NASA, son 20 ilin ən böyük Günəş partlayışı videosunu paylaşıb!
Digər
20.05.2024
Farid Pardashunas
NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) son 20 ilin ən böyük günəş partlayışının təsirli videolarını yayımlayıb.
Bir müddət əvvəl Yer üzündə aurora borealis-i və ya Qütb parıltısını normal şəraitdə görə bilməyən insanlar bu görüntüdən zövq alarkən, NASA-nın SDO Rəsədxanası Günəşdə baş verən bu partlayışları qeydə alıb. NASA-nın açıqlamasına görə, Günəşdə baş verən bu partlayışlar, mayın 7-də başlayıb. Bu tarixdə 2 güclü Günəş partlaması baş verib ki, bu da həmçinin Günəş aktivliyinin rekord həddə çatmasına səbəb olub. NASA, mayın 3-dən 9-a qədər 82 əhəmiyyətli Günəş partlayışını müşahidə etdiyini və onlardan səkkizinin X sinifi statusuna, yəni ən intensiv olanına çatdığını bildirib. Bu partlayışlar 2010-cu ildə Günəşi izləmək üçün buraxılan yarı avtonom kosmik gəmi SDO tərəfindən çəkilib. NASA-nın aşağıdakı videosu eyni Günəş bölgəsinin mayın 14-də X8.7 maqnitudalı böyük alışma ilə üzləşdiyini göstərir.
Bu partlayışlar, təxminən 4.830.000 km/s kimi inanılmaz yüksək sürətlərə çataraq bir sıra tac kütləsi atılmasına (CME) səbəb olub. Bu hadisələr zamanı kosmosa səpələnmiş hissəciklər mayın 10-da Yerə çataraq, bu cür hadisələrə verilən ən yüksək səviyyə olan G5 reytinqli geomaqnit qasırğası yaradıb. Bu böyüklükdə bir fırtına 2003-cü ildən bəri Yerə təsir etməmişdi və səmanı şimali Hindistana qədər müxtəlif rənglərə boyamış oldu. NASA bildirir ki, ortaya çıxan aurora şəkilləri 500 ildə görülmüş ən intensiv aurora görüntüləri ola bilər. NASA, Geospace Dynamics Constellation (GDC) və Dynamical Neytral Atmosphere-Ionosphere Coupling (DYNAMIC) kimi gələcək missiyaları ilə Günəşi daha ətraflı araşdıracağını söyləyir. Digər tərəfdən, NASA idarəçilərdən biri olan Teresa Nieves-Chinchilla, Günəşdə baş verən son hadisələrlə bağlı bunların illərlə araşdırılacağını qeyd edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, Marsa 9 aylıq yolu 2 ayda gedə biləcək plazma raketinin üzərində işləməyə başlayıb!
NASA, Marsa 9 aylıq yolu 2 ayda gedə biləcək plazma raketinin üzərində işləməyə başlayıb!
Mövcud hərəkət sistemləri ilə Marsa getmək 9 ay çəkir. Lakin NASA, plazma partlayışları yaratmaq üçün nüvə enerjisindən istifadə edən hərəkətverici sistem üzərində işləyir və bu sistem sayəsində raketin sadəcə 2 aya Marsa çata biləcəyi iddia olunur.
NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
Hər qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. Hətta işığın belə bu cazibə qüvvəsindən qaça bilməyəcəyi bir qara dəliyə düşsək nə olar? Qara dəliklərin cazibəsinə görə yoxa çıxmadığımız bir ssenaridə nə görərdik? NASA bu sualların cavabını çox möhtəşəm bir video ilə vizuallaşdırıb.
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Alimlər potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Astrophysical Journal adlı nəşriyyatda dərc edilmiş tədqiqata əsasən kəşf edilmiş ekzoplanet eyni anda bir neçə rekorda imza atıb.
NASA, 225 milyon kilometr məsafədən 25 Mbit/s sürətlə “lazer mesajı” ötürdü!
NASA, 225 milyon kilometr məsafədən 25 Mbit/s sürətlə “lazer mesajı” ötürdü!
NASA, "Psyche" missiyası çərçivəsində DSOC təcrübəsi ilə 225 milyon kilometr məsafədən 25 Mbps sürətlə Yerə lazer mesajı ötürdüyünü açıqlayıb. Daha öncələr eyni üsul ilə Yerə bir pişik videosu göndərilmişdi.
NASA Saturnun peyki Titana avtomobil ölçüsündə dron endirəcək
NASA Saturnun peyki Titana avtomobil ölçüsündə dron endirəcək
NASA Dragonfly adlı pilotsuz uçuş missiyası çərçivəsində Saturn planetinin ən böyük peyki olan Titana avtomobil ölçüsündə dron endirməyi planlaşdırır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!