
Apple-ın Siri-yə süni zəkanın uğursuz inteqrasiyasının səbəbi məlum olub
Proqram Təminatı
10.04.2025
Emil Nəcəfov
Bu günlərdə The Information nəşrinin jurnalisti Wayne Ma geniş bir hesabat yayımlayıb. Hesabatda Apple-ın Siri üçün nəzərdə tutulan süni zəkanın yenidən işlənməsi prosesində uğursuzluğa düçar olduğu ətraflı təsvir olunur. Ma-nın fikrincə, şirkətin süni zəkanı tətbiq etməkdə yaşadığı problemlərin əsas səbəbləri bunlardır: Apple-ın istifadəçi məxfiliyinə qarşı sərt və kompromisssiz mövqeyi və və zəif idarəetmə. Apple-ın süni zəka və machine learning (AI/ML) sahəsində daha əvvəl çalışmış bir neçə keçmiş əməkdaşı The Information-a bildiriblər ki, Siri-nin yeni versiyasının hazırlanmasında yaranmış problemlərin başlıca səbəbi məhz zəif rəhbərlik olub. Xüsusilə çoxlu tənqidlər Robert Walker-ə yönəlib. Bildirilir ki, onun nə gələcəklə bağlı ambisiyası, nə də səsli köməkçinin yeni versiyalarını yaratmaq üçün riskə getmək istəyi olub.

Apple-ın digər bölmələrində çalışan bir çox əməkdaş, süni zəka və machine learning qrupunu istehza ilə “AIMLess” adlandırırdılar. Bu ifadə qurumun məqsədsiz və nəticəsiz işlədiyinə, eləcə də heç bir real uğur qazanmamasına eyhamdır. Keçən il keçirilmiş WWDC 2024 tədbirindən sonra Apple, süni zəka funksiyalarını nümayiş etdirməsinə görə ciddi tənqidlərə məruz qaldı, çünki görünən odur ki, bu funksiyaların işlək prototipləri belə mövcud deyildi. Wayne Ma qeyd edir ki, "Apple-da Siri komandası üçün həmin nümayiş tamamilə sürpriz olub". Keçmiş əməkdaşlardan birinin sözlərinə görə, o zaman təqdim edilən yeganə yeni funksiya, istifadəçi Siri-ni çağırdıqda iPhone ekranının kənarlarında görünən rəngli, hərəkətli işıq effektləri idi.

Apple üçün belə bir təqdimat, əvvəlki praktikasından ciddi şəkildə fərqlənirdi. Ənənəvi olaraq şirkət yalnız artıq test qurğularında işləyən və marketinq komandası tərəfindən yoxlanılmış funksiyaları konfranslarda nümayiş etdirirdi - bununla onların vaxtında istifadəyə verilməsinə zəmanət verilirdi. Bu kontekstdə baxdıqda, Apple-ın ümumiyyətlə Siri üçün iOS 18.1 və 18.2 versiyalarında hər hansı yeni funksiya təqdim etməyi bacarması belə təəccüblü görünür. The Information-ın məlumatına görə, bu günə olan vəziyyət etibarilə Apple rəhbərliyi Siri-nin gələcəyi ilə bağlı daha optimist baxışlara malikdir. Bu da, əsasən, proqram təminatının hazırlanması üzrə baş vitse-prezident Craig Federighi-nin yeni süni zəka funksiyalarının inkişafında fəal iştirak etməsi ilə bağlıdır.

Onun rəhbərliyi altında Apple daxilində “İntellektual sistemlər” adlı ayrıca süni zəka bölməsi yaradılıb. Hərçənd ki, AI/ML komandası hələ də süni zəka və machine learning üzrə baş vitse-prezident John Giannandrea-nın rəhbərliyi altında fəaliyyət göstərir, Wayne Ma-nın yazdığı məqalə yaxın gələcəkdə bu iki struktur arasında fikir ayrılıqları və qarşıdurmaların ola biləcəyinə işarə edir. Ma-nın sözlərinə görə, Federighi artıq Apple-da süni zəka ilə bağlı siyasəti ciddi şəkildə dəyişib: Əvvəllər mühəndislərə yalnız daxili modellərdən istifadə etməklə funksiyalar hazırlamaq tapşırılırdı, indi isə açıq mənbəli (open source) xarici modellərdən istifadə etməyə də icazə verilib.
Mənbə: The Information
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən iPad düşünüldüyündən daha tez təqdim oluna bilər

Qatlana bilən iPad düşünüldüyündən daha tez təqdim oluna bilər
Yeni hesabatda qeyd olunub ki, Apple uzun müddətdir gözlənilən böyük ölçülü qatlana bilən iPad modelini düşünüldüyündən daha tez təqdim edə bilər.
Əgər iPhone tamamilə ABŞ-da istehsal edilsə, onun qiyməti 2500$-dan baha olacaq

Əgər iPhone tamamilə ABŞ-da istehsal edilsə, onun qiyməti 2500$-dan baha olacaq
ABŞ Prezidenti Donald Trump, dünyanın müxtəlif ölkələrindən idxal olunan mallara tətbiq ediləcək rüsumların ölkədə istehsalın sürətlə dirçəlməsinə kömək edəcəyini vəd etmişdi. Lakin ekspertlərin proqnozlarına görə, əslində ölkəni geyimdən tutmuş elektronikaya qədər bütün məhsullar üzrə qiymətlərin kəskin artımı gözləyir.
Apple səhmlərinin dəyəri düşdüyü səbəbilə Microsoft yenidən dünyanın ən bahalı şirkəti olub

Apple səhmlərinin dəyəri düşdüyü səbəbilə Microsoft yenidən dünyanın ən bahalı şirkəti olub
Yaxın keçmişə qədər ABŞ-ın fond bazarında ən iri emitentlər arasında müşahidə olunan “çeviklik” süni zəka sahəsindəki tendensiyalarla müəyyən olunurdu - müəyyən bir müddət ərzində dünyanın ən dəyərli şirkəti NVIDIA olurdu.
Nazik gövdəli iPhone 17 Air-in keyfiyyətli maket fotoları təqdim edilib

Nazik gövdəli iPhone 17 Air-in keyfiyyətli maket fotoları təqdim edilib
Majin Bu ləqəbli nüfuzlu insayder bu ilin ikinci yarısında təqdimatı gözlənilən ultranazik iPhone 17 Air smartfonunun maketlərinin fotolarını paylaşmağa davam edir.
Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb

Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb
Texnologiya və yarımkeçirici şirkətlərin səhmləri bu gün ardıcıl 3 qeyri-sabit ticarət sessiyasından sonra nəzərəçarpacaq dərəcədə artıb. Bu, ABŞ ilə digər ölkələr arasında tarif razılaşmalarının əldə olunacağına dair optimist gözləntilər fonunda baş verib.
Həftənin xəbərləri

