Daha öncə kəşf edilmiş ekzoplanetin səthində okean mövcud ola bilər
Elm & Texnologiya
09.07.2024
Emil Nəcəfov
James Webb kosmik teleskopu vasitəsilə LHS 1140 b adlı ekzoplanet üzərində aparılmış müşahidələrə əsasən bu ekzoplanet çox güman ki, okeana sahibdir və onda potensial olaraq həyat üçün münbit şərait mövcuddur. Bununla belə sözügedən ekzoplanet Yer kürəsinə nisbətən yaxın məsafədə yerləşir. Hal-hazırda alimlər Günəş sistemindən kənarda həyat üçün münbit şəraitə sahib planetlərin axtarışı ilə məşğuldurlar. Bunun üçün həmin planetlər öz ulduzları ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr etməlidirlər. Mövcud elmi modellərə əsasən həyatın formalaşması üçün vacib olan amillərdən biri də sudur. LHS 1140 b adlı ekzoplanet daha öncə də müşahidə edilib.
Lakin James Webb teleskopu onun maraqlı özəlliklərini aşkara çıxarıb. Qeyd etmək lazımdır ki, sözügedən ekzoplanet Yer kürəsindən 48 işıq ili uzaqlığında yerləşir. Kosmik miqyasda bu elə də böyük bir məsafə deyil. Alimlər hesab edirlər ki, LHS 1140 b ekzoplaneti sərt səthə, atmosferə və maye şəklində suya sahib ekzoplanetdir. Yəni bu ekzoplanet həyat üçün münbit şəraitə sahib ekzoplanet ola bilər. LHS 1140 b üzərində daha öncə aparılmış müşahidələrə əsasən o ya mini Neptundur (Neptundan daha kiçik ölçüyə sahib planet) ya da Super Yerdir (Yer kürəsindən daha böyük sərt səthli planet). James Webb vasitəsilə aparılmış yeni müşahidələrə əsasən LHS 1140 b ekzoplaneti ikinci varianta uyğun gəlir.
Alimlər hesab edirlər ki, bu ekzoplanet Yer kürəsində olduğu kimi azotla zəngin atmosferə sahibdir. LHS 1140 b ekzoplaneti Günəşdən 5 dəfə kiçik olan ulduz ətrafında dövr edir. Həmin ulduz yüksək aktivliyə sahib deyil. Bu isə o deməkdir ki, ulduzun şüalanması ekzoplanetin atmosferini yox etməməlidir. Sözügedən ekzoplanet haqqında ən maraqlı faktor ondan ibarətdir ki, onun kütləsinin 10-20%-i maye şəklində sudan təşkil edilmiş ola bilər. Alimlər hesab edirlər ki, ekzoplanetin bir tərəfi buz şəklində su örtüyünə, digər tərəfi isə maye şəklində su örtüyünə sahibdir. Bunun əsas səbəbi isə planetin yalnız bir tərəfinin ulduza tərəf istiqamətlənməsindədir. Məlumata əsasən ekzoplanetin maye şəklində suya sahib tərəfində suyun temperaturu 20 dərəcə Selsi təşkil edə bilər. Lakin bütün bu məlumatları təsdiqləmək üçün ekzoplanet üzərində əlavə müşahidələr aparılmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
James Webb, Yupiterin yuxarı atmosferində təəccübləndirici formalar tapıb!
James Webb, Yupiterin yuxarı atmosferində təəccübləndirici formalar tapıb!
Alimlər, James Webb Kosmik Teleskopundan istifadə edərək, əvvəllər görünməmiş müxtəlif xüsusiyyətləri kəşf etmək üçün Yupiterin simvolik Böyük Qırmızı Ləkəsinin üstündəki bölgəni müşahidə ediblər.
Kosmosun bilinən ən qədim və ən uzaq qalaktikası kəşf edilib!
Kosmosun bilinən ən qədim və ən uzaq qalaktikası kəşf edilib!
James Webb Kosmik Teleskopu, Böyük Partlayışdan cəmi 300 milyon il sonra yaranmış tarixin ən qədim və ən uzaq qalaktikasını aşkar edib.
James Webb teleskopu erkən kainatdakı ilk qalaktikaların formalaşma proseslərini müşahidə edib
James Webb teleskopu erkən kainatdakı ilk qalaktikaların formalaşma proseslərini müşahidə edib
James Webb kosmik teleskopu fəaliyyətdə olduğu müddətdə bəlkə də ən dəyərli kosmik fotoları çəkib. Belə ki, çəkilmiş fotolar vasitəsilə alimlər kainatdakı ilk qalaktikaların necə formalaşdıqlarını görüblər.
40 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən yeni ekzoplanet kəşf edilib
40 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən yeni ekzoplanet kəşf edilib
Alimlər TESS kosmik teleskopundan istifadə edərək Yer kürəsindən 40 işıq ili uzaqlığında yerləşən yeni ekzoplaneti kəşf ediblər.
James Webb teleskopu Orion adlı kosmik dumanlığın keyfiyyətli fotolarını çəkib
James Webb teleskopu Orion adlı kosmik dumanlığın keyfiyyətli fotolarını çəkib
Alimlər James Webb kosmik teleskopu vasitəsilə Orion adlı kosmik dumanlığın yüksək keyfiyyətli fotolarını əldə ediblər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!