
Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb
Tech-Biznes
11.04.2025
Emil Nəcəfov
Çərşənbə günü qeydə alınan rekord artımdan sonra, texnoloji səhm qiymətləri cümə axşamı kəskin şəkildə azaldı, və Nasdaq Composite indeksi 4% gerilədi. Ticarət mübahisələrinin yumşaldılacağına dair ümidlərin yaratdığı eyforiya qısa müddətdə sönərək, iqtisadi perspektivlərlə bağlı narahatlıqlara yol verdi. Çərşənbə günü bazarlar güclü bir yüksəliş yaşadı - buna səbəb prezident Donald Trump-ın bəzi tariflərin 90 gün müddətinə dayandırıldığını, əksər ölkələr üçün isə tariflərin 10%-ə endirildiyini elan etməsi oldu. Bu addım əlavə danışıqlar aparmaq məqsədilə atılmışdı.

Lakin cümə axşamı Ağ Ev nümayəndələri CNBC telekanalına təsdiqlədilər ki, Çin üçün ümumi tarif dərəcəsi 145% təşkil edəcək. Bu açıqlama investorların optimizmini soyutdu və ABŞ-ın ticarət tariflərinin qlobal iqtisadiyyata mənfi təsiri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirdi. Cümə axşamı bazar yönünü dəyişdi. Apple səhmələri 4% dəyər itirdi, bu da şirkətin çərşənbə günü əldə etdiyi 15%-lik artımın bir hissəsini silmiş oldu. Qeyd edək ki, bu artım iPhone istehsalçısı üçün 1998-ci ilin yanvarından bəri ən uğurlu gün olmuşdu. Tesla və Meta Platforms səhmələri 6%, Amazon və NVIDIA isə ən azı 5% dəyər itirdi.

Microsoft və Alphabet səhmələri ən azı 3% mənfi nəticə ilə günü başa vurdu. Xüsusilə yarımkeçirici istehsalçıları daha böyük zərbə aldılar, çünki onların fəaliyyəti əsasən ABŞ-dan kənarda yerləşən istehsal obyektlərindən asılıdır. VanEck Semiconductor ETF 7% azaldı. On Semiconductor, Marvell Technology, və Apple-ın təchizatçıları olan Qorvo və Skyworks Solutions şirkətlərinin səhm qiymətləri hər biri 11%-dən çox düşdü. Advanced Micro Devices (AMD), Broadcom və Intel-in səhm qiymətləri ən azı 6% azaldı. Micron Technology isə 10%-dən çox dəyər itirdi.
Mənbə: CNBC
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka proqram təminatı kodundakı səhvləri hələ lazımi səviyyədə aradan qaldıra bilmir

Süni zəka proqram təminatı kodundakı səhvləri hələ lazımi səviyyədə aradan qaldıra bilmir
Microsoft Research bölməsinin yeni araşdırması göstərib ki, süni zəka proqramçılara kod yazmaqda kömək etsə də, OpenAI-nin və Anthropic-in qabaqcıl süni zəka modelləri belə səhvləri düzəltmək tapşırıqlarının yalnız yarısında uğur qazana bilirlər.
Apple-ın Siri-yə süni zəkanın uğursuz inteqrasiyasının səbəbi məlum olub

Apple-ın Siri-yə süni zəkanın uğursuz inteqrasiyasının səbəbi məlum olub
Bu günlərdə The Information nəşrinin jurnalisti Wayne Ma geniş bir hesabat yayımlayıb. Hesabatda Apple-ın Siri üçün nəzərdə tutulan süni zəkanın yenidən işlənməsi prosesində uğursuzluğa düçar olduğu ətraflı təsvir olunur.
Qatlana bilən iPad düşünüldüyündən daha tez təqdim oluna bilər

Qatlana bilən iPad düşünüldüyündən daha tez təqdim oluna bilər
Yeni hesabatda qeyd olunub ki, Apple uzun müddətdir gözlənilən böyük ölçülü qatlana bilən iPad modelini düşünüldüyündən daha tez təqdim edə bilər.
Instagram-da şifrələnmiş Reels-lər test edilir

Instagram-da şifrələnmiş Reels-lər test edilir
Məlumdur ki, ABŞ-da TikTok-un qeyri-müəyyən vəziyyəti fonunda Meta təcili olaraq Instagram və digər tətbiqlərini təkmilləşdirməyə başlayıb.
Meta, Instagram və WhatsApp-ı qanunsuz əldə etməkdə şübhəli bilinir

Meta, Instagram və WhatsApp-ı qanunsuz əldə etməkdə şübhəli bilinir
Mark Zuckerberg-in 2012-ci ildə Instagram, 2014-cü ildə isə WhatsApp sosial platformalarını əldə etməsi onun imperiyasına milyardlarla istifadəçiyə çatmağa kömək edib.
Həftənin xəbərləri

