main-post-cover

    Marsda həyat növü Yer kürəsindəkindən daha erkən formalaşmış ola bilər

    Elm & Texnologiya
    16.08.2024
    Emil Nəcəfov
         Milyardla il bundan öncə Mars tamamilə fərqli bir dünya olmuş ola bilər. Alimlər Mars səthində fəaliyyətdə olan Perseverance aparatı vasitəsilə bu planetin sirlərini aşkara çıxartmağa davam edirlər. Alimlər tərəfindən aparılmış yeni araşdırmaya əsasən Mars planetinin Jezero adlı kraterində aşkar edilmiş daş nümunələrinin yaşı Yer kürəsindəki ən erkən həyat növü izlərindən daha böyük ola bilər. Jezero kraterində aşkar edilmiş daş nümunələrindəki minerallar adətən su olan mühitdə formalaşırlar. Alimlər hesab edirlər həmin daşlarda qədim Marsda potensial olaraq mövcud olmuş həyat növünün izləri mövcuddur.
         Perseverance aparatı Jezero kraterinin qərb yamacında 7 süxur nümunəsini əldə edib. Alimlər Perseverance tərəfindən çəkilmiş fotoları və aparat daxilində bu süxur nümunələrinin aparılmış müşahidələri nəticəsində əldə edilmiş kimyəvi məlumatları analiz ediblər. Nəticədə alimlər süxur nümunələrində hansı mineralların olduqlarını təyin edə biliblər. Məlum olub ki, süxur nümunələrində adətən su mühitində formalaşan minerallar mövcuddur. Alimlər süxur nümunələrində karbonatlar aşkar ediblər. Karbonatlar isə suyun çökməsi nəticəsində formalaşırlar. Məlumdur ki, Yer kürəsində karbonatları riflər formalaşdırırlar.
        Üstəlik bu minerallar mikroorqanizm fosillərinin qorunub saxlanması üçün ideal variantdırlar. Aparılmış analizə əsasən süxur nümunələrində həqiqətən də suyun izləri var və Jezero krateri uzaq keçmişdə həyat üçün münbit şəraitə sahib olmuş ola bilər. Jezero kraterində gölün nə qədər müddət ərzində mövcud olduğu bilinməsə də, alimlərin sözlərinə əsasən aşkar edilmiş süxur nümunələri uzaq keçmişdə həmin ərazinin həyat üçün münbit şəraitə sahib olduğuna işarə edirlər. Perseverance aparatının təchizatları süxur nümunələrində orqanik maddələrə dair izlər aşkar etməyiblər.
         Orqanik maddələr adətən həyat ilə bağlı faktorlar olsalar da, onlar geoloji proseslər çərçivəsində də formalaşa bilirlər. Bununla belə alimlər hesab edirlər ki, minerallarla zəngin olan süxur nümunələri qədim Marsda potensial olaraq mövcud olmuş həyat növünün aşkar edilməsi üçün əla variantdır. Alimlər həmçinin hesab edirlər ki, minerallarla zəngin olan daşlar qədim göldə təqribi olaraq 3.5 milyard il bundan öncə formalaşmış ola bilərlər. Onların sözlərinə əsasən bu daşlar su şəraitində formalaşa biləcək ən qədim daşlar ola bilərlər. Daşlarda qədim mikroorqanizmlərin fosilləri və ya onların mövcudluqlarına işarə edə biləcək izlər ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA və BP, gələcəkdə Ay və Marsdakı təbii ehtiyatları çıxaracaq!
    nasa-ve-bp-gelecekde-ay-ve-marsdaki-tebii-ehtiyatlari-cixaracaq
    Marsda küləyin sürətini 3D formatında ölçən anemometr hazırlanıb!
    marsda-kuleyin-suretini-3d-formatinda-olcen-anemometr-hazirlanib
    Marsın dərinliklərində maye şəklində böyük həcmdə su kəşf edilib
    marsin-derinliklerinde-maye-seklinde-boyuk-hecmde-su-kesf-edilib
    Marsın uzaq keçmişdəki halına geri qaytarılması üçün yeni üsul təklif edilib
    marsin-uzaq-kecmisdeki-halina-geri-qaytarilmasi-ucun-yeni-usul-teklif-edilib
    Marsda edilmiş yeni kəşf qədim bioloji həyat növünə işarə edir
    marsda-edilmis-yeni-kesf-qedim-bioloji-heyat-novune-isare-edir