
Kainatın müşahidə olunan hissəsinin ən böyük xəritəsi təqdim olunub
Elm & Texnologiya
12.06.2025
Emil Nəcəfov
İyunun 5-də Kaliforniya Texnologiya İnstitutu (Caltech) son onilliklərin ən genişmiqyaslı astronomik tədqiqatlarından birinin nəticələrini təqdim etdi. Belə ki, COSMOS-Web layihəsi çərçivəsində James Webb kosmik teleskopunun müşahidələrinə əsaslanan interaktiv xəritə dərc olunub. Bu xəritədə təxminən 800 min obyekt - əsasən qalaktikalar, eləcə də ulduzlar, kvazarlar və digər materiya formaları qeydiyyata alınıb. Bu, sadəcə bir verilənlər bazası deyil, həm də kainatın tarixini birbaşa brauzerdən əldə oluna bilən rəqəmsal struktura yerləşdirmək cəhdidir.

Tədqiq olunan səma sahəsi 0.54 kvadrat dərəcə təşkil edir. Ölçünü təsəvvür etmək üçün bu, sanki səma kürəsində üç tam Ayın yan-yana yerləşməsi kimidir. Baxmayaraq ki, bu ərazi nisbətən kiçik görünür, o, müşahidə olunan kainatın ən dərin qatlarını əhatə edir. NASA-nın qiymətləndirməsinə görə, seçilmiş bəzi qalaktikaların yaşı təxminən 13.5 milyard ildir. Yəni onlar Böyük partlayışdan cəmi 300 milyon il sonra formalaşıblar.
Bu isə o deməkdir ki, demək olar, bütün məlum kosmoloji tarix - ümumi xronologiyanın 98%-i - vizuallaşdırılıb. Əsas məlumatlar yaxın infraqırmızı diapazon kamerası (NIRCam) ilə toplanıb, bəzi sahələr isə orta infraqırmızı diapazon cihazı (MIRI) ilə çəkilmiş görüntülərlə tamamlanıb. Ümumi məlumat həcmi təxminən 1.5 TB (terabayt) təşkil edir. Müqayisə üçün qeyd edək ki, Gaia layihəsi çərçivəsində hazırlanan Süd Yolu xəritələrinin ümumi həcmi 500 TB-a çata bilər, lakin onlar qalaktikanın hüdudlarından kənardakı obyektləri əhatə etmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kosmik boşluqlar əslində boş sahələr deyillər

Kosmik boşluqlar əslində boş sahələr deyillər
Kainatda, həqiqətən də, demək olar ki, tamamilə boş olan sahələr mövcuddur, lakin astrofizik Paul Sutter-in sözlərinə görə, bu boşluqlar tam mənada boş deyil. Onlar bir sıra maraqlı şeylər ehtiva edirlər.
Saturnun peyki Titan həyat ilə zəngin ola bilər

Saturnun peyki Titan həyat ilə zəngin ola bilər
Saturnun ən böyük peyki olan Titan qeyri-adi və olduqca maraqlı bir dünyadır. Orada bizim tanıdığımız formada həyatın yaranması üçün su olmasa da, başqa mayelər mövcuddur. Buna görə də Titan səthində geniş miqyasda həyat mövcud ola, lakin onu aşkar etmək çətin ola bilər.
Embrionların genetik özəlliklərə görə seçilməsi reallığa çevrilib

Embrionların genetik özəlliklərə görə seçilməsi reallığa çevrilib
Nucleus adlı startap Nucleus Embryo proqram təminatını istifadəyə verib. Bu proqram təminatı embrionların genetik profillərini təhlil edərək, süni mayalanma zamanı valideynlərə gələcək övladlarının xüsusiyyətlərini seçməkdə kömək edir.
Kainatın yarandığı vaxtdan ən güclü kosmik partlayış aşkar edilib

Kainatın yarandığı vaxtdan ən güclü kosmik partlayış aşkar edilib
Alimlər kosmik partlayışların tamamilə yeni bir sinfini aşkar ediblər və bu hadisələr supernova (kütləvi ulduzun ölüm mərhələsi) partlayışlarından təxminən 10 milyon dəfə daha nadir baş verir.
Qrunt suları səth sularından 2.4 dəfə daha sürətlə yox olur

Qrunt suları səth sularından 2.4 dəfə daha sürətlə yox olur
Tədqiqatçılar müəyyən ediblər ki, qrunt suları dünya üzrə o qədər sürətlə yox olur ki, bu, yaxın gələcəkdə planetimizin oxunun dəyişməsinə səbəb ola bilər. Alimlər xəbərdarlıq edirlər ki, bəzi regionlar digərlərinə nisbətən bu vəziyyətdən daha çox zərər görə bilər.
Həftənin xəbərləri

