Ötən günlərin birində Dünya tarixinin ən isti günü yaşanıb!
Elm & Texnologiya
25.07.2024
Farid Pardashunas
Qlobal istiləşmə və iqlim dəyişikliyi yeni rekordlar qırır. Avropanın iqlim xidməti Copernicus-un məlumatına görə, ötən bazar Yer kürəsi bəşəriyyət tərəfindən ölçülən ən isti gün kimi tarixə düşüb.
Copernicus-un məlumatlarına görə, planetin orta temperaturu iyulun 21-də 17.09 dərəcəyə çataraq yeni rekorda imza atıb. Tarixin ən isti günü kimi qeydə alınan 21 iyul bazar günü, əvvəlki il iyulun 6-da qeydə alınan rekordu 0.01 dərəcə üstələyib. Həm bazar gününün rekordu, həm də keçənilki rekord, 2016-cı ildə müəyyən edilmiş əvvəlki 16.8 dərəcə Selsi rekordundan xeyli yüksəkdir.
Copernicus-un direktoru Carlo Buontempo, verdiyi açıqlamada: “Biz həqiqətən də kəşf edilməmiş ərazidəyik. İqlim istiləşməyə davam etdikcə, biz gələn aylarda və illərdə rekordların qırıldığını görəcəyik. Həqiqətən təəccüblü olan isə son 13 ayın temperaturu ilə əvvəlki temperatur qeydləri arasında nə qədər böyük fərq olmasıdır." sözlərini deyib. Məlumatlara görə, bazar günü rekord istilik demək olar ki, bütün qitələrdə hiss olunub. Copernicus-un məlumatlarına görə, Antarktidanın əksər hissəsində temperatur normadan təxminən 12 dərəcə yüksək olub. Bundan əlavə, təkcə son 7 gündə planetin 550 yerində rekord gündəlik temperatur qeydə alınıb. Bu yüksək temperaturlara görə, elm adamları, bu ilin 2023-cü ildən daha isti ola biləcəyini düşünürlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yer kürəsini gələcəkdə daha acınacaqlı iqlim vəziyyəti gözləyir
Yer kürəsini gələcəkdə daha acınacaqlı iqlim vəziyyəti gözləyir
Aparılmış yeni tədqiqata əsasən planetin istiləşmə prosesinin 1.5 dərəcə Selsi səviyyəsində saxlanması cəhdi uğursuzluqla yekunlaşıb.
Yer kürəsi davamlı istilik dalğalarının təsirlərinə məruz qalacaq
Yer kürəsi davamlı istilik dalğalarının təsirlərinə məruz qalacaq
İqlim böhranı artıq gələcəyin qorxuducu ehtimalı deyil. Belə ki, o artıq planetimizdə hökm sürür. Bütün dünya üzrə milyonlarla insan artıq ilk istilik dalğalarının təsirlərinə məruz qalıblar.
Ölüm Vadisi səhrasında temperatur 54 dərəcə Selsiyə çatıb
Ölüm Vadisi səhrasında temperatur 54 dərəcə Selsiyə çatıb
2023-cü ilin payız fəslində ABŞ-ın Kaliforniya ştatında yerləşən Ölüm Vadisi adlı səhra ərazisində son 84 il ərzində ilk dəfə baş vermiş qasırğa bu səhranı oazisə çevirmişdi.
Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb
Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb
İqlim böhranı Yer kürəsində hökm sürməyə davam edir. Nəticədə planetin müxtəlif nöqtələrində istilik dalğaları, quraqlıqlar və meşə yanğınları müşahidə edilir.
Son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb (VİDEO)
Son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb (VİDEO)
Yer kürəsində artıq cərəyan edən iqlim böhranının nəticələri yavaş-yavaş özlərini göstərməyə başlayıblar. Mövcud iqlim böhranının miqyasını anlamaq çox zaman mümkün olmur.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib