main-post-cover

    ChatGPT Search-dən istifadə üçün artıq istifadəçi hesabı lazım deyil

    Proqram Təminatı
    06.02.2025
    Emil Nəcəfov
         OpenAI elan edib ki, ChatGPT daxilində süni zəka əsaslı axtarış sistemi artıq qeydiyyat və avtorizasiya tələb etmir. Qeyd etmək lazımdır ki, bu funksiya ChatGPT-yə internetdən əldə etdiyi məlumatlara əsaslanaraq cavablar verməyə və istifadə etdiyi mənbələrin siyahısını təqdim etməyə imkan yaradır. OpenAI ilk dəfə keçən ilin oktyabr ayında ChatGPT-nin ödənişli abunəçiləri üçün süni zəka əsaslı axtarış sistemini təqdim etdi, dekabr ayında isə bu funksiya bütün istifadəçilər üçün əlçatan oldu.
         İndi isə qeydiyyat olmadan istifadə imkanı yaradıldığından, ChatGPT-nin axtarış sistemi birbaşa ənənəvi axtarış sistemləri - Yandex, Google Bing ilə rəqabət apara biləcək. Google və Bing artıq uzun müddətdir ki, süni zəkanı öz axtarış sistemlərinə inteqrasiya etməyə başlayıblar. ChatGPT-nin axtarış funksiyasına edilən son yeniləmə onu ənənəvi axtarış sisteminə daha da bənzər hala gətirib.
         İstifadəçilər hər bir axtarış nəticəsi üçün qısa təsvirlərə baxa, həmçinin yerli görməli məkanların xəritələrini və şəkillərini müşahidə edə bilərlər. Qeyd edək ki, OpenAI süni zəka əsaslı axtarış sistemi yaradan ilk şirkət deyil. Perplexity də internetdə hesab qeydiyyatı olmadan məlumat axtarmağa imkan verir. Bundan əlavə, bu sistem bir neçə müddət bundan öncə həmçinin TripAdvisor-dan hotellər və onların reytinqləri haqqında birbaşa məlumat təqdim etməyi öyrənib.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI süni zəka modelləri Reddit istifadəçilərindən artıq 82% daha inandırıcıdır
    openai-suni-zeka-modelleri-reddit-istifadecilerinden-artiq-82-daha-inandiricidir
    ChatGPT-nin WhatsApp-da imkanları genişləndirilir
    chatgpt-nin-whatsapp-da-imkanlari-genislendirilir
    OpenAI Deep Research funksiyası tələbələrə saxta akademik işlər yaratmaq üçün yeni imkanlar verir
    openai-deep-research-funksiyasi-telebelere-saxta-akademik-isler-yaratmaq-ucun-yeni-imkanlar-verir
    OpenAI Yaponiyada süni zəka xidmətlərinin təklifi üçün SoftBank ilə birləşib
    openai-yaponiyada-suni-zeka-xidmetlerinin-teklifi-ucun-softbank-ile-birlesib
    OpenAI süni zəka əsaslı cihaz hazırlamağa hədəflənib
    openai-suni-zeka-esasli-cihazi-hazirlamaga-he