NASA, Marsa 9 aylıq yolu 2 ayda gedə biləcək plazma raketinin üzərində işləməyə başlayıb!
Elm & Texnologiya
13.05.2024
Farid Pardashunas
Mövcud hərəkət sistemləri ilə Marsa getmək 9 ay çəkir. Lakin NASA, plazma partlayışları yaratmaq üçün nüvə enerjisindən istifadə edən hərəkətverici sistem üzərində işləyir və bu sistem sayəsində raketin sadəcə 2 aya Marsa çata biləcəyi iddia olunur.
Bir sivilizasiyanın uzaq məkanlara kosmos səyahətini öhdəsinə götürməsi üçün həm yükləri, həm də insanları səmərəli və sürətli şəkildə daşımaq qabiliyyəti olmalıdır. Kosmos səyahətində çox böyük məsafələr olduğundan, kosmik gəmilər məqbul missiyanın tranzit müddətləri üçün yüksək sürətə çata bilməlidir. Təbii ki, bunun üçün yüksək təkan verən bir hərəkət sistemi tələb olunur. Belə bir texnologiya hazırda mövcud deyil, lakin NASA bunun üçün perspektivli plazma raketinə ciddi sərmayələr qoymağa başlayıb.
NASA Innovative Advanced Concepts (NIAC) proqramı qısa bir müddət əvvəl bu potensialı göstərən bir sıra layihələr seçdi və bu seçilmiş layihələrdən biri də plazma raketi idi. Potensial olaraq yenilikçi hesab edilən bu ötürmə sistemi Howe Industries tərəfindən hazırlanmağa başlanılıb. Bildirilir ki, Pulsed Plasma Rocket (PPR) adlanan hərəkət sistemi 5000 saniyəlik xüsusi impuls (Isp) və 22.481 funta (100.000 Nyuton) qədər güc yarada bilir.
Şirkətin məlumatına görə, impulslu plazma raketi, daha az vaxtda yüksək sürətə çatmaq üçün nüvə parçalanmasından (enerji buraxmaq üçün atomların parçalanması) istifadə edəcək və hərəkət üçün isə plazma paketləri istehsal edəcək. Bu ötürmə sistemi ilkin olaraq Pulsed Fission Fusion (PuFF) konsepsiyasından əldə edilib, lakin daha kiçik, daha sadə və daha qənaətcil miqyasda kiçildilib. PuFF, itələmə gücü istehsal etmək üçün laboratoriya plazmalarını çox qısa zaman miqyasında yüksək təzyiqlərdə sıxmağa imkan verən və geniş şəkildə istifadə olunan z-Pinch adlı cihaza əsaslanır.
PPR-nin yüksək Isp və yüksək təzyiqi özündə birləşdirən qeyri-adi performansı kosmosun tədqiqində inqilab etmək potensialına malik ola bilər. Bildirilir ki, sistemin yüksək effektivliyi insanlı Mars missiyalarını cəmi 2 ay ərzində tamamlamağa imkan verəcək. Mövcud hərəkət sistemləri ilə Marsa səyahət təxminən 9 ay çəkir. Bundan əlavə, bu hərəkət sisteminə malik kosmik gəmilər də daha ağır kosmik gəmiləri kosmik şüalara qarşı qalxanlarla qorumağa imkan verəcək. Bu da, ekipajı Marsa və ya daha uzun müddətə səyahətlər zamanı kosmik şüalardan qorumağa şərait yaradacaq. Əlavə olaraq, sistem Asteroid qurşağı və hətta Günəşin qravitasiya obyektivinin fokuslandığı 550 AU (Astronomik Vahid) kimi digər uzun mənzilli missiyalar üçün də istifadə oluna bilər. 550 AU, 82.3 milyard kilometrə bərabərdir. Müqayisə üçün qeyd edək ki, "Voyager 1" 24.3 milyard kilometr uzaqlıqdadır.
NASA-nın "NIAC Faza I" tədqiqatı Mars bazasının inkişafı üçün insanları və yükləri Marsa daşıyacaq böyük, ağır qorunan gəmiyə yönəlmişdi. Əsas mövzulara sistemin neytronikasının qiymətləndirilməsi, kosmik gəminin, enerji sisteminin və tələb olunan alt sistemlərin layihələndirilməsi, maqnit nozzle imkanlarının təhlili və PPR-nin trayektoriyalarının və üstünlüklərinin müəyyən edilməsi daxildir. II Mərhələdə bu qiymətləndirmələrə arxalanaraq inkişaf etdiriləcək və daha çox texniki-iqtisadi əsaslandırmaya diqqət yetiriləcəkdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
Hər qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. Hətta işığın belə bu cazibə qüvvəsindən qaça bilməyəcəyi bir qara dəliyə düşsək nə olar? Qara dəliklərin cazibəsinə görə yoxa çıxmadığımız bir ssenaridə nə görərdik? NASA bu sualların cavabını çox möhtəşəm bir video ilə vizuallaşdırıb.
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Alimlər potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Astrophysical Journal adlı nəşriyyatda dərc edilmiş tədqiqata əsasən kəşf edilmiş ekzoplanet eyni anda bir neçə rekorda imza atıb.
NASA, 225 milyon kilometr məsafədən 25 Mbit/s sürətlə “lazer mesajı” ötürdü!
NASA, 225 milyon kilometr məsafədən 25 Mbit/s sürətlə “lazer mesajı” ötürdü!
NASA, "Psyche" missiyası çərçivəsində DSOC təcrübəsi ilə 225 milyon kilometr məsafədən 25 Mbps sürətlə Yerə lazer mesajı ötürdüyünü açıqlayıb. Daha öncələr eyni üsul ilə Yerə bir pişik videosu göndərilmişdi.
NASA Saturnun peyki Titana avtomobil ölçüsündə dron endirəcək
NASA Saturnun peyki Titana avtomobil ölçüsündə dron endirəcək
NASA Dragonfly adlı pilotsuz uçuş missiyası çərçivəsində Saturn planetinin ən böyük peyki olan Titana avtomobil ölçüsündə dron endirməyi planlaşdırır.
NASA dünyanın ən sürətli kompüterindən istifadə edərək Marsa eniş görüntülərini simuliyasiya edib!
NASA dünyanın ən sürətli kompüterindən istifadə edərək Marsa eniş görüntülərini simuliyasiya edib!
NASA 1976-cı ildə Viking layihəsi ilə gerçəkləşdirdiyi ilk yerüstü missiyasından bəri doqquz robotunu Marsa uğurla endirməyi bacarsa da, insanların Marsa təhlükəsiz şəkildə çatdırılmasının tamamilə yeni yanaşmalar və texnologiyalar tələb etdiyini yaxşı başa düşür. Buna görə də, NASA, dünyanın ən sürətli superkompüteri olan Frontier-dən istifadə edərək ekipajlı Mars kosmik gəmisinin Qırmızı Planetdə enişini simulyasiya edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!