Yer kürəsi davamlı istilik dalğalarının təsirlərinə məruz qalacaq
Elm & Texnologiya
12.07.2024
Emil Nəcəfov
İqlim böhranı artıq gələcəyin qorxuducu ehtimalı deyil. Belə ki, o artıq planetimizdə hökm sürür. Bütün dünya üzrə milyonlarla insan artıq ilk istilik dalğalarının təsirlərinə məruz qalıblar. Lakin mütəxəssislərin sözlərinə əsasən bu hələ başlanğıcdır və ekstremal istilik dalğaları bütün dünya ölkələrində müşahidə ediləcək. İqlim üzrə Paris sazişi çərçivəsində dünyanın bütün ölkələri qlobal istiləşmə səviyyəsini 1.5 dərəcə Selsidən aşağı göstəricidə saxlamaq istiqamətində çalışmağa razılıq vermişdilər. Lakin bu, orta hesabla 30 il üzrə baş vermiş iqlim dəyişikliklərini əhatə edir. Alimlər narahatdırlar ki, planetimiz ortalama 30 illik iqlim dəyişikliyi dövrünü keçmək astanasındadır. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bu il rekord temperaturda istilik Amerika, Afrika, Avropa və Asiyanın bir sıra ölkələrində müşahidə ediləcək.
Ekstremal istilik dalğalarının həftələrlə davam edəcəyi gözlənilir. Uzunmüddətli quraqlıqlarla birlikdə bu vəziyyət su çatışmazlığına və çoxlu sayda insan ölümlərinə səbəb ola bilər. İstilik dalğaları iqlimin təbii hissəsini təşkil edirlər Lakin 2024-cü ildəki istilik dalğaları miqyası ənənəvi yay istilik dalğaları sərhədindən kənara çıxırlar. Aparılmış tədqiqata əsasən Yer kürəsinin bəzi regionlarında bu cür güclü və davamlı istiliyin yaşanma ehtimalı 2-4 dəfə daha yüksəkdir. Bunun əsas səbəbi isə iqlimin antropogen dəyişiklikləridir. Rekord temperatura sahib bu istilik dalğaları iqlimin bütün dünyada sənaye dövrünün əvvəlki halından 1.2 dərəcə Selsi daha yüksək vəziyyətində formalaşırlar. Sənaye dövründən əvvəl insanlar planeti qızmağa səbəb olan parnik qazlarını bu qədər ifraz etmirdilər.
20 000 il əvvəl baş vermiş son buz dövrünün ən pik zamanında orta qlobal temperatur göstəricisi indikindən 6 dərəcə Selsi daha aşağı idi. Bu ilin yay fəslinin indiyənə kimi müşahidə edilmiş yay fəsilləri arasında ən istisi olmasına baxmayaraq çox güman ki, o həmçinin gələcəkdə ən soyuğu olacaq. Mütəxəssislər bildiriblər ki, iqlim dəyişiklikləri istiliyə həssas olan insanların daha çox təzyiqə məruz qalmalarına səbəb olacaq. Ekstremal istilik həmçinin ölkələrin iqtisadiyyatlarına da ciddi təsir göstərə bilər. Belə ki, yüksək temperatur dəmiryolu xətlərini və naqilləri sıradan çıxara bilər. Bu isə bilavasitə nəqliyyata ciddi təsir göstərəcək. Bununla yanaşı yüksək temperatur elektrik sistemlərinin yüklənməsinə səbəb ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ölüm Vadisi səhrasında temperatur 54 dərəcə Selsiyə çatıb
Ölüm Vadisi səhrasında temperatur 54 dərəcə Selsiyə çatıb
2023-cü ilin payız fəslində ABŞ-ın Kaliforniya ştatında yerləşən Ölüm Vadisi adlı səhra ərazisində son 84 il ərzində ilk dəfə baş vermiş qasırğa bu səhranı oazisə çevirmişdi.
Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb
Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb
İqlim böhranı Yer kürəsində hökm sürməyə davam edir. Nəticədə planetin müxtəlif nöqtələrində istilik dalğaları, quraqlıqlar və meşə yanğınları müşahidə edilir.
Son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb (VİDEO)
Son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb (VİDEO)
Yer kürəsində artıq cərəyan edən iqlim böhranının nəticələri yavaş-yavaş özlərini göstərməyə başlayıblar. Mövcud iqlim böhranının miqyasını anlamaq çox zaman mümkün olmur.
Qlobal istiləşmə sürətli templə irəliləməyə davam edir
Qlobal istiləşmə sürətli templə irəliləməyə davam edir
Yer kürəsi artıq ekstremal istilik dalğaları, quraqlıqlar və meşə yanğınları kimi iqlim problemləri ilə qarşılaşıb. Lakin iqlim ilə bağlı vəziyyət daha da pis ola bilər.
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Yer kürəsi insan həyatının bütün sahələrini əhatə edəcək iqlim böhranı ilə qarşı-qarşıyadır. Son məlumatlara əsasən keçən il insanlıq tarixinin ən isti ili kimi qeyd edilib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!