James Webb, Yupiterin yuxarı atmosferində təəccübləndirici formalar tapıb!
Elm & Texnologiya
27.06.2024
Farid Pardashunas
Alimlər, James Webb Kosmik Teleskopundan istifadə edərək, əvvəllər görünməmiş müxtəlif xüsusiyyətləri kəşf etmək üçün Yupiterin simvolik Böyük Qırmızı Ləkəsinin üstündəki bölgəni müşahidə ediblər.
Köhnəlmiş Hubble Kosmik Teleskopunu əvəz edən James Webb Kosmik Teleskopu, yeni məlumatlar göndərməyə davam edir. Avropa Kosmik Agentliyinin (ESA) verdiyi açıqlamaya görə, alimlər James Webb teleskopu ilə Yupiterdəki Böyük Qırmızı Ləkənin üstündəki atmosferi tədqiq ediblər. Mütəxəssislər hesab edirlər ki, təbiətcə qeyri-adi hesab edilən bölgədə qaranlıq qövslər və parlaq ləkələr kimi müxtəlif mürəkkəb strukturlar var.
Mütəxəssislər bölgədən yayılan işığın normal olaraq günəş işığından qaynaqlandığını və Yupiterin atmosferinin yuxarı hissəsinin forma və quruluşunu dəyişdirən başqa bir mexanizmin ola biləcəyini bildiriblər.
Mütəxəssislər fırtınanın atmosferin yuxarı hissəsinə çatana qədər yuxarıya doğru hərəkət edən qravitasiya dalğaları yaratdığını, zirvəyə çatdıqda isə qırıldığını bildiriblər. Yupiterdə davamlı yüksək təzyiq bölgəsi olan Böyük Qırmızı Ləkə, ətrafdakı fırtınaların dinamik üfüqi hərəkətinə qarşı öz siklon formasını saxlamağı bacarır. İlk dəfə 1664-cü ildə İngilis astronom Robert Hooke tərəfindən kəşf edilən Böyük Qırmızı Ləkə, Yerdən 4 dəfə böyük ərazini əhatə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kosmosun bilinən ən qədim və ən uzaq qalaktikası kəşf edilib!
Kosmosun bilinən ən qədim və ən uzaq qalaktikası kəşf edilib!
James Webb Kosmik Teleskopu, Böyük Partlayışdan cəmi 300 milyon il sonra yaranmış tarixin ən qədim və ən uzaq qalaktikasını aşkar edib.
James Webb teleskopu erkən kainatdakı ilk qalaktikaların formalaşma proseslərini müşahidə edib
James Webb teleskopu erkən kainatdakı ilk qalaktikaların formalaşma proseslərini müşahidə edib
James Webb kosmik teleskopu fəaliyyətdə olduğu müddətdə bəlkə də ən dəyərli kosmik fotoları çəkib. Belə ki, çəkilmiş fotolar vasitəsilə alimlər kainatdakı ilk qalaktikaların necə formalaşdıqlarını görüblər.
James Webb teleskopu Orion adlı kosmik dumanlığın keyfiyyətli fotolarını çəkib
James Webb teleskopu Orion adlı kosmik dumanlığın keyfiyyətli fotolarını çəkib
Alimlər James Webb kosmik teleskopu vasitəsilə Orion adlı kosmik dumanlığın yüksək keyfiyyətli fotolarını əldə ediblər.
Yupiterin peyki İonun yeni fotoları təqdim edilib
Yupiterin peyki İonun yeni fotoları təqdim edilib
NASA-nın Juno adlı kosmik aparatı Günəş sisteminin ən yüksək vulkanik aktivliyinə sahib obyektinin yeni fotolarını göndərib.
Yupiterin Avropa adlı peykinin səthində qeyri-adi aktivlik aşkar edilib
Yupiterin Avropa adlı peykinin səthində qeyri-adi aktivlik aşkar edilib
Böyük ehtimalla Yupiterin Avropa da daxil olmaqla digər peyklərinin dərinliklərində okeanlar mövcuddur.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!