main-post-cover

    Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!

    Elm & Texnologiya
    06.11.2024
    Farid Pardashunas

         Yaponiyanın hazırladığı dünyanın ilk taxta peyki Ay və Mars araşdırmalarında pioner olmaq üçün kosmosa göndərilib. LignoSat adlanan bu taxta peyk, 400 km-lik orbitdə dövr edəcək.

         Kyoto Universitetinin alimləri tərəfindən hazırlanan LignoSat-ın atmosferə yenidən girdikdə taxta materialının yanması gözlənilir. Bu xüsusiyyət, metal parçaların Yerə düşməsi ilə yaranacaq ətraf mühit və təhlükəsizlik risklərini azaltmaq üçün davamlı bir həll kimi görünür.
         Kub şəkilli eksperimental peykin hər bir tərəfi yalnız 10 santimetr ölçüsündədir. Peyk Sumitomo Forestry və Kyoto Universitetinin birgə əməkdaşlığı ilə hazırlanan xüsusi bir taxta materialdan hazırlanıb və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən təmin edilən xüsusi konteyner vasitəsilə ISS-ə çatacaq. Sonra, təxminən bir ay içində açıq kosmosa buraxılaraq davamlılığı və möhkəmliyi test ediləcək. Peykin təxminən 400 km yüksəklikdəki orbitə buraxılması gözlənilir. LignoSat orbitə yerləşdikdən sonra 6 ay müddətində orbitdə qalacaq.
         Bu eksperimental peyk, Yerə məlumat göndərəcək və tədqiqatçılar peykin temperatur dəyişikliklərinə necə reaksiya verdiyini analiz edərək onun struktur dayanıqlığını qiymətləndirəcək. LignoSat layihəsi müvəffəqiyyətli olarsa, gələcəkdə ətraf mühitə dost peyk texnologiyalarının inkişafında mühüm addım atılmış olacaq. Kyoto Universitetində insanlı kosmik fəaliyyətlər üzrə çalışan astronavt Takao Doi, "Özümüz hazırlaya biləcəyimiz bir material olan taxta ilə kosmosda evlər tikə, yaşaya və işləyə biləcəyik" deyə bildirib. Ay Marsda ağac əkmək və taxta evlər tikmək üçün 50 illik bir planı olan Doi-nin komandası, taxtanın kosmosda Yerdəkinə nisbətən daha dayanıqlı olduğunu, çürümə və yanmaya səbəb ola biləcək komponentlərin burada olmadığını söyləyir.
         Tədqiqatçılar daha əvvəl ISS-də 10 ay davam edən bir təcrübə nəticəsində maqnoliya ağacından olan "honoki"nin kosmik gəmilər üçün ən uyğun material olduğunu kəşf ediblər. Honoki, həm də qılınc qınları üçün də istifadə edilir. Digər tərəfdən, LignoSat vint və ya yapışqan istifadə edilmədən ənənəvi Yapon əl sənəti texnikası ilə hazırlanıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA, yerdən 24.3 milyard kilometr uzaqlıqdakı Voyager 1-dən mesaj alıb!
    nasa-yerden-243-milyard-kilometr-uzaqliqdaki-voyager-1-den-mesaj-alib
    Araşdırmalara görə, Uranın peyki Mirandanın səthinin altında okean mövcud ola bilər!
    arasdirmalara-gore-uranin-peyki-mirandanin-sethinin-altinda-okean-movcud-ola-biler
    Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
    perseverance-marsda-yasanan-gunes-tutulmasini-qeyde-alib
    NASA insanlı Ay missiyası üçün eniş zonalarını müəyyənləşdirib!
    nasa-insanli-ay-missiyasi-ucun-enis-zonalarini-mueyyenlesdirib
    Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
    mars-ucun-neyromorfik-suni-intellekt-sinaqdan-kecirilir