main-post-cover

    Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi

    Digər
    19.06.2025
    Emil Nəcəfov
       “Azercell Könüllüləri” sosial məsuliyyət fəaliyyətini davam etdirərək xüsusi diqqət və qayğıya ehtiyacı olan ahıl və uşaqları bir araya gətirən tədbir təşkil edib. 
      Belə ki, Azercell-in təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin uşaqları, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Ahıl  şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət ediblər.
       Bu təşəbbüsə “Aztelekom” MMC-nin əməkdaşları və “Enteskedu” Rəqəmsal Bacarıqlar Mərkəzi də qoşularaq tədbirin sosial təsir dairəsini daha da genişləndiriblər.
       Ümumilikdə 100-dən çox böyük və gənc nəslin nümayəndələrini bir araya gətirən bu təşəbbüsün əsas məqsədi nəsillərarası ünsiyyəti gücləndirmək və qarşılıqlı sosial inteqrasiyanı təşviq etmək olub. 
       Tədbir çərçivəsində iştirakçılar üçün əyləncə proqramı, yaradıcı fəaliyyətlər və musiqili çıxışlar təşkil olunub. 
      Qeyd edək ki, “Azercell Könüllüləri” 2004-cü ildən etibarən müxtəlif xeyriyyə layihələrində fəal iştirak edir. Təşkilat qayğıya ehtiyacı olan sosial qruplara davamlı dəstək göstərməklə sosial məsuliyyət mədəniyyətinin inkişafına və dayanıqlı ictimai təsirin formalaşmasına töhfə verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell və ADA Universitetinin birgə təşəbbüsü ilə keçirilən “İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi baş tutub
    azercell-ve-ada-universitetinin-birge-tesebbusu-ile-kecirilen-ideya-inkubasiyasi-proqraminin-final-merhelesi-bas-tutub
    Azercell Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə rəssamın əsərlərindən ibarət kitabı təqdim etdi
    azercell-ucal-haqverdiyevin-65-illik-yubileyi-munasibetile-ressamin-eserlerinden-ibaret-kitabi-teqdim-etdi
    Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
    azercell-gencler-ucun-dataminds-bootcamp-layihesine-start-verir
    Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
    azercell-abunecilerine-tarif-odenisi-esasinda-fasilesiz-istifade-imkani-yaradir
    Azercell-in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi
    azercell-in-genc-istedadlara-desteyi-daha-bir-beynelxalq-ugurla-neticelendi