main-post-cover

    Dünyanın ilk karbon nanoboru tenzor prosessor çipi hazırlanıb!

    Elm & Texnologiya
    22.07.2024
    Farid Pardashunas

         Çin, dünyada ilk karbon nanoboru əsaslı tenzor prosessor çipini (TPU) hazırlayıb. Pekin Universitetinin Elektronika Fakültəsinin Karbon Əsaslı Elektronika Tədqiqat Mərkəzindən Peng Lianmao və Zhang Zhiyong-un rəhbərlik etdiyi komanda, bu böyük uğura nail olub.

         Sözügedən çip, 3000 karbon nanoboru sahə effektli tranzistordan ibarətdir. Yəni təsəvvür edin, kiçik, lakin inanılmaz dərəcədə güclüdür. Bu tranzistorlar, konvolyusiya əməliyyatlarını və matrisin çoxalmasını yüksək effektivliklə yerinə yetirə bilirlər. Bu, süni intellekt və təsvirin emalı kimi sahələrdə inqilabi inkişaf ola bilər. Yeni cihaz texnologiyasından və pulsasiya massivinin arxitekturasından istifadə edərək, paralel 2 bitlik tam vurma və toplama əməliyyatları yerinə yetirilə bilər. Təcrübələr onu göstərib ki, bu çip, 295μW aşağı enerji istehlakı ilə 88% MNIST təsvirin tanınma dəqiqliyinə nail olub. Bəs, bu çip necə hazırlanıb?
         Tədqiqat qrupu, karbon nanoboru istehsal prosesini optimallaşdıraraq 99,9999% təmizliyə və ultra təmiz səthlərə malik yarımkeçirici materiallar əldə edə bilib. Bu yolla tədqiqatçılar, yüksək cərəyan sıxlığına və homojenliyə malik tranzistorlar istehsal edə biliblər. Simulyasiya nəticələri onu göstərib ki, 180 nanometr proses qovşağında hazırlanmış 8 bitlik karbon nanoboru TPU-nun 850 MHz əsas tezliyə və bir vatt (TOPS) səviyyəsində trilyon əməliyyatlara nail ola bilər. Bu məlumatlar, performans baxımından çox vacibdir. Süni intellekt əsrində yüksək performanslı və enerjiyə qənaət edən çiplərə olan tələbləri ödəyə bilən bu texnologiya, çip dünyasında həqiqətən də inqilab edə bilər. Bu karbon nanoboru əsaslı çiplər, xüsusilə süni intellekt və yüksək performans tələb edən tətbiqlərdə böyük fərq yaradacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elm adamları, qənd ağırlığında mikro uçuş aparatı hazırlayıblar! (VİDEO)
    elm-adamlari-qend-agirliginda-mikro-ucus-aparati-hazirlayiblar-video
    Primatların beynində üz tanınması üçün xüsusi "mexanizm" olduğu aşkar edilib!
    primatlarin-beyninde-uz-taninmasi-ucun-xususi-mexanizm-oldugu-askar-edilib
    Tencent Robotics X, heyvan hərəkətlərini təqlid edə bilən dördayaqlı robot hazırlayıb!
    tencent-robotics-x-heyvan-hereketlerini-teqlid-ede-bilen-dordayaqli-robot-hazirlayib
    James Webb Kosmik Teleskopu, bir-birinə qarışmış qalaktikaların fotosunu çəkib!
    james-webb-kosmik-teleskopu-bir-birine-qarismis-qalaktikalarin-fotosunu-cekib
    Kvant kompüterlərində yeni rekord qırılıb!
    kvant-komputerlerinde-yeni-rekord-qirilib