
Saturnun peyki Titanda mikroblar mövcud ola bilər
Elm & Texnologiya
08.04.2025
Emil Nəcəfov
Alimlərin fikrincə, Saturnun peyki olan Titanın üzərində inkişaf etmiş biosfer mövcud ola bilər, çünki orada xüsusilə metandan ibarət qlobal üzvi maddələr okeanı mövcuddur. Bu ehtimalın yoxlanması NASA-nın 2030-cu illərə planlaşdırılan və robotlaşdırılmış vertolyotdan istifadə ediləcək missiyası zamanı nəzərdə tutulur. Lakin beynəlxalq alimlər qrupunun yeni araşdırması Titanın bioloji həyatı dəstəkləmək qabiliyyətinin çox şişirdildiyini göstərib. Problemin yeni aspektdən araşdırılmasına Arizona Universiteti və Harvard Universitetinin komandası qərar verib. Planetary Science Journal jurnalında dərc olunan məqalənin müəllifləri izah edirlər: “Tədqiqatımızda biz Titanı digər buzlu peyklərlə müqayisədə unikallaşdıran əsas cəhətə - onun zəngin üzvi tərkibinə - diqqət yetirdik”.

Alimlər peykdə mövcud olan üzvi maddələrin sadə həyat formaları tərəfindən istifadə olunma potensialını qiymətləndirmək üçün bioenergetik modelləşdirmədən istifadə ediblər. “Belə bir təəssürat yaranırdı ki, Titan üzərində bu qədər çox üzvi maddə olduğuna görə, həyatı dəstəkləyə biləcək qida mənbələri kifayət qədərdir” - deyə tədqiqatçılar bildirirlər. “Biz isə diqqəti bu məqama yönəldirik ki, bütün üzvi molekullar qida mənbəyi ola bilməz. Okean, həqiqətən, böyükdür, lakin üzvi maddələrin toplandığı səthlə bu okean arasında maddə mübadiləsi məhduddur. Buna görə də biz daha ehtiyatlı və ölçülmüş yanaşmanın tərəfdarıyıq”. Alimlərin təklif etdiyi yanaşmanın əsasını Titan üzərində bioloji həyatın yaranması üçün ilkin şərtlərin bərpasına cəhd təşkil edir.

Belə şərtlərdən biri fermentasiya hesab olunur. Fermentasiya xüsusilə oksidləşdirici maddə - məsələn, oksigen - mövcud olduqda daha aktiv gedir, bu da Yer kürəsinin daha sonrakı inkişaf mərhələlərində müşahidə olunmuşdu. Lakin bioloji orqanizmlərin inkişafında mühüm rol oynayan fermentasiya oksigensiz də baş verə bilər. Bu növ fermentasiya kosmosun bir çox guşəsində müşahidə olunur - bu, ən sadə amin turşu olan qlisinin iştirakı ilə baş verən reaksiyadır. Bu baxımdan, mikrob koloniyaları ən sərt şəraitdə belə qidalanmaq qabiliyyətində ola bilərdi - yəni əvvəlki nəsillərdən qalan üzvi maddələr qlisin iştirakı ilə parçalanaraq yeni orqanizmlərin qidalanması üçün yararlı birləmələrə çevrilə bilərdi.
Mənbə: Science Daily
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nəsli kəsilmiş canavar növü yenidən həyata qaytarılıb (VİDEO)

Nəsli kəsilmiş canavar növü yenidən həyata qaytarılıb (VİDEO)
Qorxunc canavarlar (direwolf) məşhur “Game of Thrones” serialı sayəsində tanınıblar, lakin bu növ təxminən 12 500 il əvvəl məhv olub. İndi isə biotexnologiya şirkəti olan Colossal Biosciences-in gen mühəndisləri sayəsində bu möhtəşəm yırtıcılar yenidən dünyaya qayıdıb və “dünyada ilk diriltmə nümunəsi” kimi tarixə düşüblər.
Maqnit sahələri qalaktikamızın mərkəzində yeni ulduzların formalaşmasına imkan vermirlər

Maqnit sahələri qalaktikamızın mərkəzində yeni ulduzların formalaşmasına imkan vermirlər
Kainatda demək olar ki, bütün kimyəvi elementlər, o cümlədən həyatın yaranmasından asılı olan elementlər ulduzlardan əmələ gəlib. Bununla belə, onilliklərdir aparılan tədqiqatlara baxmayaraq, ulduzların yaranması prosesinin bəzi aspektləri hələ də aydın deyil.
Yer mənşəli bakteriyalar gələcək Ay bazalarında mühüm rol oynaya bilərlər

Yer mənşəli bakteriyalar gələcək Ay bazalarında mühüm rol oynaya bilərlər
Əgər hər şey plana uyğun getsə, yaxın gələcəkdə insanlar Ayda ilk bazaları inşa etməyə başlayacaqlar. Bu bazalar gələcəkdə insanların daimi yaşayacağı şəhərlərin təməli olacaqlar. Alimlər hesab edirlər ki, bu bazaları və şəhərləri Ay səthini örtən toz - ay reqoliti - vasitəsilə hazırlanan kərpiclərdən inşa etmək mümkündür.
Erkən kainatda superkütləli qara dəliklərin formalaşmasını izah edən nəzəriyyə irəli sürülüb

Erkən kainatda superkütləli qara dəliklərin formalaşmasını izah edən nəzəriyyə irəli sürülüb
Amerikalı astrofiziklər erkən kainatda - mövcud elmi qanunlara əsasən hələ yaranmamalı olan dövrdə - superkütləli qara dəliklərin formalaşmasını izah edən bir nəzəriyyə irəli sürüblər.
James Webb erkən kainatda çoxlu sayda "ölü" qalaktika kəşf edib

James Webb erkən kainatda çoxlu sayda "ölü" qalaktika kəşf edib
Erkən kainatda yalnız gənc və aktiv qalaktikaların mövcud olacağı gözlənilirdi, lakin yeni müşahidələr bu fikri təkzib etdi. James Webb kosmik teleskopu, Böyük partlayışdan sonrakı ilk 1 milyard il ərzində özlərində yeni ulduzların yaranması prosesinin dayanmış olduğu çox sayda ölən qalaktika aşkarlayıb.
Həftənin xəbərləri

