
Azercell Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə rəssamın əsərlərindən ibarət kitabı təqdim etdi
Digər
17.06.2025
Emil Nəcəfov
12 iyun 2025-ci il tarixində görkəmli rəssam Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə “Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir keçirilib. Rəssamın xatirəsinə həsr olunmuş gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə rəssamın həyat və yaradıcılığına həsr olunmuş yeni kitabın təqdimatı da baş tutub.

Tədbirdə çıxış edən “Azercell Telekom”un Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova Azercell-in təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş kitabdan bəhs edərkən, - “Ucal Haqverdiyev kimi dahi sənətkarlarımızın irsini tanıtmaq və gələcək nəsillərə çatdırmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki milli mədəni irsimizin qorunması və tərənnüm edilməsi şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir”, - deyə bildirib.
“Azərpoçt” MMC Ucal Haqverdiyevin yubileyi münasibətilə rəssamın “Avtoportret”, “Dərviş” və “Gəzinti” əsərlərini əks etdirən xatirə poçt markaları buraxıb. Markaları tədbir iştirakçılarına nümayiş etdirən “Azərpoçt”un şöbə müdiri Sitarə Hüseynova bildirib ki, Ucal Haqverdiyevin yaradıcılığına həsr olunmuş markalar sənət irsinin filateliya vasitəsilə yaşadılmasına xidmət edir.

Tədbirdə təqdim olunan digər layihə A-Solutions Elektron Pul Təşkilatının Ucal Haqverdiyevin əsərlərinə həsr olunmuş rəqəmsal kart kolleksiyası oldu. “Maliyyə və mədəniyyət bir arada” təşəbbüsü çərçivəsində ərsəyə gəlmiş bu təşəbbüsün məqsədindən danışan A-Solutions-un baş icraçı direktoru Həsən Həsənov bildirib: “Biz inanırıq ki, texnologiyanın gücü yalnız onun funksionallığında deyil, insanların gündəlik həyatına qatdığı dəyərlə ölçülür.”
Tədbirin sonunda qonaqlara Ucal Haqverdiyevin yubileyi münasibətilə nəşr olunmuş kitab hədiyyə edilib.



Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
Azercell Amazon Web Services ilə əməkdaşlıq çərçivəsində tələbələrin data və süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə "DataMinds Azercell" bootcamp təşəbbüsünü elan edir.
Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır

Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
19 iyun 2025-ci il tarixindən etibarən “Azercell Telekom” fakturasız (SimSim) xətt istifadəçiləri üçün mobil rabitə xidmətlərindən daha rahat və şəffaf şəkildə istifadəni təmin edən yeni tarif mexanizmini tətbiq edir.
Azercell-in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi

Azercell-in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi
Azərbaycanlı məktəbli Asia Pasifik İnformatika Olimpiadasında medal qazandı
Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi

Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
Ölkənin lider mobil operatoru rəqəmsal savadlılığın artırılması və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində təşəbbüslərini davam etdirir. Şirkət Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıqda “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na başlayıb.
İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi

İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya tərəfdaşlığı ilə növbəti “She Congress” baş tutdu. 500-dən çox qadının iştirak etdiyi tədbir maraqlı çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla yadda qaldı.
Həftənin xəbərləri

