Bennu asteroidi suya sahib planetdə formalaşmış ola bilər
Elm & Texnologiya
01.07.2024
Emil Nəcəfov
2016-cı ilin sentyabr ayında NASA-nın OSIRIS-Rex adlı missiyası start götürmüşdü. Bu missiyanın əsas məqsədi Bennu adlı asteroiddən süxur nümunələrinin əldə olunması idi. Nəticədə 2020-ci ilin oktyabr ayında kosmik agentliyin kosmik aparatı süxur nümunələrini əldə etdi və 2023-cü ilin sentyabr ayında nümunələri Yer kürəsinə çatdırmaqla OSIRIS-Rex missiyası başa çatdı. İndi isə Bennu asteroidindən əldə edilmiş süxur nümunələrinin analizi ilə bağlı daha detallı məlumatlar təqdim edilib. Alimlər heç gözlənilmədən süxur nümunələrinin tərkiblərində fosfor əsaslı minerallara rast gəliblər. Fosfor əsaslı minerallar isə Bennu asteroidinin süxurlarının formalaşma mənbəyi kimi suya sahib planetin dərinliklərinə işarə edirlər.
Ola bilərmi ki, uzaq keçmişdə Mars ilə Yupiter arasında suya sahib daha bir planet mövcud olmuş olsun? Asteroiddən əldə edilmiş süxur nümunələri bu suala tam cavab vermirlər. Lakin bu sual aktual olaraq qalır. Qeyd etmək lazımdır ki, NASA-nın OSIRIS-Rex adlı missiyası çərçivəsində Yer kürəsinə 120 qramm süxur nümunəsi çatdırılmışdı. Halbuki alimlər 60 qramm süxur nümunəsi gözləyirdilər. Nəticədə sözügedən missiya gözləntiləri geridə qoymağı bacardı. Bennu asteroidindən əldə edilmiş süxur nümunələri Günəş sisteminin keçmişi ilə bağlı gizli sirlərin ortaya çıxmasına yardımçı olmalıdırlar. Söhbət, Günəş sistemində planetlərin hələ təzə-təzə formalaşmağa başladıqları zamanlardan gedir.
Süxur zərrəcikləri üzərində olan ağ rəngli maddə fosfor əsaslı birləşmələrdir:
Arizona Universitetinin alimləri süxur nümunələrində maqnezium-natrium fosfat aşkar ediblər. Bu ion birləşməsi həmçinin insan sümüklərində və dişlərində rast gəlinir. Yer kürəsində bu cür birləşmə adətən okeanların dərinliklərində formalaşır. Bundan əlavə olaraq alimlər süxur nümunələrinin mineral tərkibləri ilə Yer kürəsində sualtı qayalardan əldə edilmiş süxurlar arasındakı oxşarlığı da təyin ediblər. Heyrətləndirici səslənsə də ola bilər ki, Bennu asteroidi bizim Günəş sistemimizdə planetlərin yenicə formalaşmağa başladıqları müddətdə potensial olaraq mövcud olmuş okean səthli planetdə formalaşıb. Lakin alimlərin sözlərinə əsasən bu hələ ilkin testlərdir. Belə ki, Bennudan əldə edilmiş süxur nümunələri bizlərə daha çox məlumatları təqdim edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Cinayətkarların beyninə saxta xatirələr yerləşdiriləcəyi "gələcəyin həbsxanası" adlı konsept təqdim edilib! (VİDEO)
Cinayətkarların beyninə saxta xatirələr yerləşdiriləcəyi "gələcəyin həbsxanası" adlı konsept təqdim edilib! (VİDEO)
Gələcəyin həbsxanalarında cinayətkarlara strukturlaşdırılmış yaddaş implantları taxıla bilər. Cognify adlanan konsept, cinayətkarlara saxta xatirələr göstərməyi təklif edir.
Avropa və Enselad peyklərində potensial yadplanetli həyat növünün konkret yerləşəcə biləcəyi yer müəyyən edilib
Avropa və Enselad peyklərində potensial yadplanetli həyat növünün konkret yerləşəcə biləcəyi yer müəyyən edilib
Alimlər tərəfindən aparılmış yeni modelləşdirməyə əsasən Yupiterin Avropa, Saturnun isə Enselad adlı peyklərinin səthaltı okeanlarının dərinliklərində çox uzun müddət ərzində aşağı temperaturlu hidrotermal mənbələr mövcud ola bilərlər.
Dünyanın ən uzun batırılmış boru tuneli, Almaniya və Danimarkanı birləşdirəcək!
Dünyanın ən uzun batırılmış boru tuneli, Almaniya və Danimarkanı birləşdirəcək!
Almaniya və Danimarkanı birləşdirən dənizaltı magistral və dəmir yolu tuneli olan Fehmarnbelt Tuneli, 18 km uzunluğunda dünyanın ən uzun batırılmış boru tuneli olacaq.
Thomas Edison-un 100 illik texnologiyası, 100%-lik təmiz hidrogenin yaradılmasına təkan verib!
Thomas Edison-un 100 illik texnologiyası, 100%-lik təmiz hidrogenin yaradılmasına təkan verib!
Edison-un texnologiyası, hidrogenin təmizlənməsi prosesi texnologiyasının inkişafında yeni qapılar açıb. Battolyser Systems adlı şirkət, əsrlik ixtiradan bərpa olunan enerji və təmiz hidrogen istehsalında inqilabi yenilik kimi istifadə edib.
Alimlər robotlar üçün insanabənzər dəri hazırlayıblar! (VİDEO)
Alimlər robotlar üçün insanabənzər dəri hazırlayıblar! (VİDEO)
Tokio Universiteti və Harvard Universitetinin alimləri robotlar üçün tamamilə yeni insana bənzər dəri hazırlayıblar. Bu dəri, hətta özünü sağaltmaq qabiliyyətinə də malikdir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!