
Google-un məlumat mərkəzləri rekord həddə enerji sərf edirlər
Elm & Texnologiya
03.07.2025
Emil Nəcəfov
Süni zəka əladır. Amma bir nüans var: bu çatlar, şəkil generatorları və axtarış sistemləri elə bil sabah olmayacaqmış kimi elektrik enerjisi sərf edirlər. Bunu Google özü yenicə təsdiqləyib. Şirkət yeni Davamlı İnkişaf Hesabatında etiraf edib ki, 2024-cü ildə onun məlumat mərkəzləri 30.8 milyon meqavat-saat (MVs) elektrik enerjisi sərf edib. Ölçünü anlamaq üçün: bu, 2020-ci illə müqayisədə 2 dəfə çoxdur (14.4 milyon MVs) və 2014-cü illə müqayisədə isə 7 dəfə çoxdur (4 milyon MVs). Səbəb? Təbii ki, süni zəka və bulud xidmətləri. Google-un ümumi elektrik enerjisi istehlakı təkcə 1 ildə 27% artıb, halbuki 2023-cü ildə bu artım 17% idi. Bununla belə, şirkət ekoloji bir “canavar”a çevrilməməyə çalışır.

Onların sözlərinə görə, məlumat mərkəzlərinin optimallaşdırılması və təmiz enerjiyə keçid sayəsində CO2 emissiyaları 1 il ərzində 12% azalıb. Enerji istehlakı səmərəliliyi göstəricisi (PUE) nəzəri həddə - 1.09-a yaxınlaşıb (xatırladaq ki, ideal göstərici 1.0-dır, lakin bu, demək olar ki, əldəolunmazdır). Google fəxrlə bildirir ki, artıq 2018-ci ildən bəri elektrik enerjisi istehlakını tamamilə bərpa olunan enerji mənbələri ilə qarşılayır. 2024-cü il ərzində bu yanaşma 8.2 milyon ton CO2 emissiyasının qarşısını almağa kömək edib. Şirkət əlavə olaraq 8 giqavatlıq yaşıl enerji üçün 60 yeni müqavilə imzalayıb.
Bunlar arasında Nevadadakı geotermal stansiya, Cənubi Karolina və Oklahomadakı günəş paneli fermaları, həmçinin gələcək mini nüvə reaktorları da var. Bəli, Google artıq atom enerjisi barədə düşünür. Gələcək planlar isə daha maraqlıdır. Şirkət "karbon-intellektual hesablamalar" adlanan yeni yanaşmanı test edir. Bu yanaşmanın mahiyyəti ondadır ki, hesablama tapşırıqları elektrik enerjisinin daha təmiz olduğu regionlara və ya sutkanın saatlarına ötürülür. Amma indi hər bir sorğu, istər çatda yazı, istər şəkil generasiyası qlobal enerji balansında daha bir kiçik damla deməkdir. Google yaşıl enerji üçün əlindən gələni etdiyini desə də, rəqəmlər sadə bir həqiqəti göstərir: süni zəka dövrü düşündüyümüzdən qat-qat çox enerji tələb edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google 314 milyon dollar məbləğində cərimələnib

Google 314 milyon dollar məbləğində cərimələnib
ABŞ məhkəməsi Google şirkətini Android əməliyyat sistemi ilə çalışan smartfon sahiblərinə 314.6 milyon dollar təzminat ödəməyə məcbur edib.
Çin 2030-cu ilə qədər ən böyük yarımkeçirici istehsalçısı ola bilər

Çin 2030-cu ilə qədər ən böyük yarımkeçirici istehsalçısı ola bilər
Analitiklərin fikrincə, 2030-cu ilə qədər Çin dünya üzrə yarımkeçirici istehsal gücünün 30%-ni əşkil edəcək və bu sahədə ən böyük istehsal mərkəzinə çevriləcək. 2024-cü ildə ölkədə çip istehsalı 15% artaraq ayda 8.85 milyon lövhəyə çatıb, 2025-ci ildə isə bu göstəricinin 10.1 milyon lövhəyə qədər yüksələcəyi gözlənilir.
Həddindən artıq tənzimləmə Avropadakı innovasiyaları ləngidir

Həddindən artıq tənzimləmə Avropadakı innovasiyaları ləngidir
Google Avropa Birliyinin antiinhisar orqanlarına və narazı şirkət ictimaiyyətinə bəyan edib ki, bölgədə iri texnologiya şirkətlərinin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş mövcud qanunlar innovasiyalara mane olur, həmçinin Avropa istehlakçılarına və şirkətlərinə zərər vurur.
Amazon-un anbarlarında artıq 1 milyondan çox robot fəaliyyət göstərir

Amazon-un anbarlarında artıq 1 milyondan çox robot fəaliyyət göstərir
Amazon tarixi bir texnoloji mərhələyə çatıb: onun anbarlarında 1 milyondan çox robot çalışır - bu, təxminən insan sayına bərabərdir. Ümumi 1.56 milyon əməkdaşın fonunda, Amazon-un qlobal çatdırılmalarının təxminən 75%-i artıq avtomatlaşdırılmış sistemlərin iştirakı ilə həyata keçirilir.
Google tələbə və müəllimlər üçün Gemini for Education-u istifadəyə verib

Google tələbə və müəllimlər üçün Gemini for Education-u istifadəyə verib
Beynəlxalq Təhsil Texnologiyaları Cəmiyyətinin (ISTE) tədbirində Google tələbələrə və müəllimlərə kömək məqsədilə hazırlanmış bir sıra yeni süni zəka alətini təqdim edib.
Həftənin xəbərləri

