Tesla-nın pilotsuz taksi nəlqiyyat növünün necə adlanacağı məlum olub
Nəqliyyat
25.04.2024
Farid Pardashunas
Bir neçə müddət bundan öncə məlum oldu ki, Tesla şirkəti öz pilotsuz taksisini hazırlayacaq. Elon Musk hətta Tesla-nın pilotsuz taksi nəqliyyatının təqdimatını da anons edib. Təqdimat 8 avqust tarixində baş tutacaq. İndi isə sözügedən nəqliyyat növünün necə adlanacağı məlum olub. İngilis dilli ölkələrdə insanlar taksilərə çox zaman cab deyirlər. Buna görə də Tesla-nın pilotsuz taksi nəqliyyatı Cybercab adlanacaq.
Bunu Musk şirkətin rüb üzrə maliyyə konfransı çərçivəsində açıqlayıb. Qeyd etmək lazımdır ki, Cybercab-ın təqdimatının 8 avqust tarixində baş tutacağı onun yaxın zamanda kütləvi şəkildə istehsalat mərhələsinə keçid edəcəyi demək deyil. Şirkətin Cybertruck pikapı kütləvi istehsalat prosesinə təqdimatdan 5 il sonra çatdı. 2017-ci ildə anons edilmiş ikinci nəsil Tesla Roadster isə ümumiyyətlə hələ kütləvi istehsalat prosesinə çatmayıb. Burdan da belə qənaətə gəlmək olar ki, Tesla-nın Cybercab adlı pilotsuz taksi nəqliyyatını yaxın zamanda kütləvi istifadədə görmək mümkün olmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
Tesla şirkəti özünün Model 3 elektromobilinin ən güclü versiyasını təqdim edib. Model 3-ün sözügedən versiyası Model 3 Performance adlanır.
NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
NVIDIA şirkətinin CEO-su Jensen Huang-ın fikrincə insana bənzər reobotlar yaxın gələcəkdə müxtəlif sahələrdə inqilab yaradaraq kütləvi məhsula çevriləcəklər.
Tesla 14 000 nəfər işçini ixtisar edəcək
Tesla 14 000 nəfər işçini ixtisar edəcək
Elon Musk-ın sözlərinə əsasən Tesla şirkəti öz işçilərinin 10%-ni ixtisar edəcək.
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Son zamanlarda Tesla elektromobillərinin satışları və gəlirləri aşağı düşüb. Bundan əlavə olaraq məlumata əsasən şirkət öz büdcəli elektromobil ideyasından da imtina edib.
Tesla büdcəli elektromobil istehsalı ideyasından imtina edib
Tesla büdcəli elektromobil istehsalı ideyasından imtina edib
Elon Musk uzun illər ərzində Tesla-nın büdcəli elektromobil hazırlayacağını söz verirdi. Lakin görünür, şirkət büdcəli elektromobil ideyasından imtina edib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!