main-post-cover

    WhatsApp və Instagram-ın Meta-dan potensial ayrılmasına dair məhkəmə prosesinə start verilib

    Tech-Biznes
    14.04.2025
    Emil Nəcəfov
         Bu gün Meta şirkətinə qarşı sosial şəbəkələr sahəsində qanunsuz inhisar yaratmaq ittihamı ilə məhkəmə prosesi başlayıb. Bu, Meta-nın InstagramWhatsApp-ı alması ilə əlaqələndirilir. Reuters-in məlumatına görə, ABŞ-ın antimonopoliya orqanları bu razılaşmaların ləğvinə nail olmağa çalışacaq. ABŞ Federal Ticarət Komissiyası (FTC) Meta (o dövrdə Facebook) şirkətinə qarşı iddianı 2020-ci ildə, Donald Trump-ın prezidentliyinin ilk müddətində qaldırıb. Komissiya bildirir ki, Instagram və WhatsApp-ın alınması Facebook-un sosial şəbəkə platforması kimi mövqeyini qorumaq və potensial rəqibləri aradan qaldırmaq məqsədi daşıyırdı.
         Meta şirkətinin rəhbəri Mark Zuckerberg məhkəmədə ifadə verməli və Facebook-un potensial rəqibini neytrallaşdırmaq məqsədilə foto paylaşma tətbiqi olan Instagram-ı almağı təklif etdiyi e-poçt məktubları bağlı suallara cavab verməlidir. O həmçinin WhatsApp-ın mesajlaşma xidməti kimi yox, sosial şəbəkəyə çevrilməsi ehtimalı ilə bağlı narahatlığını ifadə etdiyi yazışmalara dair izahat verməlidir. Meta bu ittihamlara cavab olaraq məhkəmə sənədlərində bildirib ki, Instagram-ın 2012-ci ildə, WhatsApp-ın isə 2014-cü ildə alınması istifadəçilərə fayda verib. Şirkət əlavə edib ki, Zuckerberg-in həmin dövrdəki bəyanatları bu gün artıq aktual deyil, çünki Meta hazırda ByteDance şirkətinin TikTok-u, Google-un YouTube-u və Apple-ın mesajlaşma tətbiqləri ilə ciddi rəqabət içindədir.
         Məsələn, 2024-cü ilin yanvarında ABŞ-da TikTok-un müvəqqəti olaraq bağlanması zamanı Instagram və Facebook-da trafik dərhal artmışdı ki, bu da Çin mənşəli qısa video xidmətinin real rəqib olduğunu göstərir. Öz növbəsində, FTC bildirir ki, X, TikTok, YouTube Reddit kimi platformalar, istifadəçilərin ümumi maraqlar əsasında tanımadıqları insanlara məzmun ötürdükləri platformalar olmaqla, bir-birini əvəz edən xidmətlər sayılmır. Komissiya həmçinin qeyd edir ki, Meta-nın ABŞ-dakı əsas rəqibləri Snapchat və məxfiliyə yönəlmiş, 2016-cı ildə təqdim olunan kiçik sosial şəbəkə tətbiqi MeWe-dir.
         Yəni, faktiki olaraq, Meta dostlar və ailə ilə informasiya paylaşmaq üçün istifadə olunan platformalara dair inhisara malikdir. Bu iş üzrə məhkəmə prosesinin başlanması iyul ayına planlaşdırılıb. Əgər FTC bu işdə qalib gələrsə, ikinci bir məhkəmə prosesi keçiriləcək və orada tənzimləyici qurum Instagram və ya WhatsApp-ın satılmasının bazarda rəqabəti bərpa edəcəyini sübut etməli olacaq. Bu arada ekspertlər qeyd edirlər ki, Instagram-ın satışı Meta üçün maliyyə fəlakəti ilə nəticələnə bilər, çünki bu platforma şirkətin reklam gəlirlərinin əsas hissəsini təmin edir. Emarketer-in proqnozuna görə, Instagram bu il Meta-ya 37.13 milyard dollar qazandıracaq ki, bu da şirkətin ABŞ-dakı ümumi reklam gəlirlərinin yarıdan bir qədər çoxunu təşkil edir.
         WhatsApp Meta üçün o qədər gəlirli olmasa da, geniş auditoriya təmin edir və bu, xüsusilə çat-botlar vasitəsilə gəlir əldə etmə səylərini gücləndirmək baxımından faydalıdır. Mark Zuckerberg bildirib ki, “biznes mesajlaşmaları” çox güman ki, şirkətin növbəti böyümə dalğasının əsas hərəkətverici qüvvəsi olacaq. Meta-ya qarşı açılmış bu iş, ABŞ Federal Ticarət Komissiyası (FTC) və Ədliyyə Nazirliyinin texnoloji nəhənglərə qarşı qaldırdığı 5 inhisar ittihamından biridir. Hazırda Amazon və Apple ilə bağlı məhkəmə işləri davam edir, gələn həftə isə Google-a qarşı - artıq mövcud olan iddiaya əlavə olaraq - daha bir məhkəmə prosesi başlanmalıdır.
    Mənbə: Reuters
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta-nın iddialı metakainat layihəsi "maliyyə faciəsi"nə çevrilib
    meta-nin-iddiali-metakainat-layihesi-maliyye-faciesine-cevrilib
    Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb
    mueyyen-yukselisden-sonra-texnoloji-sirketlerin-sehmlerinin-deyeri-yeniden-asagi-dusub
    WhatsApp çatlarına, zənglərinə və kanallarına yeni imkanlar əlavə edilib
    whatsapp-catlarina-zenglerine-ve-kanallarina-yeni-imkanlar-elave-edilib
    Instagram-da şifrələnmiş Reels-lər test edilir
    instagram-da-sifrelenmis-reels-ler-test-edilir
    Meta, Instagram və WhatsApp-ı qanunsuz əldə etməkdə şübhəli bilinir
    meta-instagram-ve-whatsapp-i-qanunsuz-elde-etmekde-subheli-bilinir