Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!
Elm & Texnologiya
24.06.2024
Farid Pardashunas
Tarixdə ilk dəfə yaşamaq üçün oksigenə ehtiyacı olmayan canlı növü kəşf edilib.
Alimlər tərəfindən kəşf edilən meduzaya bənzər quruluşa malik parazitin mitoxondrial genomu yoxdur. Bu da, tapılan parazitin mitoxondriyasız ilk çoxhüceyrəli quruluş kimi tarixə adını yazdırmasına imkan verib. Hər hüceyrədə çoxlu sayda olan mitoxondriyalar, oksigendən enerji istehsal etmək rolunu oynayır. Mitoxondrilərin olmaması isə bu canlının oksigenə ehtiyacı olmadığını göstərir.
Bu kəşf, təkcə Yerdəki həyat haqqında anlayışımızı dəyişdirmir, həm də yerdən kənar canlıların axtarışına əhəmiyyətli dəstək verir. Yerdəki həyat 1.45 milyard il əvvəl aerob tənəffüs edəcək şəkildə təkamül edib. Qırmızı qan hüceyrələri istisna olmaqla, bütün hüceyrələrimizdə mitoxondriya var. Bəzi canlılar oksigensiz nəfəs ala bilir, lakin bu canlılar tək hüceyrəlilər olaraq adlanır.
Təl-Əviv Universitetindən Dayana Yahalomi və onun komandasının tədqiq etdiyi "Henneguya salminicola" adlı quruluş, hüceyrənin içərisində oksigen olmadan yaşaya bilir. DNT analizi nəticəsində məlum olub ki, bu strukturlar təkcə mitoxondrilərini deyil, həm də əlaqəli bütün strukturları və genləri itirib. Bu kəşf sayəsində bu parazitə qarşı mübarizə üçün yeni üsullar hazırlana biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çatlamalara qarşı 17 dəfə daha davamlı olan beton növü ixtira edilib!
Çatlamalara qarşı 17 dəfə daha davamlı olan beton növü ixtira edilib!
Alimlər, təbii materiallardan ilhamlanaraq çatlamalara 17 dəfə daha davamlı olan yeni beton növü hazırlayıblar. Bu innovativ beton, dünyada ən çox yayılmış tikinti materiallarından biri olan sementi daha davamlı və təhlükəsiz etmək məqsədi daşıyır.
MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları, istifadəçilər üçün gələcək şəxsiyyətləri ilə söhbətləri simulyasiya edəcək, narahatlığı azaltmağa və motivasiyanı artırmağa kömək edəcək süni intellekt chatbot hazırlayıblar.
Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Alimlər tərəfindən aparılan yeni bir araşdırmada süni intellekt, Parkinson xəstəliyini simptomları başlamazdan illər əvvəl 100% dəqiqliklə proqnozlaşdıra bilib.
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Aparılmış yeni tədqiqata əsasən smartfon ekranı tərəfindən şüalanan göy işıq gecələr istifadəçinin yuxusuna zərər yetirmir.
İnsan böyrəkləri uzunmüddətli kosmik uçuşlara tab gətirə bilməzlər
İnsan böyrəkləri uzunmüddətli kosmik uçuşlara tab gətirə bilməzlər
Astronavtların da iştirakı ilə baş tutacaq Mars missiyaları insanlığın uzunmüddətli məqsədidir və bu cür missiyaların növbəti onilliklərdə baş tutacağı nəzərdə tutulub.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!