Cinayətkarların beyninə saxta xatirələr yerləşdiriləcəyi "gələcəyin həbsxanası" adlı konsept təqdim edilib! (VİDEO)
Elm & Texnologiya
01.07.2024
Farid Pardashunas
Gələcəyin həbsxanalarında cinayətkarlara strukturlaşdırılmış yaddaş implantları taxıla bilər. Cognify adlanan konsept, cinayətkarlara saxta xatirələr göstərməyi təklif edir.
Bu yaxınlarda gələcəyin həbsxanasının necə olacağını göstərən qısametrajlı film paylaşıldı. Cognify adlı həbsxana müəssisəsi cinayətkarları virtual olaraq həbs etməyi təklif edir. Bu konsept həbsxana sistemində cinayətkarlar Matrix tipli kapsullara göndərilir və strukturlaşdırılmış yaddaş inyeksiyası vasitəsilə reabilitasiya olunurlar. Ən sadə formada Cognify, məhbusların beyninə süni xatirələr yerləşdirməyi və beləliklə də onları reabilitasiya etməyi təklif edir. Məsələn, bir şəxs zorakı cinayətkardırsa, o, cinayətə qurbanın nöqteyi-nəzərindən baxaraq və ya narkotiklə əlaqəli cinayətləri, aludəçiliyi və sağalma mübarizəsini simulyasiya edən saxta xatirələrdən istifadə etməklə cəzalandırılır. Məhbusları empatiya, peşmançılıq və vicdan əzabı kimi emosional vəziyyətləri ilə "məşq etdirmək" üçün real vaxt rejimində hormonal müdaxilələr ediləcək.
Paylaşılan videoda deyilir ki, cinayətkarlar ənənəvi həbsə alternativ olaraq Cognify-ı seçə bilərlər. Cognify-ın bəzi etik problemləri olsa da, müalicənin bir neçə dəqiqə ərzində baş verə biləcəyi ifadə edilir. Bütün bunlar hardansa tanış səslənə bilər. Elmi fantastika ilə maraqlanırsınızsa, oxşar həbsxana anlayışlarını görmüş və ya oxumuş ola bilərsiniz. Belə ki, "A Clockwork Orange" filmində və kitabında da Cognify-a bənzər həll yolu ortaya qoyulub. Cognify həbsxana konseptinin arxasında duran şəxs isə yəmənli molekulyar bioloq və elm kommunikatoru Hashem Al-Ghaili-dir. Onun Cognify-ə bənzər digər (baş transplantasiyası kimi) cəhdləri də var. Hashem-in digər təşəbbüsləri kimi, bu da spekulyativdir, lakin Cognify real bir elmə əsaslanır.
Alimlər qorxulu xatirələri xoşbəxt xatirələrlə əvəz edərək, siçanlara yalançı xatirələri uğurla implantasiya edə biliblər. 2018-ci ildə elm adamları xatirələri bir dəniz ilbizindən digərinə köçürməyə imkan verən "E.coli" bağırsaq bakteriyasının DNT-sinə kino klipini necə kodlaşdıra biləcəklərini kəşf etmişdilər. Bu kimi elmi irəliləyişlər Cognify-ın bir hissəsini təşkil edərkən, OpenAI-nin mətndən videoya modeli olan Sora kimi süni intellektlər də onun bir hissəsini təşkil edir. Süni intellektlə yaradılan strukturlaşdırılmış xatirələr məhbusun beyin xəritəsi yaradıldıqdan sonra ən mükəmməl yerə yeridiləcək. Bu araşdırmaların qulağa qorxulu şəkildə səslənməsinin səbəbi də elə bu proseslərin olduğu kimi də baş verməsidir. Çünki bu yalançı xatirələr məhbusun gələcək davranışlarına təsir etmək üçün istifadə olunacaq. Bu, yaxşı görünən yanaşmanın arxasından texnokratiyanın yaranmasına işarə edir. İnsan beynində süni xatirələrin yerləşdirilməsi əslində mənliyin reallığı ilə bağlı suallar doğurur. Bununla belə, Cognify, “bir neçə dəqiqə ərzində müalicə” də vəd edir. Bu, bir neçə dəqiqə ərzində illərin xatirələrinin məhbusun beyninə yerləşdirilməsi deməkdir. Lakin məhkumun qohumları ilə necə rəftar edəcəyi, münasibəti və ya yaxınlarının bu virtual xatirələrdən xəbəri olması ciddi problemlər yarada bilər.
Bu kimi məsələlər və narahatlıqlarla bağlı Hashem, bunlar qeyd edib: "Əgər yaratmaq istədiyimiz hər bir texnologiya üçün çox narahat olsaq, heç nə yarada bilməyəcəyik. Hər bir texnologiya risk daşıyır, lakin biz ciddi etik standartlar, hüquqi çərçivələr və nəzarətlə bu risklərin öhdəsindən gələ bilərik”. Hashem, öz açıqlamalarında haqlı olsa da, bu kimi texnologiyalar gələcəkdə indiki kimi “yaxşı şirkətlərin” əlində olmaya bilər. Ona görə də sui-istifadə riski kifayət qədər yüksəkdir. Etik məsələlər tamamilə fərqli müzakirə mövzusudur. Hashem Al-Ghaili deyir ki, Cognify hələlik bir konseptdir və heç bir dəqiq vaxt qrafiki yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avropa və Enselad peyklərində potensial yadplanetli həyat növünün konkret yerləşəcə biləcəyi yer müəyyən edilib
Avropa və Enselad peyklərində potensial yadplanetli həyat növünün konkret yerləşəcə biləcəyi yer müəyyən edilib
Alimlər tərəfindən aparılmış yeni modelləşdirməyə əsasən Yupiterin Avropa, Saturnun isə Enselad adlı peyklərinin səthaltı okeanlarının dərinliklərində çox uzun müddət ərzində aşağı temperaturlu hidrotermal mənbələr mövcud ola bilərlər.
Dünyanın ən uzun batırılmış boru tuneli, Almaniya və Danimarkanı birləşdirəcək!
Dünyanın ən uzun batırılmış boru tuneli, Almaniya və Danimarkanı birləşdirəcək!
Almaniya və Danimarkanı birləşdirən dənizaltı magistral və dəmir yolu tuneli olan Fehmarnbelt Tuneli, 18 km uzunluğunda dünyanın ən uzun batırılmış boru tuneli olacaq.
Thomas Edison-un 100 illik texnologiyası, 100%-lik təmiz hidrogenin yaradılmasına təkan verib!
Thomas Edison-un 100 illik texnologiyası, 100%-lik təmiz hidrogenin yaradılmasına təkan verib!
Edison-un texnologiyası, hidrogenin təmizlənməsi prosesi texnologiyasının inkişafında yeni qapılar açıb. Battolyser Systems adlı şirkət, əsrlik ixtiradan bərpa olunan enerji və təmiz hidrogen istehsalında inqilabi yenilik kimi istifadə edib.
Alimlər robotlar üçün insanabənzər dəri hazırlayıblar! (VİDEO)
Alimlər robotlar üçün insanabənzər dəri hazırlayıblar! (VİDEO)
Tokio Universiteti və Harvard Universitetinin alimləri robotlar üçün tamamilə yeni insana bənzər dəri hazırlayıblar. Bu dəri, hətta özünü sağaltmaq qabiliyyətinə də malikdir.
Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!
Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!
Tarixdə ilk dəfə yaşamaq üçün oksigenə ehtiyacı olmayan canlı növü kəşf edilib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!