main-post-cover

    Avropa və Enselad peyklərində potensial yadplanetli həyat növünün konkret yerləşəcə biləcəyi yer müəyyən edilib

    Elm & Texnologiya
    01.07.2024
    Emil Nəcəfov
       Alimlər tərəfindən aparılmış yeni modelləşdirməyə əsasən Yupiterin Avropa, Saturnun isə Enselad adlı peyklərinin səthaltı okeanlarının dərinliklərində çox uzun müddət ərzində aşağı temperaturlu hidrotermal mənbələr mövcud ola bilərlər. Məhz həmin hidrotermal mənbələr okeanları qızdıra və yadplanetli həyat növünün inkişafına təkan verə bilərlər. Yer kürəsində hidrotermal mənbələr həm istilik ilə enerji mənbələri həm də həyatın formalaşması üçün mümkün yer kimi çıxış edirlər. Yer kürəsində həm yüksək həm də aşağı temperaturlu hidrotermal mənbələrin mövcud olmalarına baxmayaraq daha böyük həcmdə su məhz aşağı temperaturlu hidrotermal mənbələrdən keçir.
         Yüksək temperaturlu hidrotermal mənbələr vulkanik aktivliklər sayəsində dəstəklənirlər və onlar enerji ilə istiliyi Yer kürəsinin isti nüvəsindən əldə edirlər. Lakin Yupiter ilə Saturnun adları sadalanmış peykləri isti nüvəyə sahib deyillər. Bu səbəbdən də alimlər Avropa ilə Enseladda aşağı temperaturlu hidrotermal mənbələrin nə dərəcədə yayqın olduqlarını təyin etmək üçün xüsusi modelləşdirmə aparıblar. Bu peyklərin səthaltı okeanları barəsində məlumatların olmadıqlarını nəzərə alaraq alimlər xüsusi modelləşdirməni Sakit okeanın şimal-qərb hissəsindəki su dövranına əsaslandırıblar.
         Sakit okeanın bu hissəsində soyuq su okean dibindəki süxurlara soyumuş vulkanik aralıqlar vasitəsilə daxil olurlar. Bu cür aralıqlara həmçinin sualtı dağlar da deyirlər. Su süxurlardan keçərək qızır və digər sualtı dağdan yuxarı qalxır. Alimlərin sözlərinə əsasən bu halda su daha yüksək temperatura və daha fərqli kimyəvi tərkibə sahib olur. Bu su dövranı modelini Avropa və Enselad peykləri halında istifadə edən zaman alimlər qravitasiya, temperatur, su dövranı dərinliyi və s. kimi göstəricilərdə dəyişikliklər ediblər. Bunlar adları sadalanmış peyklərdəki səthaltı okeanların şərtlərinə daha yaxşı uyğunlaşmaq üçün edilib.
         Beləliklə aparılmış modelləşdirmə onu göstərib ki, bu peyklərin səthaltı okeanlarının dib hissələrində aşağı temperaturlu hidrotermal mənbələr geniş diapazonlu şərtlərdə mövcud ola bilərlər. Bununla belə daha aşağı qravitasiya mənbələrdən çıxan suyun daha çox qızmasına səbəb olur. Alimlər hesab edirlər ki, peyklərdəki şərait bu cür hidrotermal mənbələrin milyardlarla il ərzində mövcud olmalarına imkan verə bilər. Bu isə orada yadplanetli həyat növünün formalaşması üçün yetəri bir zamandır. Buna görə də Avropa ilə Enseladın hidrotermal mənbələrində həyat növü mövcud ola bilər. Əsas məsələ isə həmin okeanları müşahidə etmək və onlarda mümkün həyat növünü tapmaqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Dünyanın ən uzun batırılmış boru tuneli, Almaniya və Danimarkanı birləşdirəcək!
    dunyanin-en-uzun-batirilmis-boru-tuneli-almaniya-ve-danimarkani-birlesdirecek
    James Webb, Yupiterin yuxarı atmosferində təəccübləndirici formalar tapıb!
    james-webb-yupiterin-yuxari-atmosferinde-teeccublendirici-formalar-tapib
    Thomas Edison-un 100 illik texnologiyası, 100%-lik təmiz hidrogenin yaradılmasına təkan verib!
    thomas-edison-nun-100-illik-texnologiyasi-100-lik-temiz-hidrogenin-yaradilmasina-tekan-verib
    Alimlər robotlar üçün insanabənzər dəri hazırlayıblar! (VİDEO)
    alimler-robotlar-ucun-insanabenzer-deri-hazirlayiblar-video
    Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!
    yasamaq-ucun-oksigene-ehtiyaci-olmayan-ilk-canli-kesf-edilib