Kosmosun bilinən ən qədim və ən uzaq qalaktikası kəşf edilib!
Elm & Texnologiya
31.05.2024
Farid Pardashunas
James Webb Kosmik Teleskopu, Böyük Partlayışdan cəmi 300 milyon il sonra yaranmış tarixin ən qədim və ən uzaq qalaktikasını aşkar edib.
Fəaliyyətə başladığı ilk gündən etibarən kosmosla bağlı təsirli araşdırmalar həyata keçirən James Webb Kosmik Teleskopu (JWST), yenidən əhəmiyyətli bir kəşfə imza atıb. Bu dəfə teleskop, məlum olan ən qədim və ən uzaq qalaktikaların təsvirlərini çəkə bilib. Alimlərin fikrincə, bu qalaktikalar Böyük Partlayışdan 300 milyon il sonra əmələ gəlib. Xüsusilə "JADES-GS-z14-0" və "JADES-GS-z14-1" adlı qalaktikalardan birincisi çox maraqlı bir xüsusiyyətə malikdir. Belə ki, hesablamalara əsasən, bu qalaktikanın eni 1600 işıq ili genişliyindədir və çox parlaq bir quruluşa malikdir. Mütəxəssislər, bu qalaktikanın gənc və aktiv ulduzlar ilə qidalandığını düşünürlər.
Alimlər bu kəşfi vacib hesab edirlər, çünki onların fikrincə, kainatın 300 milyon il kimi "qısa" bir müddətdə belə böyük qalaktika əmələ gətirməsi təəccüblüdür. Bundan əlavə, JADES-GS-z14-0, ölçüləri ilə qalaktikaların gözləniləndən daha sürətli böyüyə biləcəyi tezisini dəstəkləyir. Yeni kəşf, anlıq olara aparılmış bir araşdırmanın məhsulu deyil. Hubble Kosmik Teleskopu tərəfindən kəşf edilən bölgəni araşdıran JWST, güclü infraqırmızı cihazlarını 5 gün ərzində bu bölgədə cəmləşdirib. Bu tətqiqatlar nəticəsində isə JADES-GS-z14-0 və JADES-GS-z14-1 qalaktikaları kəşf edilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
James Webb teleskopu erkən kainatdakı ilk qalaktikaların formalaşma proseslərini müşahidə edib
James Webb teleskopu erkən kainatdakı ilk qalaktikaların formalaşma proseslərini müşahidə edib
James Webb kosmik teleskopu fəaliyyətdə olduğu müddətdə bəlkə də ən dəyərli kosmik fotoları çəkib. Belə ki, çəkilmiş fotolar vasitəsilə alimlər kainatdakı ilk qalaktikaların necə formalaşdıqlarını görüblər.
James Webb teleskopu Orion adlı kosmik dumanlığın keyfiyyətli fotolarını çəkib
James Webb teleskopu Orion adlı kosmik dumanlığın keyfiyyətli fotolarını çəkib
Alimlər James Webb kosmik teleskopu vasitəsilə Orion adlı kosmik dumanlığın yüksək keyfiyyətli fotolarını əldə ediblər.
James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
James Webb kosmik teleskopu müasir kosmologiyanın sərhədlərini genişləndirməyə davam edir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!