6 il bundan öncə kosmosa göndərilmiş Tesla Roadster kosmosun hansı hissəsindədir? (VİDEO)
Elm & Texnologiya
24.05.2024
Emil Nəcəfov
Elon Musk-ın SpaceX şirkəti 6 il bundan öncə Super Heavy raketinin ilk uçuş missiyası çərçivəsində kosmosa Tesla Roadster elektromobilini göndərmişdi. Həmin vaxtdan sözügedən elektromobil saatda 25 290 km sürətlə Yer kürəsindən uzaqlaşır. Tesla Roadster-in kosmosdakı hərəkətini və yerini müşahidə edən Where Is Roadster adlı saytın məlumatlarına əsasən 6 fevral 2018-ci il tarixində kosmosa göndərildiyi andan Tesla Roadster Günəş ətrafında 4.1 dəfə dövr edib. Elektromobilin kosmosa göndərilməsindən sonra astronomlar hətta onun orbitini və Yer kürəsinə düşmə ehtimalını hesablamağa çalışıblar.
“İlk əvvəl Roadster-in orbiti Yer kürəsinin orbiti ilə əlaqəli idi. Buna görə də elektromobilin Yer kürəsinin orbiti ilə toqquşma ehtimalı yüksək olaraq qalacaq. Lakin onun Günəşin yaxınlığında yanacağı və ya Yer kürəsinə düşəcəyi hələ tam aydın deyil” - deyə astronomlar qeyd ediblər. Mütəxəssislər güman edirlər ki, Roadster-in Yer kürəsi sinifinə daxil olan planetlərdən biri ilə toqquşması ehtimalı daha yüksəkdir. Söhbət, Merkuri, Venera və Mars planetlərindən gedir. 2047-ci ildə elektromobil bu planetlərə ən yaxın məsafəyə (5 milyon km) yaxınlaşacaq və bir daha bu cür yaxınlaşma 100 ildən sonra baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir YouTuber, Tesla Cybertruck-ın təhlükəsizliyini test edərkən barmağını sındırıb! (VİDEO)
Bir YouTuber, Tesla Cybertruck-ın təhlükəsizliyini test edərkən barmağını sındırıb! (VİDEO)
Joe Fay adlı bir YouTuber, Tesla Cybertruck-un baqajı bağlanarkən barmağını arasına qoyaraq avtomobilin təhlükəsizlik xüsusiyyətinin olub-olmadığını yoxlayıb. Lakin bu testin nəticəsi heç də ürəkaçan olmayıb.
Tesla-nın büdcəli elektromobilinin ilk real fotosu ortaya çıxıb
Tesla-nın büdcəli elektromobilinin ilk real fotosu ortaya çıxıb
Tesla şirkətinin aktiv şəkildə fəaliyyətə başlayan zamanlardan bəri Elon Musk-ın əsas hədəflərindən biri də büdcəli Tesla elektromobilini istehsal etmək olub.
Avtomobili avtopilot rejimində idarə edən yatmış Tesla sürücüsü polis tərəfindən saxlanılıb!
Avtomobili avtopilot rejimində idarə edən yatmış Tesla sürücüsü polis tərəfindən saxlanılıb!
İsveçdə baş verən çox maraqlı hadisədə Tesla sürücüsü avtomobilini avtopilota qoyaraq yuxuya gedib və 40 km yol getdikdən sonra polis tərəfindən saxlanılıb.
Tesla-nın pilotsuz taksi nəlqiyyat növünün necə adlanacağı məlum olub
Tesla-nın pilotsuz taksi nəlqiyyat növünün necə adlanacağı məlum olub
Bir neçə müddət bundan öncə məlum oldu ki, Tesla şirkəti öz pilotsuz taksisini hazırlayacaq.
Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
Tesla şirkəti özünün Model 3 elektromobilinin ən güclü versiyasını təqdim edib. Model 3-ün sözügedən versiyası Model 3 Performance adlanır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!