
Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
Digər
03.06.2025
Emil Nəcəfov
19 iyun 2025-ci il tarixindən etibarən “Azercell Telekom” fakturasız (SimSim) xətt istifadəçiləri üçün mobil rabitə xidmətlərindən daha rahat və şəffaf şəkildə istifadəni təmin edən yeni tarif mexanizmini tətbiq edir.
Yeni qaydalara əsasən, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan tarifdaxili danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq.
Qeyd edək ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə, xidmətlər dayandırılırdı. Məsələn, “Azercellim” və ya “Bölgə” tariflərinə qoşulmuş istifadəçi 2 AZN yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə tarif daxilində verilmiş və istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi.
Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir.
Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunur. Artıq balansa yükləmə məbləğdən asılı olmayaraq, sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq.
Bu yenilik “Azercell Telekom”un müştəri təcrübəsini təkmilləşdirməyə və abunəçilərə gündəlik rabitə ehtiyaclarına uyğun daha səmərəli xidmətlər təqdim etməyə yönəlmiş strategiyasının bir hissəsidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi

Azercell-in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi
Azərbaycanlı məktəbli Asia Pasifik İnformatika Olimpiadasında medal qazandı
Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi

Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
Ölkənin lider mobil operatoru rəqəmsal savadlılığın artırılması və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində təşəbbüslərini davam etdirir. Şirkət Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıqda “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na başlayıb.
İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi

İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya tərəfdaşlığı ilə növbəti “She Congress” baş tutdu. 500-dən çox qadının iştirak etdiyi tədbir maraqlı çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla yadda qaldı.
A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
21-22 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan M360 Eurasia 2025 tədbiri qlobal telekommunikasiya və texnologiya sektorunun diqqət mərkəzində olub. Sənaye liderlərini bir araya gətirən bu platforma güclü kommunikasiya, strateji əməkdaşlıq və innovativ həllər istiqamətində fikir mübadiləsi üçün geniş imkanlar yaradıb.
Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib
21-22 may tarixlərində GSMA-nın təşkilatçılığı ilə Daşkənddə keçirilən “M360 Eurasia 2025” forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib.
Həftənin xəbərləri

