Marsda küləyin sürətini 3D formatında ölçən anemometr hazırlanıb!
Elm & Texnologiya
15.08.2024
Farid Pardashunas
ABŞ və Kanadalı alimlər, Marsda küləyin sürətini ölçə bilən yüksək həssas cihaz hazırlayaraq Qırmızı Planetin sirrini açmaq üçün mühüm addım atıblar.
İllərdir Marsda çalışan elm adamları, Qırmızı Planetin çətin şərtlərini vurğulayırlar. Marsda havanın temperaturu gün ərzində onlarla dərəcə Selsi dəyişə bilər. Təəssüf ki, Yerdən çox fərqli atmosferə malik olan planetdə küləyin sürətini təyin etmək alimlər üçün çox çətinləşir. Lakin alimlər tərəfindən hazırlanmış yeni anemometr sayəsində bu çətin proses kifayət qədər sadələşir. Tufts Universiteti tərəfindən də sınaqdan keçirilmiş cihaz, əvvəlki anemometrlərdən 10 dəfə daha sürətli və dəqiqdir. Bu, alimlərin Marsdakı sirri açmaq üçün mühüm addım hesab olunur.
Qazın və havanın hərəkət sürətini ölçən yeni anemometr cihazı, Marsdakı havadan səs impulslarının nə qədər vaxt keçdiyini müəyyən etmək üçün ultrasəs emitentlərindən istifadə edən pyezoelektrik çeviricilərdən ibarətdir. Alimlər, dalğaların necə irəli və tərs hərəkət etdiyini təhlil edərək küləyin sürətinin üçölçülü təsvirini yarada bilərlər. Tədqiqatda iştirak edən alimlər, 1 sm/san sürətlə hava titrəyişlərini qeydə almağa müvəffəq olublar. Ortaya çıxan nəticə əvvəlki anemometrlərin həssaslıq həddindən onlarla dəfə az olub. The Journal of the Acoustical Society of America-dan Robert White bu barədə bunları söyləyib: "Tez və dəqiq ölçməklə biz ümid edirik ki, təkcə orta küləkləri deyil, həm də turbulentliyi və dalğalanan küləkləri də ölçə bilərik. Bu, bu yaxınlarda Marsda uçan Ingenuity helikopteri kimi kiçik roverlər üçün problem yarada biləcək atmosfer dəyişənlərini başa düşmək üçün vacibdir."
Elm adamları, yeni anemometri külək tunelində Marsdakı şəraitə bənzər şərait yaradaraq sınaqdan keçiriblər. Sınaqlarda cihaz, küləyin sürətini saniyədə yüzlərlə dəfə qeyd edib və məlumat xətası nisbəti yalnız yüzdə 0.14 olaraq qeyd alınıb. Gələcəkdə bu cihazın Marsda istifadə ediləcəyi və Qırmızı Planetə dair bəzi sual işarələrini aradan qaldıracağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsın dərinliklərində maye şəklində böyük həcmdə su kəşf edilib
Marsın dərinliklərində maye şəklində böyük həcmdə su kəşf edilib
Alimlər Mars səthində InSight adlı aparat vasitəsilə 2018-ci ildən 2022-ci ilə qədər əldə edilmiş məlumatları yenidən analiz edərək yeni kəşfə imza atıblar.
Marsın uzaq keçmişdəki halına geri qaytarılması üçün yeni üsul təklif edilib
Marsın uzaq keçmişdəki halına geri qaytarılması üçün yeni üsul təklif edilib
Günəş sistemində insanların Yer kürəsindən başqa yaşaya biləcəkləri digər bir planeti seçmək lazım gəlsə Mars bu mövzuda ən yaxşı seçim olar. Hal-hazırda Mars soyuq səhra şəraitinə sahibdir.
Marsda edilmiş yeni kəşf qədim bioloji həyat növünə işarə edir
Marsda edilmiş yeni kəşf qədim bioloji həyat növünə işarə edir
NASA-nın Mars səthində fəaliyyət göstərən Perseverance aparatının idarəsini reallaşdıran komandası Marsda heyrətləndirici kəşfin edildiyini elan edib.
Gələcək Mars uçuşlarında iştirak edəcək insanlar üçün daha bir ciddi problem aşkar edilib
Gələcək Mars uçuşlarında iştirak edəcək insanlar üçün daha bir ciddi problem aşkar edilib
Dyuk Universitetinin tibbi məktəbinin alimləri gələcəkdə Marsa uçacaq insanlar üçün ciddi problemi aşkar ediblər və aşkar edilmiş problemi mütləq şəkildə həll etmək lazımdır.
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Çində aparılan yeni araşdırmaya görə, Yer kürəsində həddindən artıq quraqlığa və soyuğa tab gətirə bilən səhra mamırı, Marsı yaşıl və yaşayış üçün əlverişli planetə çevirməyimizə kömək edə bilər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ