
NVIDIA GeForce RTX 5060 və RTX 5060 Ti videokartları təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
15.04.2025
Emil Nəcəfov
NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının yeni modellərini təqdim edib. Söhbət, GeForce RTX 5060 və RTX 5060 Ti-dan gedir. İlk öncə RTX 5060 videokartına nəzər yetirək. Sözügedən videokart GDDR7 standartlı 8 GB-lıq VRAM ilə təchiz olunub və o özündə 3840 ədəd CUDA nüvəsini birləşdirir. Videokartda məlumatların ötürülmə sürəti saniyədə 448 GB təşkil edir. RTX 5060-ın enerji sərfiyyatı isə 150 vatt təşkil edir. GeForce RTX 5060 Ti videokartına gəldikdə isə o, GDDR7 standartlı 8/16 GB-lıq VRAM ilə təchiz olunub və o özündə 4608 ədəd CUDA nüvəsini birləşdirir.

Videokartda məlumatların ötürülmə sürəti saniyədə 448 GB təşkil edir. RTX 5060-ın enerji sərfiyyatı isə 180 vatt təşkil edir. Beləliklə RTX 5060 Ti videokartı RTX 5060 ilə müqayisədə 2 VRAM versiyasında təklif olunacaq. RTX 50 seriyasının əsas modelləri kimi bu yeni videokartlar da ray-tracing və DLSS 4.0 texnologiyalarını dəstəkləyirlər. RTX 5060 Ti artıq sabah satışa çıxacaq. Onun 8 GB-lıq VRAM-a sahib versiyası 379$-a, 16 GB-lıq VRAM-a sahib versiyası isə 429$-a satılacaq. RTX 5060 videokartına gəldikdə isə o, may ayında satışa çıxacaq və onun qiyməti 299$ təşkil edəcək.
Mənbə: Videocardz
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb

Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb
Çərşənbə günü qeydə alınan rekord artımdan sonra, texnoloji səhm qiymətləri cümə axşamı kəskin şəkildə azaldı, və Nasdaq Composite indeksi 4% gerilədi.
Apple səhmlərinin dəyəri düşdüyü səbəbilə Microsoft yenidən dünyanın ən bahalı şirkəti olub

Apple səhmlərinin dəyəri düşdüyü səbəbilə Microsoft yenidən dünyanın ən bahalı şirkəti olub
Yaxın keçmişə qədər ABŞ-ın fond bazarında ən iri emitentlər arasında müşahidə olunan “çeviklik” süni zəka sahəsindəki tendensiyalarla müəyyən olunurdu - müəyyən bir müddət ərzində dünyanın ən dəyərli şirkəti NVIDIA olurdu.
Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb

Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb
Texnologiya və yarımkeçirici şirkətlərin səhmləri bu gün ardıcıl 3 qeyri-sabit ticarət sessiyasından sonra nəzərəçarpacaq dərəcədə artıb. Bu, ABŞ ilə digər ölkələr arasında tarif razılaşmalarının əldə olunacağına dair optimist gözləntilər fonunda baş verib.
Böyük şirkətlər Trump-ın "ticarət müharibəsi" nəticəsində 2 trilyon dollar bazar dəyəri itiriblər

Böyük şirkətlər Trump-ın "ticarət müharibəsi" nəticəsində 2 trilyon dollar bazar dəyəri itiriblər
ABŞ Prezidenti Donald Trump-ın başladığı ticarət müharibəsi fonunda, Apple, Microsoft, Alphabet, Amazon, NVIDIA, Tesla və Meta şirkətlərindən ibarət olan “möhtəşəm yeddilik” adlandırılan qrupun səhmlərinin dəyəri azalmağa davam edir.
Donald Trump-ın yeni idxal rüsumları böyük şirkətlərin səhmlərinin dəyərini aşağı salıb

Donald Trump-ın yeni idxal rüsumları böyük şirkətlərin səhmlərinin dəyərini aşağı salıb
ABŞ prezidenti Donald Trump-ın yeni idxal rüsumlarının tətbiqini elan etməsindən sonra, “möhtəşəm yeddilik” adlandırılan şirkətlərin səhmlərinin dəyəri kəskin şəkildə azalıb.
Həftənin xəbərləri

