main-post-cover

    SoftBank holdinqi OpenAI şirkətinə daha çox investisiya yatıracaq

    Tech-Biznes
    10.02.2025
    Emil Nəcəfov
         Yaponiyanın SoftBank holdinqi, OpenAI şirkətinə 40 milyard dollara qədər investisiya yatırmaq üzrə razılaşmanı başa çatdırmaq üzrədir. CNBC-nin məlumatına görə, bu investisiya OpenAI-nin bazar dəyərinin ilkin qiymətləndirilməsinin 260 milyard dollar olduğu bir dövrdə həyata keçirilir. Məlumata görə, bu vəsaitin bir hissəsi SoftBank, OpenAI və Oracle tərəfindən yaradılmış Stargate adlı birgə müəssisənin maliyyələşdirilməsi üçün istifadə olunacaq. CNBC-nin məlumatına əsasən, ilk ödəniş bu ilin yaz fəslində OpenAI şirkətinin hesabına köçürüləcək. Bütün məbləğin tam ödənilməsi isə 12-24 ay zaman alacaq.
         Bu investisiyanın həcmi ilk müzakirə olunmuş məbləğdən 15 milyard dollar çoxdur. Çünki 1 həftə əvvəl aparılmış danışıqlarda daha kiçik bir məbləğ nəzərdə tutulurdu. New York Times qəzetinin məlumatına görə, bu maliyyələşdirmə raundunda bir neçə digər investor da iştirak edir və onlar ümumi məbləğin 1/4 hissəsini təmin edəcəklər. Bu razılaşma investorların hələ də OpenAI kimi süni zəka bazarının liderlərinə optimist yanaşdıqlarını göstərir. Bu optimizm, Çin şirkəti DeepSeek-in öz süni zəka modellərini təqdim etməsindən sonra həmin şirkətlərin səhmlərinin dəyərinin azalmasına baxmayaraq qorunub saxlanır.
         DeepSeek-in modelləri ABŞ texnologiya nəhənglərinin öz modellərinə xərclədiklərindən xeyli daha az büdcə ilə hazırlanıb və bu, sektorda yeni rəqabət yaradıb. New York Times-ın mənbələrinin qeyd etdiyinə görə, yeni maliyyələşdirmə sayəsində OpenAI dünyanın ən bahalı özəl şirkətlərindən birinə çevriləcək. Bu, onu SpaceX TikTok-un sahibi ByteDance kimi şirkətlərlə eyni səviyyəyə çıxaracaq. Keçən həftənin əvvəlində SoftBank və OpenAI, Yaponiyada süni zəka xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi üçün "SB OpenAI Japan" adlı birgə müəssisə yaratdıqlarını elan etdilər. Bundan əlavə, SoftBank-a daxil olan şirkətlər OpenAI-nin süni zəka texnologiyalarından istifadə etmək üçün hər il 3 milyard dollar vəsait ödəyəcəklər.
    Mənbə: CNBC
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT Search-dən istifadə üçün artıq istifadəçi hesabı lazım deyil
    chatgpt-search-den-istifade-ucun-artiq-istifadeci-hesabi-lazim-deyil
    OpenAI süni zəka modelləri Reddit istifadəçilərindən artıq 82% daha inandırıcıdır
    openai-suni-zeka-modelleri-reddit-istifadecilerinden-artiq-82-daha-inandiricidir
    ChatGPT-nin WhatsApp-da imkanları genişləndirilir
    chatgpt-nin-whatsapp-da-imkanlari-genislendirilir
    OpenAI Deep Research funksiyası tələbələrə saxta akademik işlər yaratmaq üçün yeni imkanlar verir
    openai-deep-research-funksiyasi-telebelere-saxta-akademik-isler-yaratmaq-ucun-yeni-imkanlar-verir
    OpenAI Yaponiyada süni zəka xidmətlərinin təklifi üçün SoftBank ilə birləşib
    openai-yaponiyada-suni-zeka-xidmetlerinin-teklifi-ucun-softbank-ile-birlesib