
Tarixdə ilk robotlaşdırılmış ürək köçürmə əməliyyatı həyata keçirilib
Elm & Texnologiya
23.06.2025
Emil Nəcəfov
ABŞ-da həkimlər ilk dəfə tamamilə robotlaşdırılmış ürək köçürmə əməliyyatı həyata keçiriblər. Tibb sahəsində ən çətin əməliyyatlardan biri olan bu prosedur döş qəfəsi açılmadan və döş sümüyü zədələnmədən icra olunub. Cərrahiyyə robotunun yüksək dəqiqliyi sayəsində travmalar azaldılıb, ağırlaşma riski minimuma endirilib və xəstənin sağalma prosesi sürətlənib. Əməliyyat olunan kişi əməliyyatdan 1 ay sonra heç bir ağırlaşma olmadan evə buraxılıb. Mart ayının əvvəlində Hyustonda yerləşən Baylor Sent-Lük Tibb Mərkəzində tarixə düşən bu əməliyyat baş tutub - ağırlaşmış ürək çatışmazlığı olan 45 yaşlı kişiyə dünyada ilk dəfə olaraq yeni və daha az invaziv texnologiya ilə ürək köçürülüb. Pasient 2024-cü ilin noyabrından etibarən xəstəxanada idi və ürəyin fəaliyyətini dəstəkləyən bir neçə mexaniki cihaz sayəsində həyatda qalırdı.

Cərrahlar döş qəfəsini açmaq əvəzinə cərrahiyyə robotundan istifadə ediblər. Bu onlara millimetr dəqiqliyi ilə kiçik kəsiklər etməyə və qarınətrafı boşluqdan keçərək xəstə ürəyi çıxarıb donor ürəyini yerləşdirməyə imkan verib. Pasientin döş sümüyünə toxunulmayıb. Bu da sümük mişarlarından istifadə və geniş kəsiklər etmə zərurətini aradan qaldırıb. Döş sümüyünün kəsilməsindən imtina sadəcə kosmetik üstünlük deyil. Bu yanaşma qan köçürməsinə olan ehtiyacı xeyli azaldır ki, bu da yeni ürəyin orqanizm tərəfindən anticisim reaksiyası ilə rədd olunması riskini aşağı salır. Bundan əlavə, bu üsul xəstənin əməliyyatdan sonra daha sürətli bərpa olunmasına, ağciyərlərin fəaliyyətinin yaxşılaşmasına və ümumi reabilitasiya müddətinin qısalmasına səbəb olur.

Baxmayaraq ki, robotlar artıq uzun müddətdir prostat və ürək qapaqlarının bərpası kimi minimal invaziv əməliyyatlarda istifadə olunur, ABŞ-da ilk dəfə olaraq bir robot bütöv insan ürəyini tamamilə köçürüb. Yeni robotlaşdırılmış metod ürək köçürülməsinə yanaşmanı kökündən dəyişir. Ənənəvi olaraq, ürək köçürülməsi döş qəfəsinə geniş giriş tələb edən ən invaziv əməliyyatlardan biri sayılır. Lakin robot döş sümüyünün kəsilməsinin qarşısını alır, sümükləri və əzələləri qoruyur, həmçinin xəstənin sağalma müddətini qısaldır. Bu hadisə əlamətdar sayılır. Əvvəllər yalnız cərrahlara kömək edən robot indi ən çətin prosedurlardan birini müstəqil şəkildə həyata keçirib. Mütəxəssislər robotlaşdırılmış transplantasiyanı təhlükəsiz əməliyyatlara doğru atılmış böyük addım kimi qiymətləndirirlər.
Mənbə: Interesting Engineering
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dəhşətli qəzadan sonra bir şəxsin üzü 3D çap ilə bərpa edilib

Dəhşətli qəzadan sonra bir şəxsin üzü 3D çap ilə bərpa edilib
Bristoldakı Tibbi 3D Texnologiyalar Mərkəzi velosipedçi Dave Richards-ın ağır qəzadan sonra üzünün bərpasına kömək edib.
SpaceX-in Falcon 9 raketi 1 il ərzində kosmosa 1500 tondan çox faydalı yük daşıyıb

SpaceX-in Falcon 9 raketi 1 il ərzində kosmosa 1500 tondan çox faydalı yük daşıyıb
İnternetdə maraqlı bir infoqrafika yayılıb. Bu infoqrafika SpaceX-in yalnız bir raket modeli olan Falcon 9-un orbitə faydalı yük çıxarılması baxımından digər bütün şirkətləri - həm özəl, həm də dövlət qurumlarını - nə qədər geridə qoyduğunu göstərir.
Məlumatların buzda saxlanması üsulu hazırlanıb

Məlumatların buzda saxlanması üsulu hazırlanıb
Buz özündə qədim dövrlər haqqında elm üçün dəyərli məlumatları saxlayır, lakin onu ikili (binary) kodla mesajların ötürülməsi üçün də istifadə etmək olar.
Bu il NVIDIA serverlərinin quraşdırılması isə insanabənzər robotlar məşğul olacaqlar

Bu il NVIDIA serverlərinin quraşdırılması isə insanabənzər robotlar məşğul olacaqlar
Tayvanın texnologiya şirkəti Foxconn və ABŞ-nın süni zəka çip istehsalçısı NVIDIA, Hyuston şəhərində yerləşəcək Foxconn-un yeni zavodunda insanabənzər (humanoid) robotların tətbiqi ilə bağlı danışıqlar aparır.
Neuralink-in 6-cı pasienti fikir gücü vasitəsilə kompüter oyunları oynamağı öyrənib (VİDEO)

Neuralink-in 6-cı pasienti fikir gücü vasitəsilə kompüter oyunları oynamağı öyrənib (VİDEO)
2024-cü ilin yanvarında Neuralink-in beyin implantı yerləşdirilmiş ilk pasient amerikalı Noland Arbough olub. O, 2016-cı ildən onurğa beyni zədəsi səbəbilə 4 bədən hissəsinin hərəkət qabiliyyətini itirmişdi.
Həftənin xəbərləri

