ESA, Günəşin ən detallı görüntülərini paylaşıb!
Elm & Texnologiya
22.11.2024
Farid Pardashunas
Avropa Kosmik Agentliyi (ESA) Solar Orbiter kosmik gəmisindən istifadə edərək Günəşin səthinin cəmi 74 milyon kilometr məsafədən indiyədək ən yüksək ayırdetmə görüntülərini qeydə alıb.
ESA, Solar Orbiter-in ötən ilin mart ayında çəkdiyi 4 yeni görüntünü təqdim edib. Bu görüntülər, Günəşdən təxminən 74 milyon kilometr uzaqlıqda qeydə alınıb və Günəş səthinin dinamik və qranul strukturunu ətraflı şəkildə ortaya qoyur. Günəşin bu görünən qatına fotosfer deyilir və gördüyümüz Günəş işığı məhz bu təbəqədən gəlir.
Kosmik aparatdakı 6 cihazdan biri olan Polarimetrik və Heliosesmik Görüntüləyici (PHI) Günəş səthində hər biri təxminən 1.000 kilometr ölçüdə olan böyük, turbulent plazma hüceyrələrini (qranulları) qeydə alıb. Bu hüceyrələr, Günəşin dərinliklərindən yüksələn isti plazmanın səthdəki nisbətən soyuq plazma ilə yer dəyişməsi nəticəsində yaranır.
Paylaşılan digər bir xəritə Günəşin maqnit sahələrini əks etdirir. PHI tərəfindən çəkilən bu xəritə göstərir ki, xüsusilə Günəş ləkələrinin olduğu bölgələrdə maqnit sahələri çox güclü və sıxdır. Günəş ləkələrinin ətrafından daha soyuq olmasının səbəbi, bu bölgələrdə maqnit sahələrinin plazmanın konveksiya hərəkətini məhdudlaşdırması və onu maqnit sahəsinə paralel istiqamətdə hərəkət etməyə məcbur etməsidir. Nəticədə, istilik səthə çata bilmir və Günəş ləkələri daha soyuq olur.
Başqa bir xəritə isə tachogram adlanır və Günəş səthindəki materialın hərəkət sürətini və istiqamətini göstərir. Mavi sahələr Solar Orbiter-ə doğru hərəkəti, qırmızı sahələr isə uzaqlaşmanı göstərir. Bu xəritə həmçinin Günəşin öz oxu ətrafında necə döndüyünü aydın şəkildə nümayiş etdirir. Bundan əlavə, Günəş ləkələrinin olduğu yerlərdə maqnit sahə xətlərinin səthdə qırılması müşahidə olunur.
Solar Orbiter-in Extreme Ultraviolet Imager (EUI) cihazı tərəfindən ötən ilin mart ayında qeydə alınan başqa bir görüntü, Günəşin xarici atmosferindən və ya tacından çıxan plazma axınlarını göstərir. Maqnit sahə xətləri Günəşin səthindən çıxır və bu xətlər boyunca plazma yığışmaları tez-tez qonşu Günəş ləkələri ilə əlaqə quraraq kosmosa atılır. Bu plazma axınları Yer və digər planetlərdə rəngarəng auroralar (qütb işıqları) yaradır. Günəşin bu qədər yaxın və yüksək dəqiqlikli görüntülənməsi, onun maqnit aktivliyinin daha yaxşı başa düşülməsi üçün heliofiziklərə kömək edəcək. ESA-nın Solar Orbiter peyki, Günəşlə bağlı bilikləri daha da dərinləşdirmək məqsədilə 2020-ci ilin fevralında ABŞ-ın Cape Canaveral Kosmik Bazasından buraxılmışdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!
Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!
Əgər daha əvvəl Ay tutulmasına şahid olmusunuzsa, Ayın ətrafında yaranan haləni görmüsünüz. Buna bənzər bir struktur Günəşin və qara dəliklərin ətrafında da mövcuddur. Alimlər qara dəliklərin ətrafında yerləşən haləni görüntüləyə biliblər.
Plutonun ən böyük peyki Charon-da karbon dioksid izləri aşkar edilib!
Plutonun ən böyük peyki Charon-da karbon dioksid izləri aşkar edilib!
NASA-nın James Webb Teleskopu Plutonun ən böyük peyki olan Charon-da karbon dioksid (CO2) və hidrogen peroksid izlərini aşkarlayıb. Bu kəşf, kosmosdakı buz kütlələrinin təkamülünə işıq tuta bilər.
Kosmosdan gələn sirli FRB siqnallarının mənbəyi aşkarlanmış ola bilər!
Kosmosdan gələn sirli FRB siqnallarının mənbəyi aşkarlanmış ola bilər!
Kainatın müxtəlif guşələrindən gələn sirli sürətli radio partlayışlarının mənbəyi nəhayət tapılmış ola bilər.
Erkən kainatın ən sürətli şəkildə böyüyən qara dəliyi kəşf edilib!
Erkən kainatın ən sürətli şəkildə böyüyən qara dəliyi kəşf edilib!
Astronomlar erkən kainatın ən sürətlə qidalanan qara dəliyini müəyyən ediblər. LID-568 adlandırılan və 7.2 milyon Günəş kütləsinə sahib olan bu qara dəlik, Eddington həddinin 40 qatı bir sürətlə maddə ilə qidalanır.
Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
Yaponiyanın hazırladığı dünyanın ilk taxta peyki Ay və Mars araşdırmalarında pioner olmaq üçün kosmosa göndərilib. LignoSat adlanan bu taxta peyk, 400 km-lik orbitdə dövr edəcək.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!