main-post-cover

    Venerada həyat əlaməti ola biləcək elementlər aşkar edilib!

    Elm & Texnologiya
    23.07.2024
    Farid Pardashunas

         Alimlər, Günəş sisteminin ikinci planeti və planetlərin ən istisi olan Veneranın atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementləri aşkar ediblər.

         Alimlər, Veneranın buludlarında ammonyakın olduğunu və buna görə də orada yadplanetli orqanizmlərin ola biləcəyini proqnozlaşdırırlar. Bu açıqlamadan sonra Amerika Aeronavtika və Kosmik Agentliyi (NASA)Avropa Kosmik Agentliyi kimi qurumlar: Venera ilə daha çox maraqlanmağa başlayıblar. Astronomlar, Havaydakı James Clerk Maxwell Teleskopunun (JCMT) Venera layihəsindən və ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) 1978-ci ildə buraxılmış "Pioneer Venus 2" atmosfer zondlarından əldə edilən məlumatları araşdırıblar.
         Araşdırmada təqribən 55 kilometr yüksəklikdəki Veneranın buludlarında oksigensiz mühitlərdə yaşayan mikrobların çıxardığı fosfin qazı ammonyak molekullarının varlığına dair ipuçları əldə edilib. Londra Imperial College-dən Dr. Dave Clements və komandası fosfin, kükürd dioksidi və su da daxil olmaqla müxtəlif digər molekulları aşkar etmək üçün JCMT-Venera layihəsi məlumatlarından istifadə ediblər. Clements, qeyd edib ki, onlar Pioneer Venus zond məlumatlarına uyğun olaraq təxminən 55, 56, 57 kilometr yüksəkliklərdə milyonda bir hissə səviyyəsində fosfin aşkar ediblər.
         Clements, açıqlamada "Veneranın atmosferində qəribə şeylər var. Fosfin yeni ortaya çıxan bir maddədir. Bundan əlavə, atmosferdə su və kükürd dioksidin miqdarı zamanla dəyişir. Səbəbi isə bilinmir" sözlərini deyib. Dəyişikliklər geniş miqyasda müşahidə edilmir, lakin məlumdur ki, onlar günlərdən illərə qədər müxtəlif zaman dövrlərində dəyişir. Qrup həmçinin Pioneer Venus 2 zondlarından əldə edilən məlumatları əsasında buludlarda ammonyakın ola biləcəyinə dair tapıntılar da əldə edib. Qayalı planetdə ammonyakın olması güclü bioloji imza hesab olunur. Tapıntı, Venerada həyatın olduğunu tam sübut etməsə də, alimlər burada ammonyakın necə əmələ gəldiyini anlamağa çalışırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!
    qalaktikamizin-merkezinde-nadir-tapilan-yeni-qara-delik-kesf-edilib
    Dünyanın ilk karbon nanoboru tenzor prosessor çipi hazırlanıb!
    dunyanin-ilk-karbon-nanoboru-tenzor-prosessor-cipi-hazirlanib
    Elm adamları, qənd ağırlığında mikro uçuş aparatı hazırlayıblar! (VİDEO)
    elm-adamlari-qend-agirliginda-mikro-ucus-aparati-hazirlayiblar-video
    Venera atmosferində bioloji həyata işarə edən qazlar yenidən aşkar edilib
    venera-atmosferinde-bioloji-heyata-isare-eden-qazlar-yeniden-askar-edilib
    NASA, ilk dəfə kosmosda mahnı ifa edib!
    nasa-ilk-defe-kosmosda-mahni-ifa-edib