main-post-cover

    Bir YouTuber, Tesla Cybertruck-ın təhlükəsizliyini test edərkən barmağını sındırıb! (VİDEO)

    Digər
    08.05.2024
    Farid Pardashunas

         Joe Fay adlı bir YouTuber, Tesla Cybertruck-un baqajı bağlanarkən barmağını arasına qoyaraq avtomobilin təhlükəsizlik xüsusiyyətinin olub-olmadığını yoxlayıb. Lakin bu testin nəticəsi heç də ürəkaçan olmayıb.

         Belə ki, YouTuber, Cybertruck-un baqajı bağlanarkən barmağını arasına qoysa, nə baş verəcəyini sınaqdan keçirmək qərarına gəlib. Bu yaxınlarda paylaşılan videoda gələn sorğular əsasında onun bu testi həyata keçirdiyini və bir çox texnologiya ilə təchiz edilmiş Cybertruck-un bu kiçik, lakin çox vacib təhlükəsizlik xüsusiyyətinə sahib olub-olmadığını görürük.
         Fay əvvəlcə kiçik bir çubuqla bu testi həyata keçirməyə başlayıb. Lakin avtomobilin baqajı heç bir reaksiya vermədən bağlanır və çubuğu qırır. YouTuber ikinci cəhdində barmağını baqaj qapısının arasına qoyur. Nəticədə isə Fay-ın barmağı izləyiciləri narahat edəcək şəkildə baqaj qapısının arasında qalaraq qırılır.
         Daha öncələr də Fay eyni xüsusiyyəti sınaqdan keçirdiyi bir video paylaşmışdı. Həmin videoda o, əvvəlcə qolunu, sonra əlini və ən sonda isə barmağını baqaj qapısının arasına qoyaraq test edib. Hər bir testin sonunda Cybertruck-ın baqajı yaralanmanın qarşısını almaq üçün geri açılıb və sınaq uğurla nəticələnib. Fay yalnız barmaq testi zamanı bir az təzyiq hiss etdiyini və bunun ağrıtdığını bildirib.
         İki video arasındakı fərq onun barmağını tutma tərzidir. Uğurla nəticələnən videoda o, barmağını havada saxlayır. Digər videoda isə barmağını baqajın kənar hissəsində tutur. Yəqin ki, Fay barmağını baqajın ən kənar hissəsində saxladığı üçün Cybertruck bunu aşkar etməyib və nəticədə bu narahatedici görüntülər ortaya çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tesla-nın büdcəli elektromobilinin ilk real fotosu ortaya çıxıb
    tesla-nin-budceli-elektromobilinin-ilk-real-fotosu-ortaya-cixib
    Avtomobili avtopilot rejimində idarə edən yatmış Tesla sürücüsü polis tərəfindən saxlanılıb!
    avtomobili-avtopilot-rejiminde-idare-eden-yatmis-tesla-surucusu-polis-terefinden-saxlanilib
    Tesla-nın pilotsuz taksi nəlqiyyat növünün necə adlanacağı məlum olub
    tesla-nin-pilotsuz-taksi-nelqiyyat-novunun-nece-adlanacagi-melum-olub
    Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
    tesla-model-3-performance-elektromobili-teqdim-edilib-qiymeti
    NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
    nvidia-ceo-su-insana-benzer-robotlar-avtomobiller-kimi-kutlevi-mehsula-cevrilecekler