2024-cü ilin yay fəsli tarix ərzində müşahidə edilmiş ən isti yay fəsli olub
Elm & Texnologiya
09.09.2024
Emil Nəcəfov
Yer kürəsində iqlim böhranı davam edir. İqlim böhranı səbəbilə planetimizin müxtəlif nöqtələrində artıq istilik dalğaları, quraqlıqlar və ekstremal hava şəraitləri müşahidə edilir. Keçən il alimlər 2023-cü ilin yay fəslini tarix ərzində müşahidə edilmiş ən isti yay fəsli adlandırmışdılar. Lakin görünür, 2024-cü ilin yay fəsli bu mövzuda yeni rekorda imza atıb. Alimlər artıq bildiriblər ki, Yer kürəsi “qlobal istiləşmə dövrü”nü geridə qoyub və “qlobal qaynama dövrü”nə keçid edib.
Bu ilin yay fəsli isə bunun əyani sübutudur. Belə ki, alimlər 2024-cü ilin yay fəslini tarix ərzində müşahidə edilmiş ən isti yay fəsli adlandırıblar. Avropa Birliyinin Copernicus adlı iqlim xidmətinin məlumatları məhz bunu göstərir. Qeyd etmək lazımdır ki, keçən ilin yay fəslinin müşahidə edilmiş ən isti yay fəsli olmasının əsas səbəbi antropogen iqlim dəyişikliyində idi. Bu dəyişiklik Sakit okeanda cərəyan etmiş El-Ninyo (Sakit okeanın ekvatorial hissəsində su səthinin temperaturunun dəyişməsinə təkan verərək iqlimə təsir göstərən hadisə) hadisəsi hesabına daha da güclənmişdi.
Aparılmış müşahidələrə əsasən bu ilin yay fəslində ortalama temperatur göstəricisi 16.8 dərəcə Selsi təşkil edib. Bu isə 2023-cü ilin yay fəslində müşahidə edilmiş ortalama temperatur göstəricisindən 0.03 dərəcə Selsi yuxarıdır. Qeyd etmək lazımdır ki, Copernicus adlı iqlim xidmətinin mütəxəssisləri 1940-cı ildən iqlimin vəziyyətini müşahidə edirlər. Nəticədə əldə edilmiş məlumatlar əsasında təyin edilib ki, 2024-cü ilin yay fəsli tarix ərzində olmuş müşahidələr arasında ən isti keçmiş yay fəsli olub. Hətta bəziləri hesab edirlər ki, bu ilin yay fəsli son 120 000 ilin ən isti yay fəsli olub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Antarktida, okeanların altından yenidən işıq üzünə çıxır!
Antarktida, okeanların altından yenidən işıq üzünə çıxır!
Qlobal iqlim dəyişikliyi dünyamızda dönməz dəyişikliklərə səbəb olur. Lakin bu dəyişikliklər təkcə dəniz səviyyəsinin qalxması ilə məhdudlaşmır. Son araşdırmalar, Antarktidanın okeandan yüksəldiyini və bu yüksəliş planetimizə böyük təsir göstərə biləcəyini ortaya qoyur.
Dünya okeanının temperaturu son 400 ildə rekord həddə çatıb
Dünya okeanının temperaturu son 400 ildə rekord həddə çatıb
Planetdə artıq cərəyan edən iqlim böhranı təkcə quru sahələrin canlıları üçün deyil, həmçinin dünya okenındakı canlılar üçün də böyük təhlükə mənbəyidir.
Ötən günlərin birində Dünya tarixinin ən isti günü yaşanıb!
Ötən günlərin birində Dünya tarixinin ən isti günü yaşanıb!
Qlobal istiləşmə və iqlim dəyişikliyi yeni rekordlar qırır. Avropanın iqlim xidməti Copernicus-un məlumatına görə, ötən bazar Yer kürəsi bəşəriyyət tərəfindən ölçülən ən isti gün kimi tarixə düşüb.
Yer kürəsini gələcəkdə daha acınacaqlı iqlim vəziyyəti gözləyir
Yer kürəsini gələcəkdə daha acınacaqlı iqlim vəziyyəti gözləyir
Aparılmış yeni tədqiqata əsasən planetin istiləşmə prosesinin 1.5 dərəcə Selsi səviyyəsində saxlanması cəhdi uğursuzluqla yekunlaşıb.
Yer kürəsi davamlı istilik dalğalarının təsirlərinə məruz qalacaq
Yer kürəsi davamlı istilik dalğalarının təsirlərinə məruz qalacaq
İqlim böhranı artıq gələcəyin qorxuducu ehtimalı deyil. Belə ki, o artıq planetimizdə hökm sürür. Bütün dünya üzrə milyonlarla insan artıq ilk istilik dalğalarının təsirlərinə məruz qalıblar.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!