Meta süni zəka əsaslı fərdi axtarış sistemini hazırlayır
Sosial Media
29.10.2024
Emil Nəcəfov
The Verge saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti artıq 8 aydır ki, süni zəka əsaslı fərdi axtarış sistemi üzərində çalışır. Bu üsul ilə şirkət Google və Microsoft Bing-dən asılılığını azaltmaq istəyir. Süni zəka əsaslı axtarış sistemi öz növbəsində müxtəlif hadisələrin süni zəka vasitəsilə tərtib edilmiş hesabatlarını birbaşa şirkətin tətbiqlərinə inteqrasiya etməyə imkan verə və gələcəkdə xarici axtarış sistemlərini tamamilə əvəz edə bilər. Hal-hazırda Facebook və Instagram-da mövcud hadisələr ilə bağlı sorğuların emalı mövzusunda Meta-nın süni zəka botları Google Search və Microsoft Bing məlumatlarına əsaslanırlar.
Lakin Meta yalnız öz məlumatlar bazasından istifadə edəcək daxili axtarış sistemini işə salmaqla bundan əvvəl qeyd edilmiş praktikanı dayandırmağa hədəflənib. Meta şirkətinin süni zəka əsaslı axtarış sisteminin hazırlanma prosesinin əsas mərhələlərindən biri də fərdi axtarış robotununun inteqrasiyası olub. Axtarış robotu artıq bir neçə aydır ki, internetin açıq mənbələrindən olan məlumatları indeksləyir. Bu öz növbəsində şirkətə geniş fərdi məlumatlar bazasının formalaşdırılması imkanını verir.
Şirkətin işə salacağı axtarış sisteminin əsasını məhz bu məlumatlar bazası təşkil edəcək. Beləliklə Meta xarici platformalardan asılı olmayacaq. Axtarış alqoritmlərinin hazırlanması ilə yanaşı Meta həmçinin geolokasiya məlumatlarının yığılması ilə də məşğul olur. Bu iss perspektivdə şirkətə Google Maps ilə rəqabət aparmağa imkan verəcək. Bir neçə müddət bundan öncə Meta beynəlxaq xəbər agentliyi olan Reuters ilə uzunmüddətli müqavilə bağladı. Reuters ilə əməkdaşlıq öz növbəsində Meta-nın alqoritmlərini yoxlanılmış məlumatlarla təmin edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta, yemək kuponlarını başqa məqsədlər üçün istifadə edən işçilərini işdən çıxarıb!
Meta, yemək kuponlarını başqa məqsədlər üçün istifadə edən işçilərini işdən çıxarıb!
Mark Zuckerberg-ə məxsus olan və dünyanın ən böyük informasiya texnologiyaları şirkətlərindən biri sayılan Meta, bu günlərdə olduqca qəribə bir xəbərlə gündəmdədir. Məşhur şirkətin gözlənilməz bir səbəbdən işçilərini işdən çıxardığı ortaya çıxıb.
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Meta, xüsusilə gəncləri qorumaq üçün sosial media platforması olan Instagram-a mühüm təhlükəsizlik yeniləmələri gətirir. Şirkət indi də DM-dan ekran şəkli çəkənləri platformadan uzaqlaşdıracaq.
Meta, Ray-Ban eynəklərilə çəkilmiş fotoların süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib!
Meta, Ray-Ban eynəklərilə çəkilmiş fotoların süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib!
Meta-nın verdiyi son açıqlamalara görə, Ray-Ban ilə çəkilmiş bütün foto və videolar süni intellekt modellərini inkişafı üçün istifadə olunacaq.
Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)
Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)
Meta şirkəti mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən süni zəka sistemini təqdim edib. Şirkətin bu yeni süni zəka sistemi Movie Gen adlanır.
Harvard tələbələri, Meta eynəklərilə şəxsiyyət məlumatlarını ifşalayan layihə hazırlayıblar!
Harvard tələbələri, Meta eynəklərilə şəxsiyyət məlumatlarını ifşalayan layihə hazırlayıblar!
Harvard tələbələri, Meta-nın Ray-Ban eynəklərindən istifadə edərək şəxsiyyət məlumatlarını açığa çıxaran bir layihə hazırlayıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!