
Azercell-in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi
Digər
02.06.2025
Emil Nəcəfov
17-18 may tarixlərində 19-cu Asia Pasifik İnformatika Olimpiadası (APIO 2025) baş tutub. Onlayn formatda təşkil olunan beynəlxalq yarışda Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ayxan Dəmirli bürünc medal qazanıb.
Asia Pasifik İnformatika Olimpiadası (APIO) 2007-ci ildən etibarən Asiya və Sakit okean regionlarını əhatə edən nüfuzlu proqramlaşdırma müsabiqəsidir. Builki yarışda 42 ölkədən 900-ə yaxın məktəbli iştirak edib. Yarışçılar beş saat ərzində alqoritmik məsələ həll edərək proqramlaşdırma sahəsində öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına və informatika sahəsində gənc istedadların inkişafına diqqət ayıran “Azercell Telekom” MMC çoxsaylı layihələr həyata keçirir. Belə təşəbbüslərin arasında Azercell-in Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Artıq on ilə yaxındır ki, bu əməkdaşlıq çərçivəsində şirkət məktəblilərin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesinə davamlı dəstək verir. Bu inkişaf proqramları nəticəsində paytaxt və bölgələrdə təhsil alan məktəblilər müxtəlif yaş qrupları üzrə proqramlaşdırma müsabiqələrində ümumilikdə 91 medal qazanaraq Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil ediblər.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi

Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
Ölkənin lider mobil operatoru rəqəmsal savadlılığın artırılması və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində təşəbbüslərini davam etdirir. Şirkət Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıqda “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na başlayıb.
İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi

İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya tərəfdaşlığı ilə növbəti “She Congress” baş tutdu. 500-dən çox qadının iştirak etdiyi tədbir maraqlı çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla yadda qaldı.
A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
21-22 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan M360 Eurasia 2025 tədbiri qlobal telekommunikasiya və texnologiya sektorunun diqqət mərkəzində olub. Sənaye liderlərini bir araya gətirən bu platforma güclü kommunikasiya, strateji əməkdaşlıq və innovativ həllər istiqamətində fikir mübadiləsi üçün geniş imkanlar yaradıb.
Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib
21-22 may tarixlərində GSMA-nın təşkilatçılığı ilə Daşkənddə keçirilən “M360 Eurasia 2025” forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib.
“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı
"Huma Quşu" təhsilə yardım fondu Azercell-in dəstəyi ilə həyata keçirdiyi “Qızların STEM-də yüksəlişi” təqaüd proqramının qaliblərini açıqlayıb. Proqram çərçivəsində 10 tələbə qıza təqaüd təqdim olunub.
Həftənin xəbərləri

