyalar şərti olaraq üç kateqoriyaya bölünə bilər: Şəxsi kontekst, ekranda baş verənləri anlama və tətbiqlərlə təkmilləşdirilmiş inteqrasiya. Şəxsi kontekst o deməkdir ki, Siri elektron poçtları, mesajları, faylları, şəkilləri və digər məlumatları təhlil edə biləcək - istifadəçinin kontaktlarla olan qarşılıqlı əlaqəsini öyrənərək süni zəka məlumatların təşkilinə və gündəlik tapşırıqların həllinə kömək edəcək.
         Məsələn, Siri-dən ötən həftə hansısa bir kontaktın göndərdiyi faylları göstərməsini istəmək, hokkeydən bəhs olunan məktubu tapmaq, tövsiyə edilmiş kitabları axtarmaq və ya alınmış resepti göstərmək mümkün olacaq. Virtual köməkçi cihazın ekranında baş verənləri anlamağı öyrənəcək: Məsələn, göndərilmiş ünvanı Siri əlaqə kartına əlavə edə, baxılan şəkli isə müvafiq ünvana göndərə biləcək. Nəhayət, süni zəka tətbiqlərlə dərin inteqrasiya əldə edəcək və onları idarə etmək imkanına sahib olacaq: Faylları proqramlar arasında köçürmək, şəkilləri redaktə edib göndərmək, evə marşrut qurmaq və seçilmiş kontaktı çatma vaxtı barədə məlumatlandırmaq, eləcə də məktubun qaralamasını göndərmək kimi funksiyalar yerinə yetirə biləcək. Hazırda Siri-nin yeni funksiyalarından artıq bir neçəsi istifadəyə verilib: Mətn formatında ünsiyyət dəstəyi, yenilənmiş interfeys, ChatGPT ilə inteqrasiya və təbii dili daha yaxşı anlama bacarığı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb
    mueyyen-yukselisden-sonra-texnoloji-sirketlerin-sehmlerinin-deyeri-yeniden-asagi-dusub
    Apple-ın Siri-yə süni zəkanın uğursuz inteqrasiyasının səbəbi məlum olub
    apple-in-siri-ye-suni-zekanin-ugursuz-inteqrasiyasinin-sebebi-melum-olub
    Qatlana bilən iPad düşünüldüyündən daha tez təqdim oluna bilər
    qatlana-bilen-ipad-dusunulduyunden-daha-tez-teqdim-oluna-biler
    Əgər iPhone tamamilə ABŞ-da istehsal edilsə, onun qiyməti 2500$-dan baha olacaq
    eger-iphone-tamamile-abs-da-istehsal-edilse-onun-qiymeti-2500-dan-baha-olacaq
    Apple səhmlərinin dəyəri düşdüyü səbəbilə Microsoft yenidən dünyanın ən bahalı şirkəti olub
    apple-sehmlerinin-deyeri-dusduyu-sebebile-microsoft-yeniden-dunyanin-en-bahali-sirketi-olub