main-post-cover

    NASA, Psyche kosmik gəmisinin futuristik ion mühərriklərini işə salıb!

    Elm & Texnologiya
    24.05.2024
    Farid Pardashunas

         NASA, Marsın kənarındakı əsas asteroid qurşağında yerləşən və metalla zəngin asteroidə doğru yavaş-yavaş hərəkət edən Psyche kosmik gəmisinin ion mühərriklərini işə saldığını açıqlayıb.

         Gələn il ərzində kosmik gəmi, missiya planlaşdıranların "tam kruiz" olaraq adlandırdıqları rejimdə olacaq və elektrik mühərriklərini işə salmaqla orbiter-i asteroid qurşağına doğru itələyəcək. İtələyicilər yüklü ksenon atomlarını və ya ionlarını xaric etməklə işləyir və kosmik gəminin arxasından mavi parıltı yayırlar. Bu itələyicilər, Psyche-nin günəş işığı ilə işləyən inanılmaz dərəcədə səmərəli günəş elektrik mühərrik sisteminin bir hissəsidir. İonlaşmış ksenonun yaratdığı təkan çox yüksək olmasa da, Psyche-nin ehtiyaclarını ödəyə bilər. NASA-nın sözlərinə görə, hətta tam kruiz rejimində belə bu itələyicilərin göstərdiyi təzyiq, ovucunuzda bir neçə sikkə tutduğunuz zaman hiss etdiyiniz təzyiqlə eynidir.
         Psyche, hazırda 300 milyon kilometr uzaqlıqdadır və saniyədə 37 kilometr sürətlə hərəkət edir. Bu, təxminən saatda 135.000 km sürət deməkdir. NASA, itələyicilərin davamlılığı və heç bir atmosferin olmaması səbəbindən Psyche-nin 200.000 km/saat sürətə çatacağını bildirir. Psyche kosmik gəmisinin missiyası, adından da göründüyü kimi, metalla zəngin olan Psyche asteroidinə çatmaqdır. Bu yol xəritəsinə əsasən, kosmik gəmi 2029-cu ildə asteroidə çatacaq və 2 il orbitdə qalacaq. 280 kilometr enində olan “Psyche” asteroidi, metal nüvəyə malik qayalı planetlərin əmələ gəlməsi haqqında dəyərli məlumatlar verə bilər.
         Bundan başqa, NASA, bu kosmik gəmidə Deep Space Optical Communications (DSOC) modulunu da daşıyır. Bu vasitə, kosmosda lazer rabitəsi üçün sınaq mərhələsidir və indiyədək bir sıra testləri həyata keçirib. Aprel ayında DSOC vasitəsilə 225 milyon kilometr məsafədən 25 Mbit/s sürətlə Yerə lazer mesajı ötürülüb. Dekabr ayında isə kosmosdan 15 saniyəilk ultra HD pişik videosu göndərilmişdir.
         Digər tərəfdən, ion mühərriki (Hall mühərriki, elektrik mühərriki) NASA üçün həm nisbətən yeni, həm də kifayət qədər köhnə texnologiyadır. NASA ilk ion itələyicisini 1964-cü ildə sınaqdan keçirib. NASA, ilk dəfə 1998-ci ildə Deep Space 1 missiyası zamanı gələcək planetlərarası missiyalar üçün müxtəlif qabaqcıl texnologiyaların sınaqdan keçirilməsi üçün kosmik gəminin əsas itələyicisi kimi ion itələyicilərindən istifadə etmişdi. Bu itələyiciləri Yer üzündə istifadə etmək mənasız olsa da, hər hansı bir hərəkət edən hissələrinin olmaması onları kosmosda təhlükəsiz bir seçim edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
    qedim-marsda-heyat-novunun-olub-olmadigini-teyin-edecek-en-ideal-suxur-numunesi-elde-edilib
    NASA, son 20 ilin ən böyük Günəş partlayışı videosunu paylaşıb!
    nasa-son-20-ilin-en-boyuk-gunes-partlayisi-videosunu-paylasib
    NASA, Marsa 9 aylıq yolu 2 ayda gedə biləcək plazma raketinin üzərində işləməyə başlayıb!
    nasa-marsa-9-ayliq-yolu-2-ayda-gede-bilecek-plazma-raketinin-uzerinde-islemeye-baslayib
    NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
    nasa-qara-delikde-seyahet-etmeyin-nece-oldugunu-gosteren-bir-video-yayimlayib
    Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
    potensial-olaraq-suya-ve-heyat-novune-sahib-ola-bilecek-yeni-ekzoplanet-kesf-edilib