
Alimlər Böyük partlayışa alternativ variant təklif ediblər
Elm & Texnologiya
25.06.2025
Emil Nəcəfov
Alimlər Böyük partlayış nəzəriyyəsinə alternativ variant irəli sürüblər. Fiziklər hesab edirlər ki, bizim kainat daha böyük başqa bir kainatın içində yerləşən nəhəng qara dəliyin daxilində yarana bilərdi. Böyük partlayış nəzəriyyəsi fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması), kainatın genişmiqyaslı strukturu və onun sürətlənən genişlənməsi kimi əsas kosmoloji hadisələri uğurla izah edib. Lakin hələ də qaranlıq enerji və qaranlıq materiyanın izaholunmaz təbiəti, Böyük partlayış anındakı singulyarlıq və ümumi nisbilik nəzəriyyəsi ilə kvant mexanikası arasındakı uyğunsuzluqlar kimi fundamental problemlər qalır. Alimlər hesab edirlər ki, onların irəli sürdükləri nəzəriyyə bu problemləri əlavə naməlum fizika olmadan həll edir. Fiziklər bildirirlər ki, müşahidə etdiyimiz kainat öz qravitasiya radiusunun daxilində yerləşir, bu da o deməkdir ki, xaricdən baxıldıqda o, qara dəlik kimi görünə bilər.

Bu fikir alimləri belə bir ehtimala gətirib ki, kainat, kütləvi ulduzların qravitasiya ilə sıxılması nəticəsində yaranan qara dəliklər kimi formalaşmış ola bilər. Ümumilikdə qəbul edilənə görə, kainat son dərəcə isti və sıx bir nöqtə - sinqulyarlıqdan başlayıb və Böyük partlayışdan sonra çox qısa zaman ərzində genişlənib. Lakin fiziklər hesab edirlər ki, kainat birbaşa sinqulyarlıqdan başlamamış, əksinə, başqa bir kainatda yerləşən nəhəng materiya buludunun qravitasiya ilə sıxılması nəticəsində meydana gəlmiş ola bilər. Bu proses isə məlum olan fizikanın çərçivəsindən kənara çıxmır. Tədqiqatın müəllifləri belə nəticəyə gəliblər ki, düzgün şərtlər altında materiyanın qravitasiya kollapsı sinqulyarlıqla bitmir, əksinə, yeni bir genişlənmə baş verir. Məhz bu proses Böyük partlayış kimi qəbul edilir. Fiziklər bildirirlər ki, onların nəzəriyyəsi naməlum fizika qanunlarına ehtiyac duymur və qara dəliyin daxilində baş verən qravitasiya sıxılmasını izah edir.

Kvant mexanikasında iki eyni zərrəcik eyni anda eyni vəziyyətdə ola bilməz və eyni yerdə yerləşə bilməz. Bu prinsip qravitasiya sıxılmasına qarşı çıxan bir növ təzyiq yaradır. Məhz bu təzyiq ulduzların sonsuzadək sıxılmasının və qara dəliyə çevrilməsinin qarşısını alır. Bu zaman onlar neytron ulduzlarına çevrilirlər. Yeni nəzəriyyə isə təklif edir ki, məhz bu kvant effekti bizim kainatımızın yaranmasına səbəb olub. Fiziklərin sözlərinə görə, ehtimal olunur ki, qravitasiya birbaşa zərrəciklərə kütlə verən kvant sahəsi olan Hiqqs sahəsi ilə qarşılıqlı əlaqədə olur. Əgər bu belədirsə, bu qarşılıqlı təsir qravitasiyanın davranışını dəyişə bilər. Məsələn, əgər qravitasiya ilə Hiqqs sahəsi arasındakı qarşılıqlı təsir son dərəcə yüksək enerji sıxlığı şəraitində itələyici xarakter alırsa, bu, qravitasiya sıxılmasına qarşı çıxaraq onu dayandıra bilər.

Belə olan halda kainat sinqulyarlığa çökmək əvəzinə "geri sıçrayaraq" sıxılmadan genişlənməyə keçə bilər. Fiziklər bildirirlər ki, bu yanaşma qravitasiyanı kvant mexanikası ilə əlaqələndirməyə imkan verir və bunun üçün yeni spekulyativ nəzəriyyələrə ehtiyac yoxdur. Yeni nəzəriyyə kainatın azacıq pozitiv məkan əyriliyinə malik olduğunu və kosmik "geri sıçrayışdan" əvvəl yaranmış ilkin qara dəliklər və ya neytron ulduzları kimi obyektlərin mövcudluğunu proqnozlaşdırır. Tədqiqatın müəllifləri bildirirlər ki, Böyük partlayışın hər şeyin mütləq başlanğıcı olmaması ehtimalı mübahisəli fikirdir, lakin ilkin qara dəliklər və neytron ulduzları kimi obyektlər aşkar edilərsə, bu nəzəriyyəni təsdiqləmək mümkün olar. Fiziklərin fikrincə, əslində bütün kainatımız daha böyük başqa bir kainatda yaranmış nəhəng bir qara dəliyin daxilində yerləşə bilər.
Mənbə: Space.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər kainatın ilk əvvəlində işığın olub-olmamasına aydınlıq gətiriblər

Alimlər kainatın ilk əvvəlində işığın olub-olmamasına aydınlıq gətiriblər
Elə düşünmək olar ki, əvvəlcə kainatda tam qaranlıq hökm sürürdü. Amma bu, belə deyil. İşıq zərrəcikləri Böyük partlayışdan dərhal sonra yaranmışdı, lakin onlar bütün kainatı işıqlandıra bilmirdilər.
Bakteriyalar plastik materialı parasetamola çevirməyi öyrəniblər

Bakteriyalar plastik materialı parasetamola çevirməyi öyrəniblər
Parasetamol xam neftdən istehsal olunur ki, bu da böyük enerji sərfiyyatı tələb edir və karbon qazı emissiyalarına səbəb olur. Edinburq Universitetinin alimləri alternativ üsul tapıblar.
Yeni teleskop kosmosun inanılmaz fotolarını təqdim edib

Yeni teleskop kosmosun inanılmaz fotolarını təqdim edib
Legacy Survey of Space and Time (LSST) kamerası, yeni istifadəyə verilmiş Vera Rubin adına rəsədxanada cəmi 10 saatlıq müşahidə zamanı milyonlarla uzaq səma cisminin işığını misilsiz miqyasda qeydə alıb.
Ay tozu meqapolis havasından daha az toksikdir

Ay tozu meqapolis havasından daha az toksikdir
Yeni təcrübə göstərib ki, meqapolisin gur küçəsindəki hava Ay tozundan daha toksikdir. "Nəticələr insanın Aya qayıtmasının təhlükəsiz olduğunu təsdiqləyir" - deyə Sidney Texnologiya Universitetinin təbiət elmləri üzrə fəxri professoru Brian Oliver bildirib.
Yeni fotolar Mars səthinin altında buzun olduğuna işarə edirlər

Yeni fotolar Mars səthinin altında buzun olduğuna işarə edirlər
Bu kəşfi Missisipi Universitetinin tədqiqatçıları ediblər. Onlar Marsdakı Amazonis Planitia adlı regionu müşahidə ediblər. Bu, əvvəllər də gələcək kosmik missiyalar üçün perspektivli ərazi hesab edilən orta enliklərdə yerləşən ərazidir.
Həftənin xəbərləri

