
İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi
Digər
26.05.2025
Emil Nəcəfov
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya tərəfdaşlığı ilə növbəti “She Congress” baş tutdu. 500-dən çox qadının iştirak etdiyi tədbir maraqlı çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla yadda qaldı.
“Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq” (“Beyond Now – Creating What Lives On”) şüarı altında keçirilən konqresdə Azercell şirkətini Hüquq və Data Strategiyası üzrə Baş direktor Şirin Əliyeva və Korporativ və Marketinq Kommunikasiyaları Departamentinin direktoru Sona Abbasova təmsil etdilər.

Çıxışı zamanı Şirin Əliyeva Azercell-in telekommunikasiya sektorundakı lider mövqeyindən danışdı: “Azercell olaraq biz telekommunikasiya xidmətləri təqdim etməklə yanaşı sosial rifahın gücləndirilməsi və insan potensialının inkişafına töhfə veririk. Texnologiyanın, xüsusilə də süni intellektin bu qədər sürətlə həyatımıza nüfuz etdiyi bir dövrdə inanırıq ki, heç bir texnoloji yenilik insan duyğularını, empatiya və yaradıcılığını əvəz edə bilməz. Məhz buna görə həyata keçirdiyimiz hər bir təşəbbüs insan mərkəzli yanaşmaya əsaslanmalı və rifahın yüksəldilməsinə xidmət etməlidir.”
Konqres çərçivəsində təşkil olunan “İlk Açıq Qapı – Tağıyevin İrsi” adlı panel müzakirəsi Azərbaycan qadınının təhsil tarixinə həsr olundu. Panelin moderatoru Sona Abbasova bildirdi ki, Tağıyev “yumşaq güc”ün canlı təcəssümü idi. Cəmiyyətin mövcud stereotiplərinə və müqavimətinə baxmayaraq, o, 100 il əvvəl qadınların təhsil almasının vacibliyini anlayır və bu istiqamətdə cəsarətli addımlar atırdı.
Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev çıxışında xeyriyyəçi Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən bədii filmə toxundu. O, əsərin yalnız bir tarixi şəxsiyyətin ömür yolunu deyil, həm də xeyriyyəçinin qadınların təhsil alması uğrunda apardığı mübarizə və qarşılaşdığı çətinlikləri əks etdirdiyini vurğuladı. Tağıyevin “Bir qadına təhsil verərsənsə, bir millətə təhsil vermiş olarsan” fikri bu gün də öz aktuallığını qoruyur.

“Tağıyev” filminin ssenari müəllifi İsmayıl İmanov isə çıxışında bildirdi ki, aradan 100 il keçməsinə rəğmən qızların təhsil almasına münasibətdə bəzi stereotiplər hələ də qalmaqdadır.
Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilmiş “Vətəndaş A” serialında baş rolu canlandıran aktrisa Günəş Təkin də bu fikri bölüşərək qeyd etdi ki, əsərdə əks olunan bir sıra problemlərin bu gün də aktual olmasının əsas səbəbi valideynlərin düşüncə tərzində mövcud olan stereotiplərdir.
Çıxışında müasir dövrdə qadınların təhsili mövzusuna toxunan ADA Universitetinin prorektoru Vəfa Kazdal gənc qızlar üçün seçim azadlığı və özünəinam hissinin formalaşmasına şərait yaradılmasının vacibliyini vurğuladı. O bildirdi ki, bu imkanların genişləndirilməsi təkcə fərdi deyil, cəmiyyətin ümumi inkişafı baxımından da böyük əhəmiyyət daşıyır.
Panelin növbəti iştirakçısı - “Huma Quşu” Təhsilə Yardım Fondunun İdarə Heyətinin üzvü Səidə Abdullayeva fondun yaranma tarixi, fəaliyyəti və Azercell ilə tərəfdaşlığı barədə məlumat verdi. O bildirdi ki, fondun dəstəyi ilə artıq bir çox gənc qız xaricdə təhsil imkanı qazanıb və bu təşəbbüslər qadınların innovasiya və texnologiya sahələrində irəliləməsinə töhfə verir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
21-22 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan M360 Eurasia 2025 tədbiri qlobal telekommunikasiya və texnologiya sektorunun diqqət mərkəzində olub. Sənaye liderlərini bir araya gətirən bu platforma güclü kommunikasiya, strateji əməkdaşlıq və innovativ həllər istiqamətində fikir mübadiləsi üçün geniş imkanlar yaradıb.
Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib
21-22 may tarixlərində GSMA-nın təşkilatçılığı ilə Daşkənddə keçirilən “M360 Eurasia 2025” forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib.
“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı
"Huma Quşu" təhsilə yardım fondu Azercell-in dəstəyi ilə həyata keçirdiyi “Qızların STEM-də yüksəlişi” təqaüd proqramının qaliblərini açıqlayıb. Proqram çərçivəsində 10 tələbə qıza təqaüd təqdim olunub.
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!
Lider mobil operatorun sağlam və inkişafyönümlü iş mühiti yaratmaq istiqamətində göstərdiyi səylər beynəlxalq səviyyədə qiymətləndirilib
ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək
İnsan kapitalının dayanıqlı inkişafına dəstək verən Azercell ADA Universitetinin keçirdiyi “İşəgötürülmə qabiliyyəti həftəsi 2025” (“Employability Week 2025”) çərşivəsində tələbələr üçün silsilə seminarlar və interaktiv sessiyalar təşkil etdi.
Həftənin xəbərləri

