Meta şirkəti Avropa Komissiyası tərəfindən yüksək məbləğdə cərimələnib
Tech-Biznes
15.11.2024
Emil Nəcəfov
Avropa Komissiyası Meta şirkətini Avropa Birliyinin antimonopoliya qaydalarını pozması səbəbilə 797.72 milyon avro (840 milyon dollar) həcmində cərimələyib. Avropa Komissiyası bildirib ki, Meta şirkətinə məxsus olan Facebook Marketplace elan servisi digər oxşar internet platformaları üçün ədalətsiz ticarət şərtlərini formalaşdırır. Qeyd etmək lazımdır ki, bu mövzu ilə bağlı istintaqa hələ 2021-ci ilin iyun ayında start verilmişdi. 2022-ci ilin dekabr ayında isə tənzimləyici orqanlar belə qənaətə gəldilər ki, Facebook Marketplace servisi Avropa Birliyinin antimonopoliya qaydalarını pozub. İndi isə Avropa Komissiyası qaydaların pozulması ilə bağlı müvafiq cəriməni təsdiqləyib. Meta şirkəti öz növbəsində Avropa Komissiyasının bu qərarını apellyasiya məhkəməsinə verməyi planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta şirkəti Instagram ilə WhatsApp-ı satmaq məcburiyyətində qala bilər
Meta şirkəti Instagram ilə WhatsApp-ı satmaq məcburiyyətində qala bilər
Meta şirkəti ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən antimonopoliya mövzusunda qaldırılmış məhkəmə iddiası səbəbilə məhkəmə qarşısına çıxmalı olacaq.
Instagram süni zəka vasitəsilə yeniyetmələri təyin edə biləcək
Instagram süni zəka vasitəsilə yeniyetmələri təyin edə biləcək
Meta şirkəti Instagram-a süni zəka əsaslı yeni sistemi inteqrasiya edir. İnteqrasiya edilən yeni sistem əsl yaşlarını gizli saxlamağa çalışan yeniyetmə istifadəçiləri təyin etməkdə yardımçı olacaq.
Meta süni zəka əsaslı fərdi axtarış sistemini hazırlayır
Meta süni zəka əsaslı fərdi axtarış sistemini hazırlayır
The Verge saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti artıq 8 aydır ki, süni zəka əsaslı fərdi axtarış sistemi üzərində çalışır.
Meta, yemək kuponlarını başqa məqsədlər üçün istifadə edən işçilərini işdən çıxarıb!
Meta, yemək kuponlarını başqa məqsədlər üçün istifadə edən işçilərini işdən çıxarıb!
Mark Zuckerberg-ə məxsus olan və dünyanın ən böyük informasiya texnologiyaları şirkətlərindən biri sayılan Meta, bu günlərdə olduqca qəribə bir xəbərlə gündəmdədir. Məşhur şirkətin gözlənilməz bir səbəbdən işçilərini işdən çıxardığı ortaya çıxıb.
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Meta, xüsusilə gəncləri qorumaq üçün sosial media platforması olan Instagram-a mühüm təhlükəsizlik yeniləmələri gətirir. Şirkət indi də DM-dan ekran şəkli çəkənləri platformadan uzaqlaşdıracaq.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!