main-post-cover

    Venera atmosferində bioloji həyata işarə edən qazlar yenidən aşkar edilib

    Elm & Texnologiya
    18.07.2024
    Emil Nəcəfov
         Alimlər bildiriblər ki, yerüstü teleskoplar vasitəsilə Venera planetinin yeni müşahidəsi nəticəsində onlar bu planetin atmosferində iki qazı aşkar ediblər. Söhbət, fosfin və ammonyakdan gedir. Bu qazlar isə Venera planetinin atmosferində potensial bioloji həyat növünün mövcudluğuna işarə edirlər. Qeyd etmək lazımdır ki, Veneranın səthində temperatur o qədər yüksəkdir ki, orda hətta metallar belə əriyir. Onun atmosferi isə olduqca zəhərlidir. Yəni bu planet həyat üçün münbit şəraitə sahib deyil. Lakin bununla belə onun buludlarında bioloji həyat növü mövcud ola bilər. Veneranın atmosferində fosfin qazının aşkar edilməsi ilə bağlı xəbərlər daha öncə də ortaya çıxmışdılar.
        Lakin nəticədə daha öncə bunun təsdiqinə dair heç bir sübut təqdim edilmədi. Yeni araşdırmanı aparmış alimlər isə bildiriblər ki, planetin atmosferində fosfin mütləq şəkildə mövcuddur. Qeyd etmək lazımdır ki, Yer kürəsində fosfin qazı aşağı səviyyədə oksigenə sahib mühitdə yaşayan bakteriyalar tərəfindən ifraz edilir. Buna görə də fosfin qazı bioloji həyat növünün mövcudluğunu irəli sürən faktorlardan biridir. Alimlər Venera atmosferində fosfinin necə formalaşdığını dəqiq şəkildə bilmirlər. Yəni bu qaz potensial olaraq bakteriyalar tərəfindən ifraz edilə və ya bilinməyən kimyəvi reaksiyalar vasitəsilə formalaşa bilər.
        Bununla yanaşı alimlər bildiriblər ki, Venera atmosferində fosfinlə yanaşı üstəlik ammonyak da mövcuddur. Yer kürəsində ammonyak əsasən canlı orqanizmlər tərəfindən ifraz edilir. Bu qazın Venera atmosferində mövcudluğunu isə atmosfer və geoloji proseslərlə əlaqələndirmək hələ mümkün deyil. Venera atmosferində bu qazların potensial mövcudluqları orda bioloji həyat növünün dəqiq şəkildə mövcud olmasına dair mövzuda hələ sübut kimi istifadə edilə bilməz. Alimlərin sözlərinə əsasən yeni araşdırmalar uzaq keçmişdə Venerada bioloji həyatın formalaşaraq inkişaf etməsi ehtimalını yüksəldir.
         Bununla belə planetin atmosferində bakteriyaların mövcud olmaları ehtimalı da olduğu kimi qalır. Qeyd etmək lazımdır ki, Veneranın səthində temperatur 450 dərəcə Selsiyə çatır. Yəni qurğuşun sink onun səthində rahatlıqla əriyə bilirlər. Üstəlik planetin səthində təzyiq göstəricisi Yer kürəsindəkindən 90 dəfə daha yüksəkdir. Planetin atmosferi isə zəhərli kükürd ilə zəngindir. Lakin Veneranın səthindən 50 km yüksəklikdə temperatur və təzyiq göstəriciləri Yer kürəsindəki göstəricilərə bərabərdir. Məhz bu cür yüksəklikdə bioloji həyat növünün mövcudluğu mümkün görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA, ilk dəfə kosmosda mahnı ifa edib!
    nasa-ilk-defe-kosmosda-mahni-ifa-edib
    Gələn ilin sonunda Veneraya bioloji həyat növünün axtarışı missiyası göndəriləcək
    gelen-ilin-sonunda-veneraya-bioloji-heyat-novunun-axtarisi-missiyasi-gonderilecek